Tofiq Huseynzade--seir--kitab 1111. indd



Yüklə 21,6 Mb.
Pdf görüntüsü
səhifə57/143
tarix04.07.2018
ölçüsü21,6 Mb.
#53181
1   ...   53   54   55   56   57   58   59   60   ...   143

Xəyal cığırı – I cı̇ld

321


Deyirəm: Dil açir könlümün qəmi,

Yorğunluq alsa da var bədənimi,

Estetik zövqdən aliram dinci,

Aydinla dinəndə qəbuledici.

1967 iyul



Tofiq Məhəmməd oğlu Hüseynzadə

322


ÖTƏN İLLƏRİN YARALARI 

Bu söhbəti qoy başlayim, dil açmasin yaralarim,

Nə də bağri qan almasin, sözü o dəm duyanlarin.

Qələmimdə cana gəlsin, o başlasin hekayətə,

Əzəldən ki, mən vurğunam varliğimla həqiqətə.

Səma aydin… axşam çaği… süngüsünə keçir Günəş,

Qaranliq da əks tərəfdən nişanlayir öz oxunu.

Sanki, bu dəm yaranmişdir göy elində qanli güləş,

Bilirəm ki, düşündürmür bu mənzərə bir çoxunu. 

Qaranliğin nişanəsi – kölgə örtmüş dörd bir yani,

Eşqə düşən hazirlaşir, seyr eyləsin gülüstani.

Məhəbbətə sirdaş olmuş, qardaş olmuş doğan zülmət,

Unutmayir öz əhdini. Vardir burda bir həqiqət.

Kim bilir ki? Bütün gənclik, gəncliyində kefə dalir,

Günəşdən yox, saf eşqindən – bir gecədən nemət alir.

Bilirəm ki, qismət olmur, doğan sevinc hər insana, 

Kimi hər an kefə dalir, kimi düşür zimistana.

Əzəl gündən bədbəxt olmuş bir gənc qizin taleyini 

Düşünürəm… nələr çəkmir o gülbəniz, o sərvinaz?

Baxişlari xatirladir qar boranli qiş yelini...

Mənim bu dəm qəlbimi də donuzdurur qopan ayaz.

(Düşünürəm… nələr çəkmir o gülbəniz, o sərvinaz.)




Xəyal cığırı – I cı̇ld

323


Bir qaydaydi Firəngizə düz danişmaq, düz oturmaq,

Aləm qana batsa yenə, danişmazdi bir söz yalan.

(Nə lazimdir, ey insanlar həqiqətə böhtan qurmaq?

Mənim də, hey, ürəyimi qəm, kədərlə budur alan.)

Oxuyurdu institutda bu gözəl qiz – Dan Ulduzu,

Ürəyində gül açmirdi hər sevinci, hər arzusu.

Düşünərdi hər bir zaman. Xəyallara dalardi çox, 

Sevinc ona sirdaş deyil, ona sirdaş min dərd, min ox. 

Gözlərini açan günü hiss edəndə dünyasini,

Tanimamiş, nə görməmiş ürək, doğma atasini.

Nə bir ata nazi çəkmiş, nə qayğisiz yaşamamiş,

Nə də qaçib, hərdən-hərdən atasina qol açmamiş.

Qiz böyüdü, çatdi yaşa, duymadiğin duydu indi,

Qəlbindəki dərd üstünə min dərdi də qoydu indi.

Anasinin əzablari, göz yaşlari… diddi onu,

Bükdü nələr yaziq-yaziq maral kimi o boynunu.

Yaziq qadin nələr çəkmir… həm qadindir, həm də kişi,

Pələng kimi diz bükərək, yola salir hər bir işi.

Çox çalişdi, çox vuruşdu zaman ilə erkək qadin,

Ömrü tənha yaşasa da, oldu duru, Aydan aydin.

Keçdi illər, gəldi  illər, böyüdükcə qiz Firəngiz,

Bədirləndi bir Ay kimi, ətirləndi sanki nərgiz.

Atalidan artiq yeyər, artiq geyər hər bir zaman.

(Bu dərdi də versə ona, utanmazmi görən zaman?)




Tofiq Məhəmməd oğlu Hüseynzadə

324


Deyirəm ki, çox ağrilar hələ qalsin qoy bir yana,

Əsl həyat səhnəsindən biz söz açaq yana-yana:

Qiz nə vaxt ki instituta qəbul oldu, açdi çiçək,

Əməlindən peşman oldu, çox qudurmuş dövrü-fələk. 

Ana-bala qəm-kədərdən düşmüşdülər xeyli uzaq,

Ana baxib Firəngizə, qəlbi olmuş varaq-varaq.

Unutsa da xəyal kimi az dolanmiş sevgisini,

Unutmurdu yar qəlbinin, yar eşqinin ilk səsini.

Söz açmazdi bir an belə, keçmiş qara taleyindən,

Firəngizə min dərd olar onun hər bir naləsindən.

Firəngiz də anasini xəyallara salmamaqçün

Soruşmazdi, «yaziq anam qəlbi qəmli olmuş neçün?».

Bayaq dedim, çiçək kimi açilirdi qiz Firəngiz,

Qulluğuna yaraşirdi, Ay camalli yüz min kəniz.

Saxlamirdi ürəyində məhəbbətə gizli bir yer,

Nə də arzu eyləmədi bu taledən, «mənə eşq ver».

Ağir gəzib, ağir durdu, dolaşmadi bir yel kimi,

Nə də haray qoparmadi dağlar sökən bir sel kimi.

Həyasina, əxlaqina heyran oldu kişi, qadin,

Tanidilar onu göydə alovlanan Günəş, Aydin.

Anasi da inanirdi öz qizina öz qəlbi tək,

«Basirilmiş buğda dəni, buğda dəni versin gərək!»

Bir qaydaydi Firəngizə, çixan zaman evlərindən,

Qucaqlayib anasini hey öpərək gözlərindən.




Xəyal cığırı – I cı̇ld

325


Deyərdi ki, filan vaxti olacağam evimizdə,

Öz vaxtimda, öz yerimdə evimizdə məni gözlə.

Bu qaydayla dolanirdi. İllər keçdi, ötdü aylar,

Bir gün nədən anasini tutdu möhkəm, bərk xəyallar.

Unudaraq öz vaxtini anasina deməmişdi,

Həmin vaxtdan ötüb keçmiş, bu gün evə gec gəlmişdi.

Ana qəlbi bir tel kimi hər ağridan inildəyir,

Ana qəlbi bihuş kimi keçib, daşdan-daşa dəyir.

Xəyalina gəlir çox şey, bəzən gözü yaşla dolur,

Bəzən ürək təsəllisi unudulmuş bir səs olur.

Ancaq yenə tez qayidir Firəngizin xəyaliylə,

Düşündükcə «Harda qaldi?..», axir yaşlar gilə-gilə.

Gec gəlirdi bu gün evə, gəlirdi o, axşam çaği,

Qizarmişdi lalə kimi ətirlənən al yanaği,

Qurumuşdu gözlərində bir sel kimi axan yaşlar,

Taleyinə aciyirdi bunu görən qəlbi daşlar.

Astanadan yorğun girən – öz qizini görən kimi

Öpdü, öpdü, qucaqladi illər ayri əsir kimi,

Gözlərində durmadi yaş. (Ana qəlbi bax, belədir,

Ana üçün versək cani, deməyək ki, daha bəsdir.) 

Soruşdu ki, «Söylə, qizim, harda idin bu vaxtacan?

Demirsənmi, bəs anamin bədənində qalarmi can?

Nə olmuşdu, gözlərin də itirmişdir baxişini?

Yoxsa, həyat qismət etmiş bu gün sənə göz yaşini?




Tofiq Məhəmməd oğlu Hüseynzadə

326


Çox yorğundur, qizim, söylə, hər addimin, hər qədəmin,

Yoxsa, səndə dərdi vardir bu qudurğan zəmanənin?

Daniş, daniş, darixiram, qəfəsdəki bir quş kimi,

İtirmişəm öz ağlimi, dolaniram bihuş kimi!»

Firəngizsə asta-asta gülümsünüb dedi: «Ana! 

Nə qəmliyəm, nə kədərli, heç nə yoxdur bu gün mana. 

İmtahani gec qurtardiq, mən bilmirdim olsun belə, 

Qurban olum, gözəl anam! Qiymətimə gəl bax hələ!».

Dedi: «Sağ ol, sağ ol qizim! Ey, bəxtimin ilki, sonu,  

«Aslanlarin nə erkəyi, nə dişisi – birdir sonu».

Min oğulla dəyişmərəm surətini təkcə sənin,

Min arzusu, həvəsisən odlu vuran bu qəlbimin.

Olsun, qizim, qoy göylərdən sənin küskün bəxtin uca.

Di gəl dincəl, bilirəm ki, yorulmusan sən yamanca.

Çox oxuma, qurban olum, get rahat ol, yazma hələ,

Satsa insan öz ömrünü, yeni can ki keçməz ələ.

Qəlbim bu gün coşdu, artdi bu aləmdən daha böyük,

Böyüyürsən, ürəyimdən köç eyləyir hər ağir yük.

Keç, yat, qizim, qurban olum! Ey, gözümün ilk işiği,

Ürəyimin döyüntüsü, həyatimin yaraşiği.

Sən rahat ol. Mənsə sənə hazirlayim gözəl nahar,

Qoy gözümdə, ürəyimdə qiş köç edib, olsun bahar!»

Firəngizdə güldü yaşlar, atdi ürək intizari,

İnsan qəmi tez unudur, nə vaxt görsə laləzari.




Yüklə 21,6 Mb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   143




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə