Tofiq Huseynzade--seir--kitab 1111. indd



Yüklə 21,6 Mb.
Pdf görüntüsü
səhifə59/143
tarix04.07.2018
ölçüsü21,6 Mb.
#53181
1   ...   55   56   57   58   59   60   61   62   ...   143

Tofiq Məhəmməd oğlu Hüseynzadə

332


Oxşayardi səni lap çox: «Olacaqdir qizim həkim,

Dəva tapib sağaldacaq ağriyanda böyük qəlbim,

Vücudunda gözəlliyə Ay duracaq tamaşaya, 

Qizim heç tay olmayacaq nə Günəşə, nə də Aya». 

Bunu deyib, baxar mənə; deyirdi ki, baxişlari, 

Həyat necə xoşbəxt edib bu ömürlük yoldaşlari.

Təbəssümü dil açardi; mən vurğunam bu həyata, 

Çünki gözəl insanlara həm ər oldum, həm də ata.

Xeyli keçdi. Bir gün səni yatizdirdim bu yerində,

Sən olsan da çox-çox kiçik, məna vardi gözlərində. 

Həmin gündən yaralanmiş mənim qəlbim» – Susdu ana...

Dayanmadan, hey axitdi göz yaşini yana-yana.

Gözü yaşli Firəngiz də yalvardi ki, anasina,

Bəsdir daha göz yaşlari, dastanini danişsana...

O, başladi söhbətini: «Qizim, neçün ağlamayim?

Göz yaşinin qurbanidir, axi, gənclik ilim, ayim.

Keçmiş aci xatirəmə hər bir damlam bir çiçəkdir,

İnsan eşqi, insan səsi, unudulmaz bir gerçəkdir. 

Görəcəksən, qizim, sən də məhəbbətin qüdrətini,

Göstərəmməz bu nemətdə hər bir insan cürətini.

O, gəlirdi çox pərişan, həmin anlar addim-addim,

Olsa ömrüm viranədə unudarmi gör heç yadim.

Təəccüb etdim, soruşdum  ki, –  «Nə olmuşdur, ay İbrahim?

Yoxsa, sənin ürəyinə olmuş mənim bir günahim?»




Xəyal cığırı – I cı̇ld

333


Ancaq güldü dodaqlari. Dedi: «Qorxma, yoxdur heç nə,

Bənizimdə olan qüssə, sən başa düş, bir əfsanə.

Polad kimi bədənim var, atilaram güllə üstə,

Düşmənləri mən qiraram, əllərimlə, dəstə-dəstə!».

«Nə güllədir?.. Nə düşməndir?..» – deyib, onda heyrətləndim,

Vücudumu aldi yellər, göz yaşilə qəhərləndim.

Dedi: «Qorxma, heç nə yoxdur, qudurmuşdur yenə Hitler,

Yalvariram dönə-dönə, gəl, gülüşlə mənə güc ver!»

Mən qişqirib fəryad etdim, göz yaşlarim döndü selə,

Düşdüm onun ayaqlarina, cansizlar da gəldi dilə... 

Fəryadimi təsvir etmək çox çətindir indi, qizim,

Onda dindi telli kaman, indi dinir qiriq sazim.

Gözlərimiz dikilmişdi bir-birinə, qəribədir,

Elə bil ki, uzun illər onlar olmuş ayri əsir.

Siğindim mən onda onun qəlbindəki məhəbbətə, 

Lənət, qarğiş yağdirirdim, o Hitlərə – axmaq itə!

Nə olardi ağlamaqdan, getməliydi o, cəbhəyə,

Mən onda bir yekun vurdum, hər arzuya, hər diləyə.

Dedim: «Görün, Aman Allah, çəkdi nələr başim mənim,

Yenə axdi bir çay kimi gözlərimdən yaşim mənim.»

Dedi: «Vəfa, bəs əhd hani? Danişmadiq axi belə...

Bundan aci ayriliğa dözəcəyik biz ki, hələ.

Qorxma, bu gün, ya da sabah qələbəylə gələcəyik,

Hər ağrini unudaraq, yenə deyib-güləcəyik.




Tofiq Məhəmməd oğlu Hüseynzadə

334


İndi gedək, Firəngizlə mən görüşüb, tez ayrilim,

Getməliyəm inan çox tez, gözləyirlər yoldaşlarim!».

Biz gələndə sən ayildin, durdun dinməz, bir lal kimi,

Düşdü onda baxişlarin ürəyimə bir xal kimi.

Üz-gözündən öpdü nələr, tökdü onda o göz yaşi,

Çiraq kimi söndüm onda, alovlandi bağrim başi.

Baxişinda, bir əbədi ayriliği duydum, onun,

Elə bil ki, deyirdilər, – yetmiş artiq ömür sonun.

İstədi ki, çixib getsin, dizlərində söndü taqət,

Dönə-dönə o, gah mənə, gah da sənə etdi diqqət.

Sənsə onda əl-qolunu oynadirdin hərdən-hərdən,

Sanki ona söyləyirdin: «Salamat gəl cəbhələrdən!»

Dedim ona: «Söylə mənə, necə durum səndən ayri?..

Aman Allah! Dəhşət nədir! Mərhəmətə bir gəl, bari.

Mən qullara qul olaram, inan bütün  ömrüm boyu,

Qoy insanlar cəbhələrdən dağitsinlar tez ordunu.»

Gülümsünüb o birtəhər, dedi: «Axi, qorxma dedim,

Şirin-şirin gülüşünlə mənə güc ver, qoy mən gedim!»

Dedim: «Necə? Ayriliqda deyirəm ki, gülsün ürək?

Sən çixanda, qadir Allah, mənə vaxtsiz ölüm gərək!»

Dedi yenə: «Gəl qulaq as, and içirəm eşqimizə,

Mənə heç nə olmayacaq. Nur gələcək qəlbimizə.

Cəbhələrdə axidacam düşmən qani bir sel kimi,

Mən yenə də qovuşacam bülbülümə bir gül kimi!»




Xəyal cığırı – I cı̇ld

335


Deyib, onda əllərimdən öpüb birdən, çixdi yoxa,

Mən tuş oldum həmin gündən zəhərlənmiş hər cür oxa.

Yazardi hey mənə məktub, – «Qorxma, hələ yoxdur yaram,

Surətinlə, saf eşqinlə bu yerdə də bəxtiyaram.

Düşmənləri çox qiririq, cəbhə keçmir bizdə ağir,

Qələbəyə şapalaqla çatacağiq əzəl-axir!».

Dörd il keçdi, məktub yenə yazirdi o, hərdən az-az,

Qiş təzəcə çəkilirdi, açilirdi uğursuz yaz.

Ümidimi bağlamişdim gələn cansiz məktublara,

Xəyalima gətirmədim – həyat hara, sevinc hara!?.

Bir gün aldim mən bir məktub. Gözlərim tez solub, getdi,

Yazilmişdi, – «Ölmüş ərin!». Həyatimin sonu bitdi.

Fəryad etdim, ah qopardim, alovlandi sinəm başi,

Əllərimdən uçdu quş tək, bir ömürlük yar yoldaşi.

O gündən mən geydim qara, yandi qəlbim yarpaq kimi,

Gündən-günə soldu rəngim qoparilmiş saplaq kimi.

Mən özümə qəsdimi də çox düşündüm, yoxdu çara,

Sən saxladin, dedim, bari, qoy olmasin bəxti qara. 

Gecələr mən çox görürəm, xəyal kimi o insani... 

Soruşdu ki, o gün məndən: «Bəs, Firəngiz qizim hani?»

Deyirəm ki: «Ay İbrahim, hardasan, heç görünmürsən?

Axir zaman bir quş kimi uçub, gedib, heç dönmürsən.

İndi isə bəsdir artiq, gedək, gedək, bizimlə qal!

Yediyimiz-içdiyimiz canimiza sinsin halal».




Tofiq Məhəmməd oğlu Hüseynzadə

336


Deyir mənə: «Olma qəmgin, qaldiğim yer bir Cənnətdir,

Dörd tərəfim çiçək-çəmən, Allah bilir nə zinətdir.

Buraxmazlar məni ordan, heç gəlmək də istəmirəm.

Sözlərimə gəl qulaq as, dinlə məni bax, deyirəm:

Pis xəyalla yaşama heç, onda mən də dərd çəkərəm,

Ölüm nədir? Fikirdəsən? Cavan-cavan bel bükərəm.

Gətirərsən gələn dəfə Firəngizi, görüm onu,

Görüm, onun anasina yaraşirmi boy-buxunu?..

Düşündükcə onu hər an, qəlbim yanir çiraq kimi,

Yellənirəm bir kimsəsiz, yazilmamiş varaq kimi.

Gəl çixarma heç yadindan, gətir, görüm Firəngizi!».

– «O, bunlari söyləməmiş, qeybə gedir, qalmir izi.

Mən orda da bir daş kimi düşüb, yenə inləyirəm,

Qalxib, ancaq ürəyimin qüvvətini dinləyirəm.

Gözəl qizim, budur artiq, bu söhbətim çatdi sona!» –

Deyib, yenə göz yaşlari axitdi o, yana-yana.

Olmuş dastan eyləmişdi Firəngizə yaman əsər,

O da tökdü göz yaşlari, vücuduna çökdü kədər.

Dedi: «Ana, bilirsənmi?..», – ildirim tək çaxdi qaşlar,

Danişmağa nitq olmadi, Firəngizi boğdu yaşlar.

Yaziq qadin fikrə getdi danişdiğina oldu peşman,

O, gördükcə Firəngizdə göz yaşini, oldu şan-şan...




Yüklə 21,6 Mb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   143




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə