Tofiq Huseynzade--seir--kitab 1111. indd



Yüklə 21,6 Mb.
Pdf görüntüsü
səhifə49/143
tarix04.07.2018
ölçüsü21,6 Mb.
#53181
1   ...   45   46   47   48   49   50   51   52   ...   143

Xəyal cığırı – I cı̇ld

261


SƏSLƏR HAVADA QALIR

Yer üzündə, dünyada

Gör neçə fəryad qalib!?

Milyon, milyardlarla da

Yarimçiq həyat qalib.

Yüz gözəlin sevgisi

Qalib belə, havada.

Müharibənin səsi,

Qanli dava-şava da.

Qişqiriq, bağirtilar,

Gülüşlər, qəhqəhələr,

Partlayiş, gurultular,

Eh, daha nələr, nələr...

İtib, batibmi bu səs,

Yoxa çixmaz heç, əlbət!

Haraya yazilib bəs?..

Harda gizlənir xəlvət?

Firlanir aram-aram,

Ay ilə Yer kürəsi.

Qeyd edir qram-qram,

Hər bir şeyi hərəsi.



Tofiq Məhəmməd oğlu Hüseynzadə

262


Nə varsa kainatda – 

Keçmiş, indi, gələcək, 

Saxlayir yaddaşinda – 

Böyük, xirda, zərrəcik. 

Çixir nə var səmtinə,

Dinləyir o hər kəsi...

Maqnitofon lentinə

Yazir yerdəki səsi.

Yazir, hələ yazacaq

Ən uzaq gələcəyi,

Nə vaxtsa oxudacaq,

İnanin, bu gerçəyi. 

09.05.1967

                                       




Xəyal cığırı – I cı̇ld

263


 

QOY ÜRƏYİM SAF OLSUN

Dayanmişam səkidə...

Gəlib, milyonlar keçir,

Gör neçə canlar keçir.

Tamaşaya durmuşam,

Bərk xəyala dalmişam.

Burdan keçənlər – hami

Geyinmiş məndən gözəl.

Könül duyub ilhami,

Deyir neçə söz, qəzəl.

Qəlbim bu dəm fikirdə...

Çoxu geyib seylonu,

Heç bəyənmir neylonu.

Şalvarinin balaği

İtaliyan sayaği.

(Söyləmirəm, çox gedər,

Bəsdir hələ bu qədər!)

Kim varsa – kişi, qadin,

Geyinmiş Aydan aydin.

Mənsə... hami bilir ki, 

Ən ucuz əynimdəki.

Dayanmişam səkidə,

Qəlbim bu dəm fikirdə...

Zülməti yara-yara

Baxiram milyonlara.

Paltar ilə taninir




Tofiq Məhəmməd oğlu Hüseynzadə

264


Görürəm ki, ürəklər.

Qəlbim odla qalanir,

Tamam yanir diləklər.

Bir onlara baxiram,

Bir baxiram özümə.

Qorxudanmi? Nədənmi?

Siğiniram sözümə.

Lakin... söz aləmimdə

Xoş xəyalla axiram.

Unuduram hər qəmi.

Qələm yazir əlimdə:

«Sahibim, unut qəmi,

Çatmiş hünərin dəmi.

Dünyamizda ən gözəl

Olmuşdur ki, söz, qəzəl.

Əsər yazmazdan qabaq

Gəl onlara qişqiraq:

«Ey, «bahali» nəslimiz,

Demirəm, zərim olsun.

Qoy ürəyim saf olsun,

Bir də, vicdanim təmiz!»

1967 may



Xəyal cığırı – I cı̇ld

265


SÖZ VƏ MƏN

Söz elin ən böyük bir vüqaridir,

Mən onun önündə kiçik bir əsir.

Söz insan hökmünün sirli yaridir,

Mənsə bu sözləri uyduran şair.

Mən duyduqca sözləri,

Gülür elin gözləri.

1967 may



Tofiq Məhəmməd oğlu Hüseynzadə

266


GEDİRƏM...

Gedirəm... yolum uzun.

Lakin yenə deyirəm:

Heç ayrila bilmirəm.

Gedirəm... yolum uzun.

Məhəbbətin gözümdə,

Qədəmlərin izimdə.

Gedirəm... yolum uzun.

Xəyallarsa çox yaxin,

Dolanir axin-axin.

Gedirəm... yolum uzun.

Bir an qəlbindəsə də,

Düşəcəmmi mən yada?..

1967 may



Xəyal cığırı – I cı̇ld

267


GÖZƏLDƏN  DEYƏK

Aşiq, meydana gir, dövran bizimdir,

Mən deyim yanaqdan, sən qoşa xaldan.

Şeriyyət qüdrəti sənətimizdir,

Mən deyim dodaqdan, sən xoş vüsaldan.

Gözünü  süzdürüb,  baxanda haman,

Sanki, məni boğur bir qati duman.

Bağrima qədəmlə dağ çəkən zaman,

Mən deyim işvədən, sən eşqi-haldan.

Qəmlinin ömrünə xaindir biri,

Atir alovlara hey diri-diri.

Burda tükənmişdir həsrətin yeri,

Mən deyim arzudan, sənsə xəyaldan.

                                         

1967 may



Tofiq Məhəmməd oğlu Hüseynzadə

268


İLLƏR, AY İLLƏR

Gəl qulaq as qəlbimin kinli səsinə,

Ürəyin ayriliq – hər naləsinə.

Köçdü bu dünyadan neçə nəsillər,

İllər, ay illər.

Gah oldun bir bahar, gah oldun bir qiş,

Gah da qarli gündə eylədin yağiş.

Yazdi dastanini, gör, neçə əllər,

İllər, ay illər.

Xatirə yaratdin hər an insana,

Bir yaş da bəxş etdin böyük zamana.

Bizim yaşimizi gödəltdin nələr,

İllər, ay illər.

Dedilər, qüdrətin yoxdur heç sənin,

Cin vurdu beyninə, hay saldi səsin.

Qoparaq dağlardan, oynadi sellər,

İllər, ay illər.

Ürəyin qəzəbi, nifrəti, kini

Dağlara od vurdu bir Allah kimi.

Sənə hücum çəkdi qorxmayan dillər,

İllər, ay illər.

Sən girdin qəsdimə, bilmirəm nədən?

Qorxmadim verdiyin hər işgəncədən.

Atdi pencəyimi bir yana yellər,

İllər, ay illər                                           1967 may



Xəyal cığırı – I cı̇ld

269


HARDASAN?

Gəzdim çölü, çəməni,

Tapmadim mən heç səni,

Söylə, tez ol, hardasan?

Ah, yenə xəyalim qovur bir hicran qəmi,

Yoxsa ki, qurtaracaq ömrümün hər bir dəmi?

İnanmiram doğrusu.

Ey məhəbbət oğrusu!

Söylə, tez ol, hardasan?

Yenə də düşünürəm, fikirdəyəm bu dəmlər,

Çürüdərmi bağrimi cansiz axan sitəmlər?

Yanir diləyim tamam,

İstəyirəm qişqiram:

Ey nazənin, hardasan?

Məni unutsan əgər, söyləyəydin, – «gedirəm,

Səni mənim qəlbimə tamam möhtac edirəm!» –

Desəydin bunu, bari,

Yada salib dildari, 

Deməzdim ki….

Ey nazənin, hardasan?

Lakin indi səni mən, dönə-dönə gəzirəm,

Aciğimdan gülləri, çiçəkləri əzirəm.

Yaziğin gəlsin gülə,

Axir yaş gilə-gilə... 

Söylə, tez ol, hardasan?



Yüklə 21,6 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   143




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə