Tofiq Huseynzade--seir--kitab 1111. indd



Yüklə 21,6 Mb.
Pdf görüntüsü
səhifə65/143
tarix04.07.2018
ölçüsü21,6 Mb.
#53181
1   ...   61   62   63   64   65   66   67   68   ...   143

Tofiq Məhəmməd oğlu Hüseynzadə

378


Gəlin, dostlar, bu gün yenə düzlər keçib, dağlar aşaq,

Hər gül ilə, çəmən ilə həsrət-həsrət qucaqlaşaq.

Bizim xeyli yaşimiz var, deyilik ki, bu gün uşaq,

Vəfa yoxdur, qorxuram ki, həyat bizdən dönə, dağlar.

1967 oktyabr



Xəyal cığırı – I cı̇ld

379


GƏLSİN

Ürək deyən şirin nəğmə

Qanad çalib, telə gəlsin.

Mən çatmadim sevgilimə,

Bari, bülbül gülə gəlsin.

Məcnun oldum, düşdüm iraq,

Sinəm oldu varaq-varaq.

Eşqə yansa, verin soraq,

Deyin ona, çölə gəlsin.

Zaman çatdi göz-qaşini,

Aldi duman dağ başini.

Axidaraq göz yaşini,

Öldüm, silə-silə gəlsin.

Könül verdim, yandim nələr,

Dil açmadi xoş nəğmələr.

Saf eşqimdən keçən günlər,

Qoy qovuşub ilə gəlsin.

Əcəl məni bir gün tapsa,

Deyin, gözəl batsin yasa.

Ah qoparsin susa-susa,

Təkcə andim dilə gəlsin.

1967 oktyabr




Tofiq Məhəmməd oğlu Hüseynzadə

380


BİR  EŞQƏ  YAN

(Şota Rustavelinin «Pələng dərisi geymiş pəhləvan»                                                                

kitabinda yazmişdir)

Bir yaxin gəl sən, əzizim, gəl bir az da dinlə məni,

Burda nağil edim sənə ürəyimdən hər keçəni.

Nəğmələrim inci kimi, qoy düzülsün sətir-sətir,

Eşqi duyan ürəklərə əlvan-əlvan saçsin ətir.

Oxuduqca bu kitaba dərin-dərin hörmət edək,

Hər səhifəni çiçək kimi, qönçə kimi açaq, örtək.

Nə qədər var, oxusaq da, gəl saxlayaq biz tər-təmiz,

Olacaqdir bu əhvalat bizim həyat məktəbimiz.

Oxuyanda məhəbbətlə, varaq-varaq bu dastani,

Məftun oldum, sevdim qəlbən şair Şota Rostevani.

Qüvvət alib, qüdrət alib Rostevandan, yazdim bunu,

Yaranmişdir insanlara şeirliyin hər qanunu.

Nöqsanlarim olsa da çox, gəl bağişla, məni tani,

Oxuyanda məhəbbətlə, varaq-varaq bu dastani.

Bu dastani başlayanda, sən söylə ki, qadir Allah!..

Varsa sənə şikayətim, bunu etmə ömrə günah.

Aşiqlərə verdin əzab və işgəncə dönə-dönə,

Ürəklərin saf eşqini sən boyadin qara günə.

Bundan sonra, sevənlərə, yalvariram, gəl ol pənah,

And içirəm, deyirəm ki, bunu bir də etməm günah.



Xəyal cığırı – I cı̇ld

381


Əyər varsa məhəbbətin, sən gəl eylə eşqi əyan,

Tariyel tək, Darecan tək nalə çəkib, bir eşqə yan.

Aşiqlərin taleyinə axit, durma, tök göz yaşi,

Sənin qəzəb, kin, nifrətin, qoy dolansin daği-daşi.

Məhəbbətin sultanina bax, eşqində möhkəm dayan,

Tariyel tək, Darecan tək nalə çəkib, bir eşqə yan.

Macərani duyanda sən, qoy taleyin gəlsin dilə,

Salam yetir eşqə kömək Tinatinə, Aftandilə.

Eşq əsiri ağlayanda, güləndə də sən ol həmdəm,

Oxuyanda bu dastani tökdü qan-yaş mənim didəm.

Gəl mənimlə, ey əzizim! Göz yaşini silə-silə,

Salam yetir Darecana, Tinatinə, Aftandilə.

Gəl qiymayaq heç bir kəsə; olsun onun bəxti qara,

Günəş kimi işiq saçsin gənc taleyin getsə hara.

Nalələrdən düşsün uzaq, kef axtarsin, dolansin şən,

Surətinə, qüdrətinə qanad çalib, gülsün gülşən.

Öz ömrünü gəl bəxş elə bir vəfali gözəl yara,

Günəş kimi işiq saçsin gənc taleyin getsə hara.

Artiq mənim söhbətimin bu yerdəcə çatdi sonu,

Oxuyanda məni çox an, mən məsləhət bildim bunu.

Hər bir kəlməm, hər bir sözüm gənc ömrümə yadigardir,

Sənətilə ucalanlar, bilirəm ki, bəxtiyardir. 

Mənə güc ver, gəl qanad ver, çatmamişdir eşqin sonu,

Oxuyanda məni çox an, mən məsləhət bildim bunu.

18.10.1967



Tofiq Məhəmməd oğlu Hüseynzadə

382


MƏNƏ BİR MAHNI OXU

(Şota Rustavelinin «Pələng dərisi geymiş pəhləvan»  

kitabinda yazmişdir)

Dinlə məni, ey gözəl,

Boynuma çələng toxu.

Yox…yox, hər şeydən əzəl

Mənə bir mahni oxu.

Elə çələng toxu ki,

Məhəbbəti soraşsin.

Elə mahni oxu ki,

Hind qizina yaraşsin.

Deyirlər ki, yamanca

Xoşdur, incədir səsin.

Gəl deyinmə dalimca,

Xoşdur mənə həvəsin.

Di başla hind mahnini,

Qoy mən də qulaq asim.

Atib dərdi, ağrini,

Dil açsin qiriq sazim.

Dinəndə hərdən-hərdən,

Musiqində məni an.

Alişsam əyər birdən,

Dayanma! Tez sən də yan.



Xəyal cığırı – I cı̇ld

383


Elə qəlbə vurul ki,

Bulaq tək daşsin, aşsin.

Elə könül bağla ki,

Hind qizina yaraşsin.

18.10.1967

EY GÖZƏL

(Şota Rustavelinin «Pələng dərisi geymiş pəhləvan»  

kitabinda yazmişdir)

Ey gözəl! Hərdən bir çixanda qoşa,

Mənim də könlümə gəl et tamaşa.

Əlində olarsa cəhrayi, gülüm,

Aman!.. Çox qorxuram, qoyma alişa.

18.10.1967




Tofiq Məhəmməd oğlu Hüseynzadə

384


YAŞAMAQ İSTƏYİRƏM

Nə gün görmüşəm hələ,

Ölüm mənə yan alir?..

Dönərək aci yelə,

Əldə qilinc dolanir.

Bərk qişqirib deyirəm:

«Yaşamaq istəyirəm!»

Gəncliyimə bəxşişim

Olmuş qüssə, qəm, kədər.

Olmamiş yüksəlişim,

Ömrüm dolanmiş hədər.

Bərk qişqirib deyirəm:

«Yaşamaq istəyirəm!»

Qalmamişdir əlimdən,

Həyata bir yadigar.

Bari, ölsəm qələmdən,

Qoy deyim ki, adim var.

«Ölüm! Çəkil», – deyirəm:

«Yaşamaq istəyirəm!»

1967 oktyabr




Yüklə 21,6 Mb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   ...   143




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə