Tofiq Məhəmməd oğlu Hüseynzadə
364
BİZƏ GƏLSİN
(məktub)
A qardaş, bilmirəm biz neyləmişik?
Bu sevgi həsrəti az bizə gəlsin!
Xəstəyəm; dilbərin can atəşindən,
Götür qələmini yaz, bizə gəlsin.
Məhəbbət eşqinə bəzənsin könül,
Çalib qanadini, oxusun bülbül,
Sənin də, mənim də sevdiyimiz gül,
Başinda bir dəstə qiz, bizə gəlsin.
Sevən könüllərə bir toy vurulsun,
Sevinsin anamiz, məclis qurulsun.
Zurna zilə çəksin, dəfçi yorulsun,
Aşiq sinəsində saz, bizə gəlsin.
09.10.1969
Xəyal cığırı – II cı̇ld
365
HÖRUMÇƏYİN YOLLARI
Yadimdadir …
Bir zaman
Hörümçək gələn zaman,
Nənəm deyərdi: – Oğlum,
Ay, sənə qurban olum,
Hörümçəyə toxunma.
Gətirir o, şad xəbər,
Sevinəcək könlümüz,
Yad olacaq qəm, kədər.
Mən də böyük inamla
Toxunmazdim ona heç,
Deyərdim, uzaq yoldan
Gələn var ya tez, ya gec.
Ömrüm yaşa dolsa da,
O, əfsanə olsa da,
Bu gün başqa bir aləm
Əlimə verdi qələm.
Hörümçəyin yollari
Düzülüb naxiş-naxiş,
Bu, qəribə aləmə
Xəyalim heyran qalmiş.
Bu, bir zərrə həyatda
Qüdrətə bax, gücə bax,
Xalçani o toxuyub
Bəlkə, insandan qabaq.
Tofiq Məhəmməd oğlu Hüseynzadə
366
Yollarini durmadan
Çəkir eniş, yoxuşa,
İşləyir təbiətlə
O, vuruşa-vuruşa.
Dayanmir, o, yol çəkir,
«Uzaq yoldan gələn var».
Qaçir eniş-yoxuşa,
Yollarinda daş, divar.
Evimizin küncünə
Neçə dəfə yol salib…
Elə bil ki, bir azdan
Qorxaraq uçmağindan,
Divari bir-birinə
Möhkəm – deyə, bağlayib.
11.10.1969
Xəyal cığırı – II cı̇ld
367
İNCİMƏZ
Arzular sinəmdə durub qatara,
Yar – deyə, könlümü saliblar dara,
Deyirəm, bir yerdə çəksələr dara,
Nə bülbül inciməz, nə gül inciməz.
Axmağin hər sözü zəhərdir, oxdur,
Ağilli başlarin qiyməti yoxdur,
Dünyada qanan da, qanmaz da çoxdur,
Hər yetən insandan könül inciməz.
Namərdin başini namərdlər kəsə,
Mərdin ayaqlari sinəmdə gəzə,
Özünə Qəmlini kim dost eyləsə,
Çəksə də qəhrini yüz il, inciməz. 12.10.1969
KÜSMƏ, ARAZ…
Araz, Araz, ay Araz!
Axan adi çay Araz!
Bizim bu boşboğazlar,
Yalançi şeirbazlar,
Deyirlər, bir torpaği
Araz bölüb ikiyə… –
Araz,
küsmə hər sözdən.
Doğub mübarizədən
Azadliq hər ölkəyə. 12.10.1969
Tofiq Məhəmməd oğlu Hüseynzadə
368
KÖRPÜLƏR
Səpələnib işiq tək
Dünyanin hər yerinə,
Neçə-neçə sahili
Qoşar biri-birinə,
körpülər.
Bu gündən sabahima
Mənə keçid gərəkdir,
Ömrümüzə çox zaman
Dağlar kimi dirəkdir,
körpülər.
Ürəklərə uzanib,
Şirin-şirin pay verər,
Günəş batar… yerinə
Gözəl-göyçək Ay verər,
körpülər.
İki qonşu diyari
Bir-birinə bağlayar,
İnsanlar qəmlənsə də,
Nə ah çəkər, ağlayar,
körpülər.
Xəyal cığırı – II cı̇ld
369
Mən – sahilin bu tayi,
Sevgilim – o bir tayi,
Keçəcək üstümüzdən
Ömrümüzün yar payi,
körpələr.
Nəsillər addimlayir…
Bəli! Bizim körpələr!
Bütün körpülər üçün
Yaranmişiq
körpülər…
13.10.1969
Tofiq Məhəmməd oğlu Hüseynzadə
370
SƏNƏT AŞİQİ
(Cəfər Cabbarliya)
Bayron, Heyni, Şekspir
Az sevməmiş sənəti,
Taqor nəğmələrində
Qamçilamiş zülməti.
Sevirəm sənətkari,
Əsrinin vüqaridir.
Daha artiq sevdiyim
Sənətkar Cabbarlidir.
Kəlmələri dalbadal
Kin, qəzəblə doludur,
Cabbarlinin sənəti
Azadliğin yoludur.
Sənətinə onun tək
Vurğun bir insan hani?
O, qoydu dünyamizda
Bir azadliq dastani.
O, qələm götürmədi
Dağda gülə, çiçəyə,
Nə də gözəl-göyçəyə...
Yazdi: «Hey, sən!
Əski dünya, təslim ol!
Sənə qarşi yürüş var!
Yürüş var ha,
yürüş var!»
Xəyal cığırı – II cı̇ld
371
Sevillər çadrasini o an
başindan atdi,
Bütün Şərqi oyatdi.
Yalançi dindarlari
Elxan qirib, taladi,
Od üstündə qaladi.
Ağalarin zülmünə
Bir balta vurdu Almaz.
Dedi: belə zülm olmaz!
Azəri səhnəsinin
Pərdəsini laybalay
Günəşə açdi Oqtay.
Bu yürüşə,
bu vuruşa
Təslim oldu əski dünya,
Xalqa xainlər kimi…
Mən də milyonlar kimi
Sevirəm ürəyimdə
Necə bir sənətkardir.
Sevirəm daha çox ki,
O, Cəfər Cabbarlidir.
13.10.1969
Tofiq Məhəmməd oğlu Hüseynzadə
372
TOY ÇALINIR
Toy çalinir …
İki dünya sevinir,
İki könül gül açir,
Atib hicran qəmini
Arzular qucaqlaşir.
Toy çalinir…
İki ürək döyünür
Vüsalinin odundan,
İki nəğmə oxunur
Qəlblərin sükutundan.
Toy çalinir…
İki sevgi naminə
Ev-eşiyə nur dolur,
Başqa-başqa adamlar
Can-ciyər qohum olur.
14.10.1969
Dostları ilə paylaş: |