Tofiq Huseynzade--seir--kitab 1111. indd



Yüklə 21,6 Mb.
Pdf görüntüsü
səhifə48/143
tarix04.07.2018
ölçüsü21,6 Mb.
#53181
1   ...   44   45   46   47   48   49   50   51   ...   143

Tofiq Məhəmməd oğlu Hüseynzadə

254


VƏFALISAN

Şiltaqliğin yamanca alir mənim canimi,

Söylə, bu gün kədəri, hər ağrini danimmi?

Yoxsa səndən tutaraq, dayanim bir dağ kimi,

Yoxsa məhəbbətini bir oyuncaq sanimmi?

Daniş, daniş durma sən, danişma uydurmalar,

Ürəyimi, qəlbimi yemiş tamam yalanlar.

Ancaq bunu bilirəm, sonra peşman olacaq,

Şiltaqliği yaradib, sonra isə dananlar.

Bütün bu işvələrlə, bilmirəm, fikrin nədir?

Yoxsa sənin qəlbinin yalan şikayətidir?..

İnanmiram bu gün mən sənin böhtanlarina,

Saf məhəbbət qalacaq, firildaqsa öləndir.

Demirəm ki, oynama, oynatma sən qəlbimi,

Məhəbbətin yolunda canlar qurban deyilmi?

İşvə olar, naz olar, bu qədər yox, lap azca,

Ancaq səndə bu çoxdur, düz deyirəm, eləmi?

Gah məni seyrə çəkdin, gah da dağa-çəmənə,

Gah da qoşa dayanib, qilinc çəkdin düşmənə.

Bir bundan raziyam ki, vəfalisan ilqara, 

Lakin işvələrinlə əzablar verdin mənə.

Mən dözürəm yenə də atəşlərə, odlara,

Təki sənin xəyalin tuş olmasin yadlara.

İnaniram buna mən – ən vəfali gözəlsən,

Şiltaqliğin çəksə də yenə məni çox dara.

23.04.1967




Xəyal cığırı – I cı̇ld

255


ƏGƏR Kİ…

Əgər ki, güzarim düşsə dağlara, 

Durma, dalimca gəl!

Yenə orda çatsam buz bulaqlara, 

(Mən ki orda çatdim buz bulaqlara,)

Qalin meşələri sən yara-yara, 

Ey vəfali gözəl, 

Durma, dalimca gəl!

Əgər ki, sən keçsən şehli çəməndən,

Mənə xəbər göndər! 

Ara sözləriçün küsməyib məndən, 

Soruş məkanimi gəlib-gedəndən,

Anmayib bir kədər, 

(Gec gəlsəm, rəhm elə, incimə məndən,

Mənim ki, ürəyim əl çəkmir səndən.

Səni üzər kədər...)

Mənə xəbər göndər! 

Əgər ki, əlinə əlim toxunsa,

Sən çəkmə əlini!

Olan baxişimdan düz söz oxunsa,

Küləklər əssə də, gəl susa-susa, 

Yada sal keçəni,

Sən çəkmə əlini!

Əgər ki, odlarda qalansam əgər, 

Axit göz yaşini! 



Tofiq Məhəmməd oğlu Hüseynzadə

256


Sənin hər nalənə göylər baş əyər, 

Qarişib bir-birinə ulduzlar dəyər. 

Çağir yoldaşini,

Axit göz yaşini!

Əgər ki, al qana bulansam bu gün

Özünü tez yetir!

Dünyada hər şeydən sevgidir üstün. 

Bağla yaralarmi tamam, büsbütün, 

Canim əssə tir-tir,

Özünü tez yetir!

Əgər ki, ayriliq oduna yansam, 

Sən getmə heç hara. 

Birinci səsimdə mən səni ansam, 

Sənin həsrətinə çox yalvariram. 

Sizildayar yara, 

Sən getmə heç hara! 

Əgər ki, desələr eşqini unut, 

Baxma yad sözünə! 

Hər şeydən tək üstün saf eşqimi tut, 

Sən dalma xəyala, olmasin süküt. 

(Ara sözlərini bir nəfəsə ud,)

Sən inan özünə, 

Baxma yad sözünə! 

Əgər ki, eşitsən son nəfəsdəyəm

Durma, tez ol gəl! 



Xəyal cığırı – I cı̇ld

257


Sən sanma o zaman boş həvəsdəyəm, 

(Ölsəm də yenə də xoş həvəsdəyəm.

 Sən bil ki, eşqinlə ağir xəstəyəm,)

Yenə də eşqimlə olan kəsdəyəm. 

Axit göz yaşini, sən məni yaşat, 

Saf ürəyində,

Saf diləyində!

Ey vəfali gözəl,

Durma, tez ol gəl!

Həmişə qəmgin ol, sən olma heç şad, 

Yenə də deyirəm, qulaği səsdə,  

Dur, əgər olarsam mən son nəfəsdə

Ey vəfali gözəl,

Durma, tez ol gəl! 

28.04.1967



Tofiq Məhəmməd oğlu Hüseynzadə

258


O, SƏNSƏN

Çiçəklər boylansa otlardan qabaq,

O, sənsən!

Bir dağda varsa da bir gözəl bulaq,

O, sənsən!

Eşitsə qulağim bir nəğməli səs,

Keçsə ürəyimdən bir gözəl həvəs,

Toxunsa üzümə isti bir nəfəs,

O, sənsən!

Çixmişam həyatin gülzar seyrinə,

Baxiram çəmənin çiçəklərinə.

Könlüm heyran qalib gülün birinə,

O, sənsən!

Çətindir unutmaq sevən gözəli,

Ayrildi, çoxlari dolandi dəli.

Öpür xəyalimi bir səhər yeli

O, sənsən!

Mənə məhəbbəti, eşqi andiran,

Özünü yandiran, məni yandiran,

Əsli tək sözündə ölüncə duran,

O, sənsən!

03.05.1967




Xəyal cığırı – I cı̇ld

259


NECƏ DEYİM, SEVMİŞƏM?

Ey məhəbbət oğrusu,

Söyləyirəm doğrusu...

Toxunmamiş əlinə

Mənim titrək əllərim,

Necə deyim, sevmişəm?

Sənin o «lal» dilinə

Söz açmamiş dillərim...

Necə deyim, sevmişəm?

Bir dəfə gizli yerdə

Görüşdə olmamişiq.

Ya sən məndən, mən səndən

Könülü almamişiq,

Necə deyim sevmişəm?

Arxanca ürək dolu

Sevinc ilə baxmadim,

Saçlarina mən çoxlu

Çiçəkləri taxmadim,

Necə deyim sevmişəm?

Hər qəmi yumaq üçün

Hörməmisən saçini.

Bir nazi satmaq üçün

Çəkməmisən qaşini.

Necə deyim, sevmişəm?




Tofiq Məhəmməd oğlu Hüseynzadə

260


Mən səninlə qol-qola

Xəyallara dalmamiş,

Bəzən, baxib sağ-sola,

Bir ülviyyət almamiş,

Necə deyim, sevmişəm?

Qəhqəhəni eşidib,

Mən ki eşqə dalmadim.

Hərdən sözü gizlədib

Bir sehrikar olmadim.

Necə deyim, sevmişəm?

Bəzən dünyadan uca

O, camala baxmamiş,

Bəzən həmayil saça

Əlvan çiçək taxmamiş,

Necə deyim, sevmişəm?

Mən səninlə, xəyalda

Danişiram həmişə.

Məni qoyub bu halda

Döndün yanar Günəşə...

Necə deyim, sevmişəm?

07.05.1967



Yüklə 21,6 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   143




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə