Tofiq Huseynzade--seir--kitab 1111. indd



Yüklə 21,6 Mb.
Pdf görüntüsü
səhifə68/143
tarix04.07.2018
ölçüsü21,6 Mb.
#53181
1   ...   64   65   66   67   68   69   70   71   ...   143

Tofiq Məhəmməd oğlu Hüseynzadə

400


Mən nələr görmədim öz gözlərimlə, 

Bəzən yuxu sanib sildim gözümü.

Aramla dolaşsan çox izlərimlə,

Hiss etdim Cənnətdə o gün özümü.

İnsan hünərinə qəlbən vuruldum...

Güllüzar həyati həqiqi duydum.

Dincəlib, bir azca xəyala daldim,

Keçmiş bir nağili mən yada saldim.

Gəldi qulağima keçmişin səsi,

Dil açdi qəlbimin yeni həvəsi.

Düşündüm... bir vaxtlar deyərdi babam:

«Sənə nağil deyim, gəl, əziz balam!»

Mən onda çixardim onun dizinə,

Osa başlayardi nağil sözünə:

– Deyirlər, biri var, biri yox imiş,

Allahin bəndəsi yaman çox imiş.

Bu dövr yaşarmiş bir varli insan,

Xasiyyəti gözəl, adi Süleyman.

Onun adəti xoş, sözü gözəlmiş.

Bir gün Allah onu çağirib demiş:

«Görürəm, nə qədər ağillisan sən,

Ömrünü ağilla başa verirsən.

Bu gündən qoy aləm; qulaq as mənə,

Süleyman Peyğəmbər desinlər sənə!»

Bunun əvəzində durub baş əymiş,

Şöhrəti, qüdrəti daha yüksəlmiş.

Dünyaya yayildi, filan ölkədə...

– Dururmu, ay baba?




Xəyal cığırı – I cı̇ld

401


– Durur, bəlkə də...

– Di daniş dalini, ay baba, tez ol!

Osa nəfəsini dərərək bir yol,

Çəkərək əlini mənim başima,

Deyərdi nağili söz sirdaşina.

– Balam! Harda qaldim?

– Filan ölkədə...

– Hə... filan ölkədə vardir bir insan,

Kasiba canini eyləyir qurban, 

Kim ona söyləsə ürək sirrini,

O dəm o göstərir dərman yerini.

Xülasə, ürəyin bir şey istəsə,

O dəva tapir ki, orda hər kəsə.

– Ay baba, incitsə kasibi varli,

Onun da yaxşimi keçərmiş hali?

– Yox oğlum...

– Bəs necə olarmiş onda?..

– Kim-kimi incitsə əgər dünyada,

Onu doğrayarmiş yeddi-yerindən.

– Ax... nə eyləyərmiş lap ürəyimdən.

Görəsən, səni də incidən bəylər,

Düşərsə əlinə onda nə eylər?

Onu da doğrayar, ölənlər kimi,

Balam, o, olmuşdur yerin hakimi.

– Baba, elə insan varmidir indi? – 

Babam məni süzüb, sonradan dindi:

– Var oğlum, indi də belə bir insan;

Cürətdə, qüdrətdə igid Süleyman.

O vaxt Süleymansa, indi çox olmuş...

Eh... dünya nə qədər boşalib-dolmuş...




Tofiq Məhəmməd oğlu Hüseynzadə

402


Yadimdan çox çixib Koroğlu, Babək.

Bir də Qaçaq Nəbi. Düşünüm, görək,

Yadima düşürmü el qəhrəmani?

Öldürən həmişə zülmü, yamani.

Babam bir anliğa fikirləşməmiş,

Mən onu fikirdən ayirdim təmiz.

Düşünüb yenidən bir ad deməmiş,

Qalmadi fikrindən tamamən bir iz.

Dedim: – Daniş görüm, deməli ki, sən,

Koroğlu, Nəbini özün görmüsən?..

– Yox, oğlum, keçmişdə yaşamiş bunlar;

Süleyman qüdrətdə olan oğullar.

– Yaxşi, səni əzən azğin bəyləri

Alib kötəkləmiş kim diri-diri?

– Sən yaxşi bilməzsən.

– Hansi oğullar?

– Partizanlar.

– Necə?


– Hə .. partizanlar.

   Olmuşdur o illər xalqin köməyi,

   Bəlkə də olmuşlar duzu, çörəyi.

– Gördünmü onlari?

– Necə görmədim?

   Bir yerdə oturub çörək də yedim.

– Sən Allah, düzdürmü?

– Doğrudur, oğlum!

   Ağzimin ləzzəti, qəndim, noğulum.

– Bir yerdə olanda nə danişdiniz?

– Onlar söylədilər. Bizim andimiz

   Budur ki, kəndliyə olsa dolaşan,




Xəyal cığırı – I cı̇ld

403


   Axan su yerinə axacaqdir qan!

– Bəs sizə Nəbilər nə kömək etdi?

Deyəndə, bir anliq xəyala getdi...

– Axi neyləyirsən?

– Soruşuram da...

– Onlar doluşsaydi hansi bir kəndə,

Tamam edərdilər viran bəyləri,

Kəndlinin qanini soran bəyləri.

Qalmadi mal-qara yiğdilar tamam,

Verdilər kolxoza nə ki var, haman.

Bəylərə nə qədər borcluyduq; o gün,

Sildilər nə varsa tamam, büsbütün.

Bir də əsarətdən azad olduq biz,

Güldü üzümüzə doğma evimiz.

Gül açdi hər yanda insanin səsi,

Bü dünya evinin azad ölkəsi.

Özümüz işlədik, özümüz yedik,

Keçmiş əzablara min lənət dedik.

Versəydi bəy bizə bircə cüt öküz,

İl boyu evində işləyirdik biz.

İndi ki, görürsən, şükür Allaha!

Günümüz keçir şən, əzab yox daha!

Elləri qəlbi tək candan sevənə, 

Min-min rəhmət olsun əziz Leninə!

– Lenin babamimi?..

– Bəli, o insan!

Olmuş inqilabda ordu kapitan.

Bu eli, obani çağiraraq o,

Bütün gur səsilə bağiraraq o.



Tofiq Məhəmməd oğlu Hüseynzadə

404


Azadliq dalinca çağirdi bizi,

Bəylərə işləmiş var qüvvəmizi.

Dedi, ilişdirin, qirin bəyləri,

Zəli tək qan soran o köpəkləri.

Səsinə səs verdi bu ellər onun,

Keçdi qabağina böyük ordunun.

Nə ölüm qorxutdu onu, nə də din,

Dedi ki, birbaşa hücuma gedin!

Sən sanma inqilab asandir, oğlum,

Ay mənim istəyim, qəndim, noğulum.

Tüfəng tapilmirdi bolşeviklərə,

Hamisi baxirdi o eşşəklərə.

Var idi hər bir şey Çarin əlində,

Oyunun taleyi – top da, tüfəng də.

Çarin toplarindan tutulsa hava,

Bolşevik alardi əlinə yaba.

Arxadan maneə göstərənləri

Atirdiq alova biz diri-diri.

Qərəz ki, nə deyim, o polad qollar

Dağitdi neçə min alovlu toplar.

Çarin gülləsinə tutdu başini

Bizim bolşeviklər – ellərin şani.

Onlar qorxmadilar bir an ölümdən,

Ömrünə inqilab seçdiyi gündən.

17-ci ildə bir axşam çaği...

Açildi göylərin qaşi-qabaği.

Lenin əmr verdi: «Qiş sarayina!»

Ordu hücum çəkdi, batdi al qana. 

Çarin cəvahirdən qurulmuş taxti,

Yixildi ömrünün qudurmuş baxti.




Yüklə 21,6 Mb.

Dostları ilə paylaş:
1   ...   64   65   66   67   68   69   70   71   ...   143




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə