Tofiq Huseynzade--seir--kitab 1111. indd



Yüklə 21,6 Mb.
Pdf görüntüsü
səhifə53/143
tarix04.07.2018
ölçüsü21,6 Mb.
#53181
1   ...   49   50   51   52   53   54   55   56   ...   143

Xəyal cığırı – I cı̇ld

293


Deyirəm, dünyada bir səndən başqa,

Görəsən vardirmi başqa bir gözəl?

Həm də ki, vəfali, cəfali eşqə, 

Həmişə yaradan şeir, söz, qəzəl.

Elləri mat qoyur. Qaşlarin qara.

Nə deyim? Fəxrimsən, şirin sözümsən. 

Zülmət gecə hara... qaşlarin hara?.. 

Həyata qaranliq verərsən ki, sən!

Şirin gülüşlərin, o, gül yanağin, 

Olmuşdur ellərin söhbəti, sözü.

Baxir, tərpəndikcə qönçə dodağin,

Hər insan oğlunun hər iki gözü.

Zülfün ilan kimi könüllər çalir,

Hərdən töküləndə o, Ay camala.

Bütün vücudumu qoparib, alir,

Baxanda sənin tək bir eşqi-hala.

Qədəmin gözəldir, baxişin şirin,

Durduqca, durduqca bu dünyada sən.

Deyirəm, tez mənə bir dərman verin,

Zəhri-mar da olsa, tək o gözəldən.

Gözəldir vücudun, bütün surətin,

Səni mənim kimi çox sevənlərə. 

Qədrini bilirsən ilk məhəbbətin, – 

Qişqirib demişəm bütün ellərə!

1967 iyul

                                       




Tofiq Məhəmməd oğlu Hüseynzadə

294


    

 HƏM O, HƏM DƏ MƏN 

Demirəm, təkcə mən, hər ikimiz də,

Nə vaxtdir sevgidən unudulmuşuq,

O məni, mən onu. 

Oyandi, bilmədik kin qəlbimizdə,

Nə vaxtdir sevgidən məhrum olmuşuq,

Həm o, həm də mən.

Dolaşdiq elləri, gəzdikcə hərdən, 

Nədən tapişdiqsa danişdirmadiq,

O məni, mən onu.

Sinədə çirpinan, bilmədik nədən,

Döyünən ürəyi barişdirmadiq,

Həm o, həm də mən.

Görüşdən ayrildiq, getdik xəyala,

Gördük şən gülüşlü ilk məhəbbətdə,

O məni, mən onu.

Sonradan ayilib, baxib bu hala,

Dolandiq yenə də xoş xasiyyətdə,

Həm o, həm də mən.

Birləşə bilmədik, görüşsək yenə, 

Bu dəfə həsrətlə, yaşla unutduq,

O məni, mən onu. 

Axdi gözümüzdən yaş dönə-dönə, 

Həyati ağişla yaşa doyurduq, 

Həm o, həm də mən.                            1967 iyul



Xəyal cığırı – I cı̇ld

295


TEZ MƏNƏ ÇATDIR

Qardaşim!  Ürəyim lap tez-tez vurur,

Həyatin vəfasi, əhdimi budur?

Çəksən də əzablar, yalvariram, dur!

Tutaraq əlimdən, dərmana çatdir.

Görürsən ölürəm, tutulur səsim,

Yoxdur ki, tək səndən başqa bir kəsim,

Ölsəm də dünyani dolaşsin izim, 

Kağizi, qələmi, dur, mənə çatdir.

Dağlar da dinləsin, Qəmli nə deyir:

Bəzən qulağima gizli səs dəyir,

Deyirlər, çiçəklər boynunu əyir,

Şehli bənövşədən dər, mənə çatdir.

1967 iyul




Tofiq Məhəmməd oğlu Hüseynzadə

296


GƏLİB, KEÇİR

Duyduqca dünyanin boş bir səsini,

Şöhrətə meyl edən hər həvəsini,

Bir də ki, ölümlə olan hissini,

Ömrümdən bir anliq çən gəlib, keçir.

Bilmədim. Özümə dost etdim yaman,

Qəsd etdim canima, duymadim haman.

Batanda kədərə mən zaman-zaman,

Görürəm, dostlarim yan gəlib, keçir.

Gəl Qəmli, həyatdan etmə şikayət,

Dolan bu dünyani; yoxdur həqiqət. 

Xəyala dalaraq, gəl eylə diqqət,

Dünyadan gör necə can gəlib, keçir.

1967 iyul




Xəyal cığırı – I cı̇ld

297


KİM OLDU?

Sənə sual verim, vəfasiz yarim, 

Eşqimə eşqini qatan kim oldu?

Göylərə siğmadi mənim ilqarim,

Sonradan əhdini danan kim oldu?

Dedik ki, odlarda qalansin, o gün,

Eşqinə ömründə kim çixsa xain.

Mən dinə bilmirəm, bari özün din,

Qəlbini yadlara satan kim oldu?

Sevgi həsrətinə yanmadin bir an,

Yadina düşmədim nə də bir zaman,

Bu el söyləyir ki, mən oldum yanan.

Eşqini oyuncaq tutan kim oldu?

Mən sənin önündə yalvarib hərdən,

Dedim, uzaqlaşma mən divanədən.

Duymayib bu eşqi, qaşini nədən,

Qüdrətsiz sayaraq çatan kim oldu?

Sonradan anladin eşqi, həyati,

Qirildi qəlbinin o incə qati.

Keçəndə ömürdən həyatin dadi,

Qəmə, qüssələrə batan kim oldu?

1967 iyul




Tofiq Məhəmməd oğlu Hüseynzadə

298


DİLƏ GƏLSİN

Qoyun mən sözümü deyim söz ilə;

Neçə canlar alir gözəl göz ilə. 

Ceyran tək boylanib duran gözələ, 

Aşiq meydan qursa, saz dilə gəlsin.

Bahar göz eyləyib dursa qabaqda,  

Bir cənnət qurular aranda, dağda. 

Hər tərəf yam-yaşil çiçəkli bağda

Bülbül nəğmə desə, yaz dilə gəlsin.

Keçsə də yenə də bir an könüldən, 

Heç söhbət açmayaq nazli gəlindən. 

O, titrək əlilə tutub əlindən, 

Oğlan «can», «can» desə, qiz dilə gəlsin.

1967 iyul




Xəyal cığırı – I cı̇ld

299


ANAMA MƏKTUB

Salam, ey qəlbimin ilk səsi, ana!

Tapilmaz dərdimin çarəsi ana!

Yadimdan heç çixmaz uşaqliq ili...

Sənin qüdrətinlə mən yaşa doldum,

Sevinib hər zaman, gülüb, şad oldum.

Axirdi mənimçün gözünün seli,

Yadimdan heç çixmaz uşaqliq ili...

Axan göz yaşini çox zaman, hərdən,

Sən məni görəndə silirdin, nədən?..

Üzdə qurumamiş kədər yaşlari,

Gizlincə gözünün yaşini silib,

Böyük təbəssümlə üzümə gülüb,

Sən məndən gizlətdin iğtişaşlari. 

Üzdə qurumamiş kədər yaşlari...

Böyüdüm. Hiss etdim hər kədərini,

Ömründən mənasiz keçən günləri.

Duydum ki, çürümüş ömrün büsbütün.

Ömrünün gül kimi gənclik çağini 

Mənə qurban verdin, çəkib ağrini.

Nələri öyrətmir yaşimla bu gün?..

Duydum ki, çürümüş ömrün büsbütün.

O gün ki, ayrildiq evimizdən biz,

Ağlayib, susaraq vurdu qəlbimiz:

Məni qucaqladin, öpdün, yaladin... 

Çixanda mən evdən tutuldu dizim, 

Səni buraxmirdi bu yaşli gözüm.



Yüklə 21,6 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   143




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə