Tofiq Huseynzade--seir--kitab 1111. indd



Yüklə 21,6 Mb.
Pdf görüntüsü
səhifə61/143
tarix04.07.2018
ölçüsü21,6 Mb.
#53181
1   ...   57   58   59   60   61   62   63   64   ...   143

Tofiq Məhəmməd oğlu Hüseynzadə

344


İlk odlu sözündür – «Azərbaycan!» 

Oxudun sən o gün bir xoş avazdan, –

«Ayrila bilərmi bir ürək candan?!» –

Durna bulağinda, Azəri bacim.

«Zaman nə gözəldir, bir qara gözü,

Şirin gülüşünü, bir şirin sözü

İnsana verməmiş, yaratmiş özü!» –

Gəzir sorağinda, Azəri bacim.

1967 avqust



Xəyal cığırı – I cı̇ld

345


EŞŞƏYİN ADƏTİ

(təmsil)


Adət oldu eşşəyə, görsə kimdə bir adət,

Özündə görünməyi sanardi böyük şöhrət.

Gördü ki, at yəhərdə lap ayri cür görünür,

Cilovundan çəkəndə o tərəfə tez dönür.

Qanmadi, qandirmadi atildi, düşdü yəhər,

Ağac ilə döyərək, döndərdilər bir təhər.

1967 avqust



Tofiq Məhəmməd oğlu Hüseynzadə

346


GÜL VƏ SARMAŞIQ

Bağda bir qizil gülə

Dolanib gülə-gülə,

Söylədi ki, sarmaşiq, –

«Mənəm sənə yaraşiq!».

Qizilgül heç dinmədi,

Onun tək öyünmədi.

Dedi: «Billəm, sarmaşiq,

İndi sənsən yaraşiq.

Darixma, olsun səhər,

Gəlsin bağin bağbani.

Soruşacam, ay gözəl, 

Yaraşiğin bəs hani?».

1967 avqust




Xəyal cığırı – I cı̇ld

347


BÖYÜKDÜR QƏLBİM

Bilmədim qəsdini, əzəldən neçün?

Süzərək gözünü, güldün üzümə.

Can atdim qəlbini yoxlamaq üçün,

Etibar da qildin o gün sözümə.

Mən duydum, duydum ki...

Guya ki, sənin...

Görünən vücudun çox səfalidir.

Bilmədim sənin o – 

                            kinli həvəsin,

Duyan ürəklərə çox vəfalidir.

Səndən xahiş etdim,

              titrək səsimlə:

– Tik, indi yaxamdan düşən düyməni.

– Mən bunu deyirdim xoş həvəsimlə.

  Yenə də aldatdi gülüşün məni.

Gün keçdi... ay keçdi...

Mən unuduldum.

Düymə düşüb itdi, açildi sinəm,

Bəzəkli sevgini bu günlər duydum.

Duydum ki, nə qədər aldanmişam mən,

Yoxsa ki, düşündün o gün, 

                             nədən sən:

«Həmişə böyükmü qəlbi, görəsən?» – 

El bilir, əzəldən böyükdür

                         qəlbim.

Tiksən də düyməni,

                         qirib atandir.

Ən böyük bədbəxtlik, düymələnəndə, 

Bir ilgək önündə aciz qalandir.         1967 avqust




Tofiq Məhəmməd oğlu Hüseynzadə

348


ZAMANIN HÖKMÜ

Zaman insanlara, 

            insanlar mənə;

Hökm edir: – «Söylə ki, qatiq qaradir!».

(Söz tapa bilmirəm iki düşmənə,

Susuram. Bu dərddən qəlbim yaradir).

Söyləsəm ağdir ki, bu olar artiq,

Mən də deyirəm ki, qaradir qatiq.

1967 avqust

GƏLİN DÜŞÜNƏK 

Elə ki, doğulduq, gəldik cahana,

Qanlar axitmağa gəzdik bəhanə.

Elə ki, mənasiz köçdük dünyadan,

Sanki bir səs keçdi, boş bir xəyaldan...

                                          

1967 avqust



Xəyal cığırı – I cı̇ld

349


SEVGİ MONOLOQU

Mən ona «sev» dedim bir Ayli gecə,

Çökdü qizartilar yanaqlarina... 

İstədi «hə» desin, bilmirəm necə,

Titrəyiş yar oldu dodaqlarina.

Mən ona «sev» dedim, çatildi qaşi,

Saldi xəyalini qarma-qarişiq.

Sevincdən, nədənmi axdi göz yaşi?

Mənim də xəyalim gəzdi dolaşiq.

Mən ona «sev» dedim, dinmədi yenə,

Bir cavab gözlədim suallarimdan...

Dedimsə, «di söylə!», hey dönə-dönə,

Ayira bilmədim xəyallarindan.

Mən ona «sev» dedim, demədi mənə: 

«Mən də ki sənin tək sevirəm səni».

Yazdi qədəmilə şehli çəmənə:

«Neçün anlamirsan, heç zaman məni,

Mən də ki sənin tək sevirəm səni».

1967 avqust



Tofiq Məhəmməd oğlu Hüseynzadə

350


 SEVİRƏM SƏNİ

Mən səni görəndə bilmirəm, nədən, 

                              dilim lal olur?..

Baxir surətimə hər gəlib, gedən, 

                              (taleyim budur).

Səndən ayrilanda sözlə doluram,

                              sənə deməyə.

Eşqinlə sürünən bir kəs oluram,

                              bilmirəm, niyə?

Yoxsa ki, taleyim, bəxtim belədir,

                               oldum utancaq.

Söz olmuş təsəllim, bilmirəm, niyə,

                               söz, ancaq-ancaq?

Oxu bu sözümü, inan özünə, 

                                görəndə məni,

Söylə ki, «gəl inan yarim, sözümə,

                                 Sevirəm səni»!

1967 avqust




Xəyal cığırı – I cı̇ld

351


TƏLƏBƏLİK SİMVOLU

Olmuşdum ərkəsöyün 

Evimizdə hər zaman,

Bu gün tamam başqa gün,

Olmuşam sakit yaman.

Milyon qədri bilməyən,

Qəpik dərdi çəkirəm,

İtirəndə heç nədən,

Göz yaşimi silirəm.

Qollarimi çirmayib,

Qab yuyuram tər-təmiz.

İndi sanmiram ayib,

Gül kimidir evimiz.

Yatiram üstüm açiq,

Anam yoxdur ki, örtsün.

Görsəm yuxu dolaşiq,

«Boşdur» – deyib o, gülsün.

Oldum sənət yolunda

Həm «qadin», həm də kişi.

Çətin vaxt da olsa da, 

Aşiriram hər işi.

1967 sentyabr




Yüklə 21,6 Mb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   143




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə