i
18:9 Lev. 18:5
Soyğunçuluq etmirsə,
Ac olana çörək verirsə,
Çılpaq olanı geyindirirsə,
8
Sələmlə borc pul vermirsə,
Müamilə götürmürsə,
Pis əməldən çəkinirsə,
İki adam arasında ədalətlə mühakimə edirsə,
9
i
Mənim qaydalarıma görə rəftar edirsə,
Hökmlərimə sədaqətlə əməl edirsə,
Bu adam salehdir və
Əlbəttə, yaşayacaq”
Xudavənd Rəbb belə bəyan edir.
10
“Deyək ki bu adamın bir oğlu olur.
Əgər bu oğul zorakılıq edib qan tökürsə,
Soydaşına qarşı bu işlərdən birini görürsə,
11
Atası bunlardan heç birini etmədiyi halda,
Oğul dağlarda gətirilən qurbandan yeyirsə,
Qonşusunun arvadını ləkələyirsə,
12
Fəqirə və yoxsula haqsızlıq edirsə,
Soyğunçuluq edirsə,
Girovu qaytarmırsa,
Gözlərini bütlərə dikirsə,
İyrənc işlər görürsə,
13
Sələmlə borc pul verib müamilə götürürsə,
Belə oğul yaşayacaqmı?
Xeyr, o yaşamayacaq.
Bütün bu iyrənc işləri gördüyü üçün öldürülməlidir.
Ölümü üçün də özü məsuliyyət daşıyacaq.
14
Deyək ki bu oğulun da bir oğlu olur.
Bu oğul atasının etdiyi bütün günahları görüb,
Diqqət edərək belə işlər etmirsə,
15
Dağlarda gətirilən qurbandan yemirsə,
Gözlərini İsrail nəslinin bütlərinə dikmirsə,
Qonşusunun arvadını ləkələmirsə,
16
Kimsəyə haqsızlıq etmirsə,
Girov almırsa,
Soyğunçuluq etmirsə,
Ac olana çörək verirsə,
1301
Yezekel 18
The Bible in Azerbaijani; 1st ed. © 2008, Bible Society of Azerbaijan and Institute for Bible Translation
j
18:20 Qanun. 24:16; 2Pad. 14:6; 2Saln. 25:4
Çılpaq olanı geyindirirsə,
17
Məzlumdan əl çəkirsə,
Sələm almırsa,
Müamilə götürmürsə,
Hökmlərimə əməl edib
Qaydalarıma görə rəftar edirsə,
Atasının günahına görə ölməyəcək,
Əlbəttə, yaşayacaq.
18
Bu oğulun atası isə
İnsafsızlıqla qəddarlıq etdiyi üçün,
Soydaşını qarət etdiyinə görə,
Xalqı içində pis işlər gördüyü üçün
Öz təqsirindən ötrü, əlbəttə, öləcək.
19
Ancaq siz ‹atanın etdiyi təqsirin məsuliyyətini nə üçün oğul
daşımasın?› deyirsiniz. Oğul
ədalətli və saleh işlər gördü, bütün
qaydalarıma riayət edib onlara əməl etdi. Əlbəttə, bu adam yaşayacaq.
20
j
Yalnız günah işlədən adam öləcək. Oğul atanın təqsirinin məsuliyyətini
daşımaz, ata da oğulun təqsirinin məsuliyyətini daşımaz. Saleh adam
salehliyinin, pis adam isə pisliyinin əvəzini alacaq.
21
Pis adam etdiyi bütün günahlardan dönərsə, bütün qaydalarıma
riayət edib ədalətli və saleh işlər görərsə, əlbəttə, ölməyib yaşayacaq.
22
Etdiyi günahlardan heç biri onun ayağına yazılmayacaq, gördüyü saleh
işlərlə yaşayacaq”.
23
Xudavənd Rəbb bəyan edir: “Elə bilirsiniz ki, Mən
pis adamın ölümündən zövq alıram? İstəyirəm ki, o öz yolundan dönsün
və yaşasın.
24
Ancaq saleh adam öz salehliyindən dönüb pislik edərsə, pis
adamın etdiyi bütün iyrənc işləri görərsə, yaşayacaqmı? Etdiyi saleh
işlərindən heç biri onun ayağına yazılmayacaq. Etdiyi xainlik və işlədiyi
günahından ötrü öləcək.
25
Ancaq siz ‹Xudavəndin yolu düz deyil› deyirsiniz. Ey İsrail nəsli,
indi qulaq asın: Mənimmi yolum düz deyil? Düz olmayan sizin yollarınız
deyilmi?
26
Saleh adam öz salehliyindən dönüb pislik edərsə, buna görə
öləcək. Bəli, etdiyi pisliyə görə öləcək.
27
Pis adam da etdiyi pislikdən
dönüb ədalətli və saleh işlər görərsə, öz həyatını qoruyar.
28
Bir halda
ki diqqət edib elədiyi
bütün günahlardan dönürsə, əlbəttə, ölməyib
yaşayacaq.
29
Ancaq İsrail nəsli ‹Xudavəndin yolu düz deyil› deyir. Ey
İsrail nəsli, Mənimmi yollarım düz deyil? Düz olmayan sizin yollarınız
deyilmi?
30
Buna görə, ey İsrail nəsli, sizin hər birinizi əməllərinizə
görə mühakimə edəcəyəm” Xudavənd Rəbb belə bəyan edir. “Tövbə
edib bütün günahlarınızdan dönün ki, təqsir sizi məhvə sürükləməsin.
Yezekel 18
1302
The Bible in Azerbaijani; 1st ed. © 2008, Bible Society of Azerbaijan and Institute for Bible Translation
k
19:7 Qəsrlərini dağıtdı – arami tərcüməsində belədir, ibrani mətnində isə dul qadınlarını
tanıdı.
31
Etdiyiniz günahların hamısını üstünüzdən götürün, özünüzdə yeni
ürək və yeni ruh yaradın. Nə üçün öləsiniz, ey İsrail nəsli?”
32
Xudavənd
Rəbb bəyan edir: “Mən məhv olacaq adamın ölümündən zövq almıram.
Buna görə də günahlardan dönün və yaşayın”.
İsrail rəhbərləri üçün mərsiyə
19
1
Sən İsrail rəhbərləri üçün mərsiyə oxuyub söylə:
2
“Sənin anan nə idi?
Şirlər arasında dişi bir şir!
O, cavan aslanların içində yatardı,
Balalarını bəsləyərdi.
3
O, balalarından birini böyütdü,
Bala cavan bir şir oldu.
Şikar etməyi öyrəndi,
Adamları yeməyə başladı.
4
Millətlər onun xəbərini eşitdi,
Bu şir onların quyusuna düşüb ələ keçdi.
Burnuna halqa taxıb onu
Misir torpağına gətirdilər.
5
Dişi şir boş yerə gözlədiyini,
Ümid qalmadığını görəndə
Balalarından birini götürüb
Cavan bir şir etdi.
6
Bu bala şirlər arasında gəzirdi.
O da cavan bir şir olub
Şikar etməyi öyrəndi,
Adamları yeməyə başladı.
7
Onların qəsrlərini dağıtdı,
k
Şəhərlərini viran etdi.
Bu şirin nərə səsindən
Ölkə və onun əhalisi dəhşət içində idi.
8
Ətraf ölkələrin millətləri
Onun üstünə gəldi,
Öz torlarını üzərinə atdı,
Bu şir onların quyusuna düşüb ələ keçdi.
9
Onun burnuna halqa taxıb qəfəsə saldılar.
Onu Babil padşahının yanına gətirdilər.
Sonra qalaya saldılar ki,
İsrail dağları üzərində
1303
Yezekel 18 , 19
The Bible in Azerbaijani; 1st ed. © 2008, Bible Society of Azerbaijan and Institute for Bible Translation