6.2 Qiymətli kağızların uçotu və saxlanılması prosedurları ................................... 50
6.3 Qiymətli kağızlar üzrə klirinq və hesablaşma prosesi...................................... 51
6.4 Zəmanət Qrafiki .............................................................................................. 52
6.5 Qiymətli kağızlar əsasında kredit .................................................................... 52
6.6 Klirinq və hesablaşma təşkilatları arasında beynəlxalq əlaqələr ..................... 52
7
M
ƏRKƏZI BANKIN KLIRINQ VƏ HESABLAŞMALAR SISTEMINDƏKI ROLU
.........53
7.1 Funksiyaları..................................................................................................... 53
7.2 Risklərə nəzarət siyasəti ................................................................................. 53
7.3 Hesablaşma .................................................................................................... 53
7.4 Pul siyasəti və ödəniş sistemləri ..................................................................... 54
7.5 Qiymət siyasəti................................................................................................ 54
8
K
LIRINQ VƏ HESABLAŞMALAR SISTEMLƏRINƏ NƏZARƏT
...............................55
8.1 Nəzarət orqanın əsas funksiyaları................................................................... 55
9
ƏLAVƏLƏR:
STATISTIK
CƏDVƏLLƏR .................................................56
Cədvəllər
Cədvəl 1: 2004-2006-cı illər üçün əsas monetar göstəricilər ................................................ 11
Cədvəl 2: Azərbaycanın bank sistemi................................................................................... 21
Cədvəl 3: Banknotlar və sikkələr
..................................................................................
..32
Cədvəl 4: Özəl sektor və yerli orqanlarının borc qiymətli kağız emissiyaları ........................ 46
Cədvəl 5: Özəl sektor və yerli orqanların ikinci dərəcəli bazardakı əməliyyatları.................. 47
M
ƏTNDƏKI
Şəkillər
Şəkil 1: .................................................................................................................................. 35
M
ƏTNDƏKI
Qutular
Qutu 1: Mühaisbat uçotu və heabatlılıq sahəsindəki islahatlar ............................................. 12
Qutu 2: Digər qanunlar və normativ aktlar ............................................................................ 19
v
1
İ
QTISADI VƏ MALIYYƏ BAZARININ QISA ICMALI
1.1 S
ON ISLAHATLARIN XÜLASƏSI
1990-cı illərin ikinci yarısında həyata keçirilmiş geniş və müvəffəqiyyətli stabilləşmə proqramı
Azərbaycan iqtisadiyyatının sürətli bərpası ilə nəticələndi. Son beş il ərzində kumulyativ
artım 40 faizi keçmişdir. 2002 və 2003-cü illərdə faktiki ümumdaxili məhsul (ÜDM) 10 faiz
artmaqla, ümumilikdə güclü siyasi mühiti, yüksək neft qiymətlərini və neft və qaz sektorunda
investisiyanın əhəmiyyətli dərəcədə artımın əks etdirmişdir. Qeyri-neft sektoru da öz
göstəricilərini yaxşılaşdırmışdır.
Neft sektorunun inkişaf perspektivləri, habelə ölkənin ali və aşağı idarəetmə sistemində
həyata keçirilən islahatlar nəticəsində “Fitch IBCA” beynəlxalq qiymətləndirmə agentliyi
Azərbaycanın suveren uzunmüddətli reytinqi və yerli valyutanın uzunmüddətli reytinqini
“BB stabil” səviyyəsinə qaldırmışdır.
Hazıırda birbaşa xarici investisiya ÜDM-un 60 faizini təşkil edir ki, bu da Azərbaycanı MDB,
Baltik və Şərqi Avropa ölkələri arasında aparıcı yerlərdən birinə çıxarmışdır. İndi artıq ölkə
beynəlxalq kapital bazarlarına nüfuz etməyə və Avroistiqrazların emissiyası üçün potensial
investorlarla danışıqlara başlamağa hazırdır. Bu alətlərin emissiyası qeyri-neft sektorunun
inkişafını sürətləndirəcək və biznes mühitinin yaxşılaşmasına, habelə regionların və kənd
ərazilərinin inkişafına köməklik göstərəcəkdir.
Aşağıda son illərdə ölkədə həyata keçirilmiş ən mühüm islahatların bəzilərinin qısa təsviri
verilmişdir.
1.1.1 Məhkəmə Sistemi və Hüquq Mühitindəki İslahatlar
Son on il ərzində Azərbaycan Avropa standartlarına cavab vermək və institutları, habelə
həyata keçirilən fəaliyyət formalarını demokratik dövlət kimi konsolidasiya etmək üçün bir
çox addımlar atmışdır. Azərbaycan son illərdə Ədliyyə Nazirliyinin strukturunu yenidən
formalaşdırmış və Prokurorluq Sistemində islahatlar aparmışdır. Məhkəmə sistemi ilə
əlaqədar onu qeyd edə bilərik ki, Azərbaycan hakimlərin müstəqilliyini dəstəkləmək üçün
konstitusion müddəaları tətbiq etmiş, məhkəmələrin idarəetmə strukturu və tərkibini yenidən
formalaşdırmış, kadrların idarə edilməsi sistemində yeniliklər həyata keçirmiş, hakimlər
şurasını təsis etmiş və məhkəmə davranış məcəlləsini hazırlamışdır. Məhkəmə sisteminin
hüquqi bazasını gücləndirmək üçün hüquqi sənədlər təkmilləşdirilmiş və hüquq
məcəllələrində islahatlar aparılmış, o cümlədən yeni cinayət və cinayət-prosessual, habelə
mülki və mülki-prosessual məcəllələr təqdim edilmişdir. Xidmətlərə çıxış imkanını
yaxşılaşdırmaq məqsədilə bəzi rayonlarda hüquq məsləhətxanaları açmaqla məhkəmə
sisteminə çıxış imkanları genişləndirilmiş, hüquqşünas fəaliyyəti üzrə yeni qanunlar tətbiq
etməklə, habelə insan haqları mövzusunda treninqlər və digər proqramlar təşkil etməklə
vətəndaşların hüquqi müdafiəsi gücləndirilmişdir.
BEEPS məlumatları göstərir ki, biznes fəaliyyəti qarşısında maneə kimi məhkəmə sisteminin
vəziyyəti 1999-2005-ci illərdə əhəmiyyətli dərəcədə yaxşılaşmış, lakin məhkəmə qərarlarının
vaxtlı-vaxtında verilməsi, habelə məhkəmələrin ədalətli fəaliyyəti üzrə reytinqdə azalma
müşahidə edilir.
Hazırda Ədliyyə Nazirliyi, qanunların formalaşdırılması, prosedur islahatların həyata keçirilməsi
və hakimlər üçün treninqlərin təşkili üzrə məhkəmələrlə bir sıra donorlar işləyir. Buraya daxildir:
qanunların formalaşdırılması, 100 əlavə hakimin seçilməsi və qulluğa qəbul edilməsi, habelə
nəzarət sistemlərinin yaradılması üzrə Avrop Şurası və Avropa Birliyi, treninqlər üzrə USAID və
GTZ, hüquqi təhsil və informasiya, etik məcəllələr, kommersiya fəaliyyəti haqqında qanun və
araşdırmalar sahəsində hüquqi treninq üzrə ABA CEELI.
6