The series of the humanitarian



Yüklə 3,77 Mb.
səhifə21/129
tarix25.06.2018
ölçüsü3,77 Mb.
#51547
1   ...   17   18   19   20   21   22   23   24   ...   129

- 44 - 

görə  həbs  olundu.  1937-ci  il  noyabr  ayının  11-də  repressiya  cəlladları  onu  da  həbs  edib  Bayıl 

həbsxanasının  qaranlıq  zindanlarına  saldılar. Qəlbi  bala  həsrətiylə  döyünən  ananı  üç  övladından 

ayıraraq  sürgün  etdilər.  Həbsxanadakı  əzab-əziyyətlər,  ətrafında  gördüyü  müsibətlər  əzablara  əzmlə 

sinə  gərən  yenilməz  qadının  qəlbini  sızlatdı.  Ümgülsüm  göz  yaşları  içində  buradakı  hadisələri  bir 

tarix  səhifəsi  kimi  gələcək  nəsillərə  çatdırmaq  üçün  “Qala  xatirələrim”  adlı  gündəlik  də  yazmağa 

başladı.    Həmin  xatirələrdən  birində  ailəsinə  sədaqətli,  mehriban,  həssas,  cəfakeş  ananın  yazdığı 

sətirlər  ürəkləri  sızladır:   

   “Bu  gecə  heç  yatmamışam. Görəsən,  gələcəklərmi? Bəlkə  gəlmədilər,  onda  mən  nə 

elərəm!? Gəlmədiklərinin  səbəbini  haradan  öyrənə  bilərəm? Gəlməsələr  yəqin  ki,  bir  xəstələri,  bir 

dərdləri  vardır.  Axı,  onlara  ayın  21-də  görüş  olacağını  məktubla  xəbər  vermişəm,  bundan  qabaq 

yoldaşlarımla 

görüşə 

gələnlərə 



adres 

verib 


xahiş 

etdirmişəm 

ki, 

onlara 


xəbər 

versinlər. Necə ola bilər  ki,  bunlardan  heç  birisi  onlara  deməsin?  Səhər  açıldı… Heç  tabım 

qalmamışdır,  çox  narahatam. Nəhayət,  qırmızı  çernillə  yazılmış  siyahı  verildi. Ürəyim  döyündü, 

mənim  adım  görəsən  çıxacaqmı? Siyahı  oxunub  qurtardı. Adım  yoxdur! Bir  qədərdən  sonra  ikinci 

siyahı  gəldi. Yenə  ürəyim  bərk  döyünür. Birdən  siyahını  oxuyan  Anna  Nikolayevna  «Sadıqova 

Ümgülsüm»  dedi. Tüklərim  biz-biz  oldu. Gözümdən  biixtiyar  yaşlar  axır. Doğrudanmı,  bu 

belədir? Doğrudanmı,  mən  uşaqlarımı  görəcəyəm? Mən  elə  bilirdim  bir  daha  uşaqlarımı 

görməyəcəyəm! İndi  isə  mənimlə  görüş  arasında  bir-iki  saatlıq  vaxt  vardır. Bu  bir-iki  saatda  nələr 

çəkəcəyəm?  Onu  bilirəm  ki, hamısını  görə bilməyəcəyəm.  Çünki  içəri  çox adam  buraxmırlar. 

   Nadzor  Mariya  Vasilyevna  başını  içəri  uzadıb  gur  səslə  bağırdı:  «İkinci  siyahıda  adı  olanlar 

hazırlaşsınlar!».  Ah,  ürəyim!  Ürəyim! Elə  çırpınır  ki,  elə  bil  yerindən  çıxmaq  istəyir. Burada  indi 

mərdlik 


lazımdır. Ağlamaq 

qətiyyən 

olmaz. Uşaqlara 

özümü 


ağlar 

göstərə 


bilmərəm.  Yazıqdırlar.  Bəlkə  uzun  illər  ayrı  düşdüm,  sonra  onlar  məni  gözü  yaşlı  xatırlamasınlar! 

   Qapı  açıldı,  kameradan  bayıra  çıxdıq.  Gözləyirik,  hələ  bizi  buraxmırlar. Bu  gözləmə  bütün 

səbrimizi  tükətdi.  Mən  demişdim  ağlamaram. Amma  dözə  bilmirəm. Gözümdən  yaşlar  axır. Birinci 

həyəti  keçib,  ikinci  həyətdə  görüş  üçün  təyin  olunmuş  meydançaya  toplandıq.  Barmaqlığın 

arasından  bir  çox  adamların  başlarının  təpəsi  görünür. Mənimkilər  də  yəqin  oradadırlar.  Bir  saata 

qədər  burada  gözlədik. Birdən-birə  qapının  tayı  açıldı. Adamlar  tələsik  içəri  soxulmağa 

başladılar. O  qələbəlikdə  hər  kəs  dəlicəsinə  öz  adamını  axtarırdı. Mən  də  o  qələbəlikdə  gözləri  ilə 

məni  axtaran  Oqtayımı  gördüm.  Gözlərimə  inana  bilmirəm.  Doğrudanmı,  mən  onu  görürəm?! 

   Sonradan  orada  durmuş,  tanınmaz  bir  şəklə  düşmüş  Qumuşcığazımı  gördüm. O,  doğrudan 

da  tanınmaz  olmuşdur. Elə  tanınmaz  ki,  mən  onu  tanıya  bilmədim. Əgər  Oqtayın  yanında  durmayıb, 

paltosu  ilə  şərfi  üstündə  olmasaydı  mən  ona  diqqətlə  baxmayınca  tanıya  bilməyəcəkdim. O,  mənim 

qoyub  gəldiyim  Qumuş  deyildi. Son  dərəcə  arıqlamış,  yanaqları  çəkilmiş,  üzü  solğunlaşmış,  gözləri 

açılmışdır. Bu  uşaq,  siması  qırmızı,  mənim  oynar-gülər,  tümbulyanaqlı,  dəyirmiüzlü  Qumuşuma 

qətiyyən  bənzəmir. Demək,  mənsizlik  mənim  bu  nazlı  balamı  bu  hala  salmışdır. Bu  lövhəyə  mənim 

qəlbim  dözərmi,  ah?!  Var  qüvvəmlə  bağırmaq  istəyirəm:  «Mənim  Qumuşum  belə  neyçün 

oldu?» Toğrul  da az arıqlamamışdır.  O,  da  Qumral  kimi  belə  qəmgin,  belə  məhzun  olmuşdur. 

Uşaqların  üçünü  də bütün  varlığımla  bağrıma  basıram,  yazıqların  üçünü  də birdən! 

   Qumralın  görkəmi  mənə  çox  pis  təsir  edir. O  tamamilə  dəyişmiş,  arıqlamağı  ilə  bərabər 

boyu  uzanmış,  saçları  da  uzanıb  alnına  tökülmüşdür. Onun  üzünə  bir  də  baxır,  Seyid  Hüseyni  görər 

kimi  oluram. Heç  bir  zaman  atasına  qətiyyən  bənzəməyən  bu  uşaq  indi  atasının  20  yaşında  ikən 

çəkdirdiyi  şəklinə  sıxı  bir  surətdə  bənzəyir. O  şəkildəki  bütün  mühüm  xətlər  bu  gün  Qumralın 

üzünə  çəkilmişdir.  Mən  bu məlul,  bu məsum  simada  bir Seyid  Hüseyn  görürəm”... 

Ümgülsüm  həbsxanada  yazdığı  “Həsrət”,  “Xəzərə  xitab”,  “Dərdli  könül”,  “Cığataya  məktub” 

şeirlərində  günahsız  tutulan,  dəhşətli  işgəncələrə  məruz  qalan  Azərbaycan  övladlarının  keçirdiyi 

iztirabları,  xalqın  milli  faciəsini  yüksək  poetik  ifadə  ilə  gələcək  nəsillərə  çatdırmaq  istəmişdir. 

   


Nəymiş  təqsirimiz,  neyləmişik  biz, 

   


Bunu  sən sual  et, mənim  dilim  yox. 

Hansı  xəyanətin  şərməndəsiyiz? 

Bunu  sən sual  et, mənim  dilim  yox.  (4,74) 



- 45 - 

Ağır  işgəncələrdən  sonra  Ümgülsüm  Sadıqzadə  Mordoviya  vilayətinə  -  həbs  düşərgəsinə 

göndərilmişdir.  Az  sonra    o  taleyin  daha  ağır  bir  zərbəsini  almış,  1942-ci  ildə  20  yaşlı  oğlu  Oqtay  da 

həbs  edilərək  sürgünə  göndərilmişdir.  1946-cı  ildə  sürgündən  azad  olunaraq  Bakıya  qayıdanda  isə 

Oqtaya  anasını  görmək  nəsib  olmamışdır.  Yeddi    illik  məhbus  həyatından  sonra,  1944-cü il iyul 

ayında  geri  qayıdan  Ümgülsüm, sentyabr  ayının  17-də  Şamaxı  şəhərində  15  yaşlı  qızı  Qumralın 

qolları  arasında  gözlərini  əbədi  yummuşdur. 

  

ƏDƏBİYYAT 



 

1.

 



Aydın  Hüseynzadə.  İstiqlal  şairi  Ümmügülsüm.  Bakı,  “Çaşıoğlu”,  2006 

2.

 



Almaz  Ülvi.  “Ümmügülsümün  poeziyası”.  “Azərbaycan  qadını”  jurnalı,  №3, 1997-ci il 

3.

 



Aybəniz  Əliyeva.  “Şairə  Ümmügülsümün  faciəsi”.  “Odlar  yurdu”  qəzeti,  №19,  oktyabr, 

1990-cı il 

4.

 

Ümgülsüm.  Əsərləri.  Bakı,  2010 



5.

 

“Solğun  çiçək”  (hekayə).  “Azərbaycan  qadını”  jurnalı,  № 2, 1971-ci il 



6.

 

http://az.wikipedia.org/ 



7.

 

“Toxunma  qəlbimə,  atəşi  parlar...”  www.azadliq.info 



8.

 

“Ölümə  məhkum  edilmiş  talelər”.  http://www.anl.az/down/meqale/     



9.

 

 Repressiya  qurbanı  olan  azərbaycanlı  qadın–Ümgülsüm  Sadıqzadə.  kult.az/yeni 



     

ABSTRACT 

Shahla  Shiraliyeva 

 

About  poetess Umugulsum’s  life and  creative activity 

In  the  article  deals  with  the  life  and  creativity  way  of  poetess  Umgulsum.  Identifies  the  main 

features  of poetry  in  verse  examples  talented  poet, who became  a victim  of  repression. 

 

 



РЕЗЮМЕ 

Шахла Ширалиева 

 

О жизни и творчестве поэтесса Умгюльсума 

В статье дается короткое  сообщение о жизни и творчестве поэтессы Умгюльсума. 

Выявляются главные особенности поэзии на стихотворных примерах талантливой поэтессы, 

которая стала жертвой репресии. 

 

 

 

NDU-nun  Elmi  Şurasının  23  yanvar  2015-ci  il  tarixli  qərarı  ilə  çapa  tövsiyə 

olunmuşdur  (protokol  №  05) 

         Məqaləni  çapa təqdim  etdi:  Filologiya üzrə elmlər doktoru H.Həşimli 

 

 

 



 

 

 

 

 

 

 


Yüklə 3,77 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   129




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə