y
22:26 Lev. 10:10; Yez. 44:23
25
Ölkənin peyğəmbərləri nərildəyən, ovunu parçalayan aslan kimi orada
tələ qurdu, canlara qıydı, xəzinə və qiymətli şeylər ələ keçirdi, şəhərdə
çoxlu qadınları dul qoydu.
26
y
Kahinləri Mənim qanunumu pozdu,
müqəddəs şeylərimi murdarladı, müqəddəs şeyi adi şeydən ayırmadı,
murdar şeylə pak şey arasındakı fərqi öyrətmədi. Onlar Mənim Şənbə
günlərimə göz yumdu və müqəddəsliyimə etinasızlıq etdi.
27
Ölkə
içindəki başçıları ovunu parçalayan canavar kimidir, haqsız muzd
əldə etmək üçün qan tökür, cana qıyırlar.
28
Peyğəmbərləri uydurma
görüntülər görüb, yalan fal açaraq bu günahların üstünə suvaq vurur.
Mən Rəbb elə demədiyim halda ‹Xudavənd Rəbb belə deyir› söyləyirlər.
29
Ölkə xalqı isə bir-birini qarət edərək soyğunçuluqla məşğuldur. Onlar
məzlumu və fəqiri incidir, haqsız yerə qəribə zülm edir.
30
Onların içində
bir adam axtardım ki, divarı təmir etsin və Mənim hüzurumda ölkə
naminə divardakı dəliklərin önündə dayansın ki, oranı yerlə yeksan
etməyim, ancaq belə adam tapmadım.
31
Buna görə də üstlərinə qəzəbimi
tökəcəyəm, hiddətimlə onları yandırıb məhv edəcəyəm. Əməllərinin
əvəzini başlarına gətirəcəyəm” Xudavənd Rəbb belə bəyan edir».
İki pozğun qadınla müqayisə
23
1
Mənə Rəbbin bu sözü nazil oldu:
2
«Ey bəşər oğlu, eyni ananın
qızları olan iki qadın var idi.
3
Onlar cavanlıqlarında Misirdə
olarkən fahişəlik etdi. Onların döşləri orada əlləşdirildi, qızlıq sinələrinə
orada əl sürtüldü.
4
Bu qadınlardan böyüyünün adı Ohola, bacısınınkı
isə Oholiva idi. Onlar Mənimki oldu, oğullar və qızlar doğdu. Ohola
Samariyaya, Oholiva Yerusəlimə verilən addır.
5
Ohola Mənimki olarkən fahişəlik etdi. Oynaşları olan qonşu
Aşşurlulara aludə oldu.
6
Onların hamısı mavi paltar geyinmiş valilər
və başçılar, cazibədar cavanlar, atlara minmiş adamlar idi.
7
Onlarla
fahişəlik etdi. Onların hamısı Aşşurun ən seçmə adamları idi. Ohola
kimə aludə oldusa, onun bütün bütləri ilə özünü murdar etdi.
8
Misirdə
başladığı fahişəliyindən əl çəkmədi. Çünki cavanlığında onunla
yatmışdılar, qızlıq sinəsinə əl sürtmüşdülər, şəhvətlərini onun üstünə
tökmüşdülər.
9
Buna görə də onu aludə olduğu oynaşlarına – Aşşur
övladlarına təslim etdim.
10
Onlar Oholanın ayıbını açdı, oğullarını və
qızlarını əlindən aldı, özünü isə qılıncla öldürdü. O, qadınlar arasında
rüsvay oldu, onun hökmünü yerinə yetirdilər.
11
Onun bacısı Oholiva bunu gördü, amma Oholivanın şəhvəti daha
qızğın, fahişəliyi bacısından daha betər idi.
12
O da qonşuları Aşşur
övladlarına – valilərə və başçılara, dəbdəbə ilə geyinmiş, atlara minmiş
adamlara aludə oldu. Onların hamısı cazibədar cavanlar idi.
13
Mən
1311
Yezekel 22 , 23
The Bible in Azerbaijani; 1st ed. © 2008, Bible Society of Azerbaijan and Institute for Bible Translation
gördüm ki, o da murdarlanıb və hər iki qadın eyni yolu gedir.
14
Oholiva
get-gedə fahişəliyini artırdı, çünki divara oyulmuş insan təsvirlərini –
15
bellərinə qurşaq, başlarına böyük çalma bağlamış Xaldeylilərin qırmızı
rəngli şəkillərini gördü. Onların hamısı əsillərinə görə Xaldey ölkəsindən
olan Babil zabitlərinə bənzəyirdi.
16
Oholiva görən kimi onlara aludə oldu
və onların yanına – Xaldey ölkəsinə qasidlər göndərdi.
17
Babil övladları
Oholivanın yanına, işrət yatağına gəlib şəhvətləri ilə onu murdarladı.
O onlarla murdar olandan sonra onlardan iyrəndi.
18
O, fahişəliyini
göstərəndə, ayıbını açanda ürəyim bacısından
iyrənən kimi ondan da
iyrəndi.
19
Misir torpağında fahişəlik etdiyi gənclik çağını yada salıb
fahişəliyini daha da artırdı.
20
Cinsiyyət üzvü eşşəyinki kimi, toxumları
ayğırınkı kimi olan oynaşlarına aludə oldu.
21
Beləcə sən gənclik çağında
etdiyin pozğunluğa qayıtdın. O zaman Misirlilər sənin sinənə əl sürtərək
cavan döşlərini əlləşdirirdi.
22
Buna görə də, ey Oholiva, Xudavənd Rəbb belə deyir: “Bax
iyrəndiyin oynaşlarını sənə qarşı təhrik edəcək, hər tərəfdən sənin
üstünə gətirəcəyəm.
23
Babillilərlə bütün Xaldeyliləri, Peqod, Şoa və Qoa
xalqını, bütün Aşşurluları gətirəcəyəm. Onlar cazibədar cavanlar, valilər,
başçılar, zabitlər və məşhur adamlardır. Hamısı da atlara minib.
24
Onlar
silahlarla, müharibə və yük arabaları ilə, çoxlu xalqdan ibarət qoşunla
üstünə gələcək, sipərlə, qalxanla və dəbilqə ilə hər tərəfdən sənə qarşı
düzüləcəklər. Hökm etmək ixtiyarını onlara verəcəyəm, öz hökmlərinə
görə səni mühakimə edəcək.
25
Qısqanclığımı sənə qarşı çevirəcəyəm,
səninlə qəzəblə rəftar edəcəklər. Burnunu və qulaqlarını kəsib salacaqlar,
sağ qalanların qılıncla həlak olacaq. Oğullarını və qızlarını əsir
alacaqlar, sağ qalanlarını od yandırıb məhv edəcək.
26
Sənin paltarlarını
soyunduracaq, gözəl bəzəklərini alacaqlar.
27
Beləcə Misir torpağından
gətirdiyin pozğunluğuna və fahişəliyinə son qoyacağam. Bu şeylərin
artıq həsrətini çəkməyəcək, daha Misiri yada salmayacaqsan”.
28
Çünki
Xudavənd Rəbb belə deyir: “Səni
nifrət etdiyin adamlara, iyrəndiyin
adamlara təslim edəcəyəm.
29
Onlar səninlə nifrətlə rəftar edəcək, bütün
zəhmətinin bəhrəsini əlindən alacaq, səni lüt və çılpaq qoyacaq. Beləcə
fahişəliyinin ayıbı üzə çıxacaq. Pozğunluğun və fahişəliyin
30
bunları
sənin başına gətirdi, çünki başqa millətlərlə birgə fahişəlik etdin, onların
bütləri ilə murdar oldun.
31
Öz bacının yolu ilə getdin. Buna görə də onun
kasasını sənin əlinə verəcəyəm”.
32
Xudavənd Rəbb belə deyir:
“Sən bacının kasasından içəcəksən.
O dərin və genişdir.
Sənə gülüb istehza edəcəklər,
Çünki dopdolu bir kasadır.
33
Sərxoşluq və kədərlə dolacaqsan.
Yezekel 23
1312
The Bible in Azerbaijani; 1st ed. © 2008, Bible Society of Azerbaijan and Institute for Bible Translation