Tofiq Huseynzade--seir--kitab 1111. indd



Yüklə 21,6 Mb.
Pdf görüntüsü
səhifə56/143
tarix04.07.2018
ölçüsü21,6 Mb.
#53181
1   ...   52   53   54   55   56   57   58   59   ...   143

Tofiq Məhəmməd oğlu Hüseynzadə

314


Qoşqar dilə gəlir tökərək yaşlar:

«Ona yas saxlayir ürəksiz daşlar.

Hələ burdan keçmiş neçə aşiqlar,

Ələsgər gün kimi dolandi, getdi».

Qiz dedi: «Ələsgər görəndə məni,

Oxudu yaniqla könül səsini.

Dedim, unutmuşmu gözəlin səni?

Gözləri yaşardi, sulandi, getdi».

Gül dedi: «Oyandim bir şehli səhər,

Gördüm sazla gəlir Aşiq Ələsgər.

Dedim, görən, aşiq gülləri neylər?..

Yazin seli kimi bulandi, getdi».

Saz dedi: «Dindirdi məni yaniqli, 

Ağlatdi yerində elləri haqli,

Düşdükcə yadina büllur buxaqli,

Hicran atəşinə qalandi, getdi».

Söz dedi: «Oğludur Göyçə mahalin,

Sənət bir quludur bu eşqi-halin,

Vüsala yetməyən nazli nigarin,

Ayaq izlərinə yalandi, getdi».

Qələm nitqə gəldi: «Gör neçə dastan, 

Qələmsiz yaratdi o, böyük insan,

Ölmədi, yaşayir. O, ölən zaman,

Qəmlinin ömrünə calandi, getdi.

1967 iyul



Xəyal cığırı – I cı̇ld

315


İÇMƏ ŞƏRAB

Bu gün Bahar bayrami

Dağ çağirib arani,

Deyir: durma, gəl sevin!

Ataq dərdi, yarani.

Sərxoşluqdan gəl əl çək,

Dostum, gedək, çay içək.

Çiçək açir ağaclar,

Dinir soyuq bulaqlar,

Bu bayramin naminə, 

Qoy tələssin çayçilar.

Süzülsün qəşəng-qəşəng,

Dostum, gedək, çay içək.

Dindirirəm mən səni –

Adətindən küsəni.

Sərxoş olma, ayiq ol,

Dinlə bülbül səsini.

Gəl əlimdən yapiş, çək,

Gedək, gedək, çay içək.

1967 iyul




Tofiq Məhəmməd oğlu Hüseynzadə

316


ELLƏR AĞLADI

(Şixəli Qurban oğlu Qurbanova)

Məni oyandirdi bir qanli səhər,

Gördüm, yasa batib bizim bu şəhər.

Yar ilə süründüm ora bir təhər,

Qəlbimdə titrəyən tellər ağladi.

Sel kimi axişdi övladi-Vətən,

Dedilər, can gedir vuran ürəkdən.

Baxib izdihama boynunu bükən,

Tərli bənövşələr, güllər ağladi.

Kainat durdu lal, bir peşman kimi,

Dinib-danişmadi qəlbi şan kimi,

«Sənsiz» kimə qaldi?! – Soruşan kimi,

Qovuşdu dərələr, çöllər ağladi.

Dedilər, gəmidə kapitan öldü,

Xalqini çox sevən bir insan öldü.

Göylər də baş əyib yerə büküldü,

Tökərək qanli yaş, ellər ağladi.

Fərhadin baxiriq taleyinə biz,

El ilə ağladi salonda «Sənsiz»,

Əsər dilə gəldi, danişdi sənsiz,

Qopdu siziltilar, yellər ağladi.




Xəyal cığırı – I cı̇ld

317


Dağlar haray çəkdi, şivən qopardi,

Ulduzlar ulduza toxundu, çaxdi,

Zil qara dumanlar yerlərə baxdi,

Ömründən ötüşən illər ağladi.

Şimşəklər o dərdə bir matəm qurdu, 

Tufanlar bürüdü bu Cənnət yurdu,

Coşdu göy Xəzərim, sahili vurdu,

Çaylarda gurlayan sellər ağladi.

«Keçirdin anlari hər xoş diləkdə,

Böyük hörmət qoydun duzda, çörəkdə.

Ölsən də, durursan hər bir ürəkdə!» –

Deyərək, titrəyən dillər ağladi.

Ruhun qanadlandi göylərə sari,

Orda arzularin güləydi, bari.

Yerdəki ağidan betər, aşari,

Səni, sonsuz olan göylər ağladi.

1967 iyul



Tofiq Məhəmməd oğlu Hüseynzadə

318


ŞIXƏLİ QURBANOVA

                              

Tökdün gözlərimin yaşini, həkim,

Gözlərin ovcuna tökülsün, görüm.

Kəsdin bir millətin başini, həkim,

Yadlar üstümüzə qoy gülsün, görüm.

Bir həyat itirdik bir dişin üstə,

Tutsun bu nifrinim, bu dərdim səni.

Tapsaydim, çeynərdim hər dişin üstə,

32 yerə bölərdim səni.

Yox mənim imanim dediklərinə,

Ünvanin hər yerdən pozulmaliydi.

«Müalicə edən həkim» yerinə

«Öldürən baş həkim» yazilmaliydi.

Hökmünüz, de, necə yazildi qansiz,

Ürəkmi, beyinmi dözər bu oda?!

Bir Azəri oğlu azaldi qansiz,

Üç yetim, bir də dul artdi dünyada.

Taniş şəkilləri gör necə döşdə,

Adi çəkilmədə gör neçə yerdə.

Biz Nərimanovu iyirmi beşdə,

Altmiş yeddidə də itirdik bir də.




Xəyal cığırı – I cı̇ld

319


Aman, taleyimiz gətirmir, nədir?

Ən yaxşi, ən yetkin balalarimiz

Payiz yarpaği tək tökülüb, gedir,

Necə çilpaqlaşir budaqlarimiz. 

Aman, bu sözümü bir duya bilin,

Fəxri Xiyabanmi son təsəllimiz!?.

Ağilli başlari qoruya bilin,

Zərli baş daşlari əvəzinə siz.



(Qeyd: Xalqının böyük təəssübkeş övladı Şıxəli Qurbanovun fa-

ciəvi ölümünə həsr edilmiş bu şeirin konkret olaraq T.Hüseyn-

zadəyə və ya başqa şairə məxsus olmasına dair hər hansı mə-

lumat yoxdur. Tofiq Hüseynzadə həmin şeiri digər əlyazmaları 

ilə birlikdə, lakin tarixsiz və imzasız olmaqla saxladığından və 

kimə məxsusluğuna dair məlumat olmadığından onu da bu kita-

ba daxil etməyi məsləhət bilirik.)


Tofiq Məhəmməd oğlu Hüseynzadə

320


ÜRƏYİN HAKİMİ

(Aydin Qaradağliya)

Deyirəm, danişsam Aydin kimi mən,

Dünyada ən xoşbəxt insan olardim.

Həmişə, hər yerdə ürəkdə gəzən,

Könülə siğmayan dastan olardim.

«Ələsgərəm, hər elmdən haliyam,

Gözəl, sən dərdlisən, mən yaraliyam» – 

Sanki, dilə gəlmiş Aşiq Ələsgər,

Əl çalir, sevinir sevən ürəklər.

«Tüfənglə hücuma  keçir komsomol,

Təbiət, təslim ol! Düşmən, təslim ol!» – 

Deyəndə, dəhşətdən ürəyim qopur,

Cəlal hücumlarla gözümdə durur.

Hitlerə oxudu qəzəblə nifrət,

Dağlar da, daşlar da göz yaşi tökdü.

Bəzən də sevgidən açanda söhbət,

Gəncliyə min sevinc, min ilham çökdü.

Gül dedi: Nə ola, bilən olaydim...

Ağladan, güldürən məni kim oldu?

Bülbül dilə gəldi: Əzəldən, Aydin

Sevgi, məhəbbətə bir hakim oldu.




Yüklə 21,6 Mb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   143




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə