Necə sevinə bilərik?
Qılınc oğlumun əsasına
Hər hansı bir əl ağacı kimi xor baxdı.
11
Qılınc əldə tutulmaq üçün
Cilalanmağa verildi.
Öldürənin əlinə verilsin deyə
İtilənib cilalandı.
12
Ey bəşər oğlu, fəryad edib ağla.
Çünki bu qılınc xalqıma və
Bütün İsrail rəhbərlərinə qarşı qalxıb.
Onlar xalqımla birgə
Qılınca təslim edildi.
Bunun üçün sinə döy”.
13
Xudavənd Rəbb bəyan edir:
“Qarşıda sınaq var.
Qılıncın xor baxdığı əsa
Daha salamat qalmazsa, nə olar?
14
Sən ey bəşər oğlu, peyğəmbərlik et,
Əllərini bir-birinə vur.
Qoy qılınc iki, üç dəfə vursun.
O öldürən bir qılıncdır,
Çoxlu adam qıran,
İnsanı hər tərəfdən saran qılıncdır.
15
Onların ürəyi ərisin,
Yerə sərilənlər çox olsun deyə
Bütün darvazalarında qırğın qılıncı qoydum.
Ah, o, şimşək kimi parıldadı,
Öldürmək üçün sıyrıldı.
16
Ey qılınc, sağa-sola dönüb kəs,
Sağa dön, sola dön,
Üzün hara çevrilsə, ora get.
17
Mən də əllərimi bir-birinə vuracağam,
Beləcə qəzəbimi yatırdacağam.
Bunu Mən Rəbb söylədim”».
18
Mənə Rəbbin bu sözü nazil oldu:
19
«Sən ey bəşər oğlu, Babil
padşahının qılıncının gəlməsi üçün iki yol hazırla, ikisi də bir ölkədən
çıxsın. Bir yerdə nişan qoy, onu şəhər yolunun başında qoy.
20
Qılınc
Ammon övladlarının Rabba şəhərinə, Yəhudaya və qalalı Yerusəlimə
yönəlsin deyə yol hazırla.
21
Çünki Babil padşahı yolayrıcında – iki
yolun başında falçılıq etmək üçün dayanacaq. Oxları qarışdıracaq, ev
bütlərindən soruşacaq, kəsilən bir heyvanın qaraciyərinə baxacaq.
22
Onun
Yezekel 21
1308
The Bible in Azerbaijani; 1st ed. © 2008, Bible Society of Azerbaijan and Institute for Bible Translation
r
21:28‑32 Yer. 49:1-6; Yez. 25:1-7; Amos 1:3-15; Sef. 2:8-11
sağ əlində Yerusəlimi göstərən fal var. Orada qoçbaşı alətləri qoyacaq,
öldürmək əmri verəcək, döyüş nidası ucaldacaq, qoçbaşı alətlərini
darvazaların önündə qoyacaq, torpaq qalağı və mühasirə divarları
düzəldəcək.
23
Onunla and içib saziş bağlayanlar falın yalan olduğunu
güman edəcək. Ancaq padşah təqsirlərini xatırlayıb onları əsir alacaq.
24
Buna görə də Xudavənd Rəbb belə deyir: “İndi ki təqsirlərinizi və
üsyankarlığınızı göstərməklə bunları yada saldınız, bütün işlərinizdə
günahlarınız aşkara çıxdı və yada salındınız, mütləq əsir düşəcəksiniz.
25
Sən ey murdar və pis olan İsrail rəhbəri, günün çatdı, nəhayət, cəza
vaxtın gəldi”.
26
Xudavənd Rəbb belə deyir: “Çalmanı və tacı götür. Daha
bu belə olmayacaq. Alçalanı yüksəlt, yüksələni alçalt.
27
Viran, viran,
viran qoyacağam şəhəri! Haqq sahibi gələnə qədər bərpa olunmayacaq.
Mən şəhəri ona verəcəyəm”.
28
r
Sən ey bəşər oğlu, peyğəmbərlik edib söylə ki, Ammonlular və
onların etdikləri təhqirə görə Xudavənd Rəbb belə deyir:
“Qılınc, qılınc həlak etmək üçün sıyrılıb,
Qırğın üçün itilənib ki,
Şimşək kimi parlasın.
29
Elə bir zamanda ki
Sənə boş görüntülər görünür,
Sənə yalan falçılıq açırlar.
Ölməli olan pis adamların
Boyunlarına enəcəksən, ey qılınc!
Bu adamların günü çatdı,
Nəhayət, cəza vaxtı gəldi.
30
Qılınc qınına qoyulsun!
Səni yaradıldığın yerdə,
Doğulduğun ölkədə mühakimə edəcəyəm.
31
Qəzəbimi üstünə tökəcəyəm,
Hiddətimin odunu üstünə püfləyəcəyəm,
Səni vəhşi adamlara təslim edəcəyəm.
Onlar məhv etməkdə mahirdir.
32
Sən oda qida olacaqsan,
Ölkə içində qanın töküləcək.
Daha yada salınmayacaqsan,
Çünki Mən Rəbb bunu söylədim”».
Yerusəlimin günahları
22
1
Mənə Rəbbin bu sözü nazil oldu:
2
«Sən ey bəşər oğlu,
mühakimə edəcəksənmi, qan tökən şəhəri mühakimə
1309
Yezekel 21 , 22
The Bible in Azerbaijani; 1st ed. © 2008, Bible Society of Azerbaijan and Institute for Bible Translation
s
22:7 Çıx. 20:12; Qanun. 5:16
t
22:7 Çıx. 22:21-22; Qanun. 24:17
u
22:8 Lev. 19:30;
26:2
v
22:10‑11 Lev. 18:7-20
w
22:12 Çıx. 23:8; Qanun. 16:19
x
22:12 Çıx. 22:25;
Lev. 25:36-37; Qanun. 23:19
edəcəksənmi? Gəl bütün iyrənc işlərini ona bildir.
3
Ona söylə ki,
Xudavənd Rəbb belə deyir: “Əcəli gəlsin deyə öz içində qan tökən bütlər
düzəldərək özünü murdarlayan şəhər!
4
Sən tökdüyün qana görə təqsirkar
oldun, düzəltdiyin bütlərə görə murdar oldun. Sən əcəlini yaxınlaşdırdın,
ömrün sona çatdı. Buna görə də səni millətlər içində rüsvayçılıq, bütün
ölkələr arasında istehza hədəfinə çevirdim.
5
Ey adı pisliyə çıxan, fitnə
dolu şəhər, yaxın olanlar da, uzaq olanlar da sənə istehza edəcək.
6
Budur,
sənin içində olan hər bir İsrail rəhbəri əlindən gəldiyi qədər qan tökür.
7
s
t
Sənin içində ata-anaya hörmət edilmir, sənin içində qəribə qarşı
zorakılıq, yetimə və dul qadına haqsızlıq edilir.
8
u
Müqəddəs şeylərimə
xor baxdın, Şənbə günlərimə məhəl qoymadın.
9
Sənin içində qan tökmək
istəyən böhtançı adamlar var. Sənin içində
dağlarda gətirilən qurbandan
yeyir, şəhvətə qapılırlar.
10
v
Sənin içində ögey anaları ilə yatanlar,
aybaşı olub murdarlanan qadınları zorlayanlar var.
11
Sənin içində kimi
qonşusunun arvadı ilə iyrənc iş edir, kimi həyasızlıqla gəlinini murdar
edir, kimi öz atasının qızını – bacısını zorlayır.
12
w
x
Sənin içində qan
tökmək üçün rüşvət alırlar. Sələm və müamilə ilə pul verirsən, zorakılıqla
qonşularından haqsız muzd alırsan. Beləcə Məni unutdun” Xudavənd
Rəbb belə bəyan edir.
13
“Əldə etdiyin haqsız muzddan ötrü və sənin içində tökülən qana görə
əllərimi bir-birinə vururam.
14
Sənə qarşı hərəkətə gəldiyim gün ürəyində
taqət olacaqmı, qollarında qüvvət qalacaqmı? Mən Rəbb bunu söylədim
və hökmən yerinə yetirəcəyəm.
15
Səni millətlər arasına yayacağam,
ölkələr arasına səpələyəcəyəm, içindəki murdarlığı məhv edəcəyəm.
16
Millətlərin gözündə ləkələnəcəksən. Onda biləcəksən ki, Rəbb Mənəm”».
17
Mənə Rəbbin bu sözü nazil oldu:
18
«Ey bəşər oğlu, mənim üçün
İsrail nəsli metal tullantısına çevrilib. Hamısı soba içində qalan tunca,
qalaya, dəmirə, qurğuşuna bənzəyir, gümüş tullantısı kimidir.
19
Buna
görə də Xudavənd Rəbb belə deyir: “İndi ki hamınız metal tullantısı kimi
oldunuz, Mən sizi Yerusəlimə yığacağam.
20
Əritmək üçün odu üfürüb
gümüşü, tuncu, dəmiri, qurğuşunu və qalayı necə sobada toplayırlarsa,
Mən də eləcə sizi qəzəb və hiddətimlə toplayacağam, sizi şəhərə qoyub
əridəcəyəm.
21
Sizi toplayıb qəzəbimin odunu üstünüzə üfürəcəyəm və
şəhərin içində əriyəcəksiniz.
22
Soba içində gümüş necə əridilirsə, siz də
şəhərin içində əriyəcəksiniz. Onda biləcəksiniz ki, üstünüzə qəzəbimi
tökən Mən Rəbbəm”».
23
Mənə Rəbbin bu sözü nazil oldu:
24
«Ey bəşər oğlu, ona söylə: “Sən
qəzəb
günündə təmizlənməmiş, üstünə yağış yağmamış bir torpaqsan.
Yezekel 22
1310
The Bible in Azerbaijani; 1st ed. © 2008, Bible Society of Azerbaijan and Institute for Bible Translation