Tofiq Huseynzade--seir--kitab 1111. indd



Yüklə 21,6 Mb.
Pdf görüntüsü
səhifə58/143
tarix04.07.2018
ölçüsü21,6 Mb.
#53181
1   ...   54   55   56   57   58   59   60   61   ...   143

Xəyal cığırı – I cı̇ld

327


Dedi: «Ana çox-çox sağ ol!..» qucaqladi, öpdü onu.

(Deyirəm ki, göstərməsin dövran bizə öz zorunu.)

Sonra keçdi yatağina, kirpik endi kirpik üstə,

Sanki bir Ay dolanirdi buludlarin dövrəsində.

Tərifini söyləmirəm, demirəm ki, Günəş yatir,

Demirəm ki, Yer üzündən işiq saçan Günəş batir.

Hilal qaşlar zülmət kimi, hücum çəkir gül üzünə,

Baxişina vurğun hami, qövsi-qaşa, gün üzünə.

Öz qizini gördü aydin, vücudunda güldü sevinc,

Ana qəlbi aram-aram bayaqdandir dolanir dinc.

İstədiyin hazirladi, düzdü onu al süfrəyə,

Firəngizi çağiranda möhkəm getdi düşüncəyə...

Bircə anda heç bilmədən surətindən sevinc qaçdi,

Firəngizin bu yatişi keçmişindən söhbət açdi...

Yada düşdü nişanlisi, xəyal kimi dolanmiş ər,

Yada düşdü keçmiş, aman, qara günlü qərinələr.

Ötən illər yaralari dağlar çəkmiş nələr ona,

Çox zamanlar istəmişdi ömrü qəsdən vursun sona.

Lakin yatan körpəcə qiz bağlamişdi əl-qolunu, 

Susub yenə gözləyirdi yar eşqinin öz yolunu.

Yaxinlaşdi Firəngizə, siğalladi saçlarini,

Hiçqiriqsiz, bir naləsiz, axitdi göz yaşlarini...

(Qudurarsa əgər həyat, düşünməyə dəyməz heç an,

Qoy hökmünü göstərsin o, kinli qəlbi sussun tamam.)




Tofiq Məhəmməd oğlu Hüseynzadə

328


Göz yaşindan süzüləndə, Firəngizin yanağina,

O, bilmirdi bir xal salir budağinda yarpağina.

(Məni heç kəs qinamasin, bu, zamanin hökmüdür, bax,

Dövranini çox sürməmiş, tez quruyar yaşil yarpaq.)

Möcüzələr yuxusunda Firəngizi dəhşət aldi,

Yağdi yağiş, daşdi çaylar, sellər yaman haray saldi.

Göy üzündə şimşək səsi nərə çəkdi dünyalara,

Bulud üstə bulud gəldi, qüvvət verdi haraylara.

Duman, çiskin hər tərəfi bürümüşdü zülmət kimi,

Bu aləmdə tanimazdi, insan oğlu vursa kimi.

Aləm qan-qan söyləyirdi, kəsilmişdi insan səsi,

Dünyalara səs salmişdi həyatin öz təranəsi.

Bu vaxtlarda Firəngizsə itirmişdi öz yolunu, 

Sağ tərəfi böyük qaya, yaman tutmuş sel solunu.

Bu ölümün pəncəsindən o, bilmirdi getsin hara,

Yoxdu gücü, qilinc çəksin, «dayan!» – desin haraylara.

Getdikcə hey sellər, sular aşib-daşir, qalxir bir az,

Firəngizi qorxutmadi – aslanlarda qorxu olmaz!

Sərt qayadan dirmaşirdi bir quş kimi üz yuxari,

Su da qalxir, haray qalxir, güclənirdi sel axari.

Pəncəsindən qurtaranda bu ölümün, çox can atdi,

Son taqətdə tənginəfəs qayaliqda sona çatdi.

Elə bu an ayağindan silkələnib qopdu bir daş,

Yuvarlandi üz aşaği qişqirdi o, seldən yavaş.




Xəyal cığırı – I cı̇ld

329


Öz səsinə ayilanda dəhşət üstə gördü dəhşət,

Axan sellər röya isə, yalan olmuş bir həqiqət.

Anasinda göz yaşini görəndə o, quru qaldi,

Ürəyini min bir kədər, qəm-qüssələr yenə aldi.

Heyrət ilə soruşdu ki, – «Nə olmuşdur, söylə, ana?

Ağir bir söz deyən olmuş, mən yatanda yoxsa sana?

Yoxsa, yoxsa.... daniş tez ol! Göz yaşlarin neçün axir?».

Dedi: «Qizim, bu sualin oldu mənə, yaman ağir.

Yaxşi, indi daniş görüm. Nə görmüşdün sən yuxuda?

Qismət oldun sən orda da sevmədiyim o fəryada?» –

Deyib, onu sinəsinə sixdi, kiçik uşaq kimi... 

(Söz açmasin yaralari, etsə bədbəxt həyat, kimi.)

O, düşündü, durdu bir az, sonra dedi, mənasi nə?..

İnanmiram yuxulara, yaranmişdir o əfsanə.

– «Yox, yox, tez ol, daniş qizim, ürəyimi hicran dəlir,

Xəyalima min bir böhtan, uydurulmuş min söz gəlir.

Yoxsa sənə böhtan atdi, daş ürəkli bu insanlar?

Danişmasan həqiqəti, ürəyimdə yoxdu qərar». 

Firəngizsə dedi yenə, – «Axi ana!..». – «Daniş, qizim, 

Hər ağrini, hər kədəri daniş mənə, Dan Ulduzum!».

Danişdi o, yuxusunu anasina, bir az yalan,

Heç demədi qayaliqdan, daş qopanda, uçan zaman,

Fəryadini gizlətmədi qoca dağlar, cavan dağlar,

Nə də, onu qucağina alan zaman boş haraylar.




Tofiq Məhəmməd oğlu Hüseynzadə

330


Söyləsəydi birər-birər hər olmuşu anasina,

Ana onda axidardi göz yaşini yana-yana. 

Çox dindardi, inanirdi hər bir şeyə qəlbi kimi,

İncisəydi yuxusunda bir nəfərdən, atmaz kini.

Getdi fikrə, sonra dedi: «Tikan batsin it gözlərə!

Qizim, sabah pul verərsən harda görsən əlillərə».

– «Yaxşi, yaxşi edəcəyəm, di, sən daniş öz dərdini,

Daniş, indi ürəyindən gəlib-keçən kədərini».

«Bayaq dedim, bu sualin oldu mənə yaman ağir», –

Deyib ana, kədərindən nağil dedi, ağir-ağir:

«Mən çəkirdim. Çəkməyəydin bu dərdimi, qizim, sən də,

Açib, sənə söyləmədim, çox zamanlar yer gələndə.

Ancaq indi danişacam, sən çəksən də, mən çəkəni,

Yaxşi dinlə, gözəl qizim, bir vəfasiz sanma məni.

Hələ gəncdim, cavan idim, açilmişdim çiçək kimi,

Oxşayirsan gəncliyimə bir ətirli mələk kimi.

Zaman verdi öz hökmünü, vurğun oldu atan mənə,

Mən, «Yox!» – dedim bu qaydadir, əl çəkmədi, sevdi yenə.

Dönən zaman mən bulaqdan, açdi mənə öz qəlbini,

Ancaq onda «yox» demədim. Dedim: «Mən də sevdim səni!»

Məhəbbətimiz yaman möhkəm yaranmişdi əzəl gündən,

«Can» deyərək, «can» eşitdik, həm mən ondan, həm o məndən.

Fikrimizə gəlmirdi ki, həyat versin başqa səhnə,

And içdik öz eşqimizə, əhdimizə dönə-dönə!




Xəyal cığırı – I cı̇ld

331


And içdik ki, kim pozarsa öz eşqini, öz əhdini,

Allah ona olsun qənim, yaşatmasin surətini!

And içdik ki, bu eşqimiz Günəş kimi olsun təmiz,

Ayrilmayaq ömür boyu, çixsin birgə can qəlbimiz!

Bir gün gəldi, toy quruldu qəlbimizin arzusuna,

Biz sevindik, çox şad olduq eşq əzabi çatdi sona.

Çiçəkləndi yar eşqimiz, ətir saçdi bundan sonra,

Qəlbimizin hökmü ilə yekun vurduq intizara.

Çox keçmədi, keçdi bir il, sən doğuldun bir yay günü,

Biçilirdi yiğin-yiğin taxillarin dən sünbülü.

Biz sevindik, çox şad olduq, xəyallarimiz getdi uzaq,

Fikirləşdik, bu körpəyə ən layiqli bir ad qoyaq.

Atan dedi: «Mən tapmişam, Nərgiz olsun qizin adi,

Çiçəklər ən sevimlidir, məhəbbətdə bu qaydadir».

Mənsə dedim: «Gəl incimə, bəs, Fəridə necə addir?»,

Dedi: «Qəlbə düz yol tapmaq sevənlərdə bir qaydadir.

Qoy indi ki xəyallarimiz, həm Fəridə, həm də Nərgiz,

Birləşərək yaratsinlar, gözəl bir ad – gül Firəngiz.

Bu həm sənin, həm də mənim qəlbimizin ilk sözüdür,

Ömrümüzdə çiçəklənən eşqimizin ilk gözüdür».

Mən dedim ki, «düz tapmisan, düz tapmisan, inan Tanri»,

Ürəyimiz salamladi verdiyimiz bu qərari. 

Hər ikimiz gülümsündük, bir ürəkdən baxdiq sənə, 

Min ilhamla, min qüvvətlə ürək vurdu dönə-dönə. 




Yüklə 21,6 Mb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   143




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə