Tofiq Huseynzade--seir--kitab 1111. indd



Yüklə 21,6 Mb.
Pdf görüntüsü
səhifə52/143
tarix04.07.2018
ölçüsü21,6 Mb.
#53181
1   ...   48   49   50   51   52   53   54   55   ...   143

Tofiq Məhəmməd oğlu Hüseynzadə

286


SAZ

Bu gün yenə könül deyir,

Ürəyimi qəmlər yeyir,

İlham verir, qanad verir,

Asta-asta dindikcə saz.

Vətən ondan ilham alir,

Sevinc orda daldalanir,

Atəşlərə hər an yanir,

Zildən bəmə endikcə saz.

Aşiq, tez ol! Könlüm inlər...

Qoy dil açsin qərinələr,

Bilirsənmi, demir nələr,

Sözdən sözə döndükcə saz?..

1967 iyun



 


Xəyal cığırı – I cı̇ld

287


BƏRKDƏ SINAYIN

Dost var ki, dostunun yaman günündə,

Ən şirin canini qurban da verir.

Dost var ki, əlinə şöhrət keçəndə,

Dostunun qətlinə fərman da verir.

Bir də ki, ucalsan bir böyük ada,

Nələr axişacaq, «mən dostam» – deyə.

Vəfa da çox olmur bizim dünyada,

İnsan da həyat tək olurmuş, niyə?..

Özümə dost dedim çilpaq günümdə,

Mənim əhvalimi çox soranlari.

Yatanda o zaman al qan içində,

Dərdimə ürəkdən ağlayanlari.

1967 iyun

                                



Tofiq Məhəmməd oğlu Hüseynzadə

288


QARDAŞINA MƏKTUB 

(Qardaşı Rafiq Hüseynzadəyə məktubu)

Salam!..


              Ey qəlbimin ilk səsi, ana!

Qəmli günlərimin həvəsi, ana!

Salam!.. 

           Qəlbi böyük, kiçik qardaşim;

Xəyala dalanda ürək sirdaşim.

Sən getdin... Deyirəm, kaş ki, o axşam

Dəmirdən yonulmuş bir yol olaydim.

Qatarla düzləri dolanib, aşam,

Yeyilsəm, yenə də sözə dolaydim.

Sən getdin... dayandi rezin təkərlər,

Oturub «Vətən»ə doğru yol aldim.

Məni salamlayir kükrəyən sellər,

Təklik vücudumu sixdi çox aydin.

Sən getdin, xoşbəxtsən, ana nəfəsi –

Hər şeydən qiymətli, səni dolanir.

Mənimsə qəlbimin susur həvəsi,

Ürək fikrə dalib, yaman bulanir.

Sən getdin... xəyalim getdi səninlə,

Bir quru səs kimi gəzir bədənim.

Yenə ayaq saxla, gəl məni dinlə,

Sonku nəfəsimdir mənim bu tənim.



Xəyal cığırı – I cı̇ld

289


Dünyaya gəlmişik min xəyal kimi,

Dünyadan gedirik bir xəyal kimi.

Deyirəm hamiya: düşünün, qanin,

Həyat düşmənidir hər bir insanin.

Çalişin, hər şeyə bir hörmət edin,

Gedəndə dünyadan insan tək gedin.

Hamiya deyirəm: bir böyük haqla,

Hörməti saxla!

26.06.1967



Tofiq Məhəmməd oğlu Hüseynzadə

290


MƏNİ SƏSLƏ

Səninlə, qoy bu gün bir əhd bağlayim,

Sözümə başini bulama, gəl sən. 

Bu əhdi sirr kimi sözdə saxlayim, 

Əgər ki, inaddan insafa gəlsən.

Mən sənin saçini alib, sevəndə, 

Tərpətmə başini tezcə, amandi!

Qəlbimdə döyünən eşqi biləndə, 

Gəl çatma qaşini tezcə, amandi!

Səni çağiranda şehli çəmənə, 

Sən gəl eşit məni, durma, tez ol gəl,

Çiçək dəstələri bəxşiş et mənə,

Mən də çiçək üzüm sənə əlbəəl.

Mən sənə desəm ki, gəl gəzək qoşa, 

Demə ki, qohumum, qardaşim bilər.

Düzən yox, gəl çixaq sərtli yoxuşa, 

Sevgidən insanlar çəkməmiş nələr...

Görəndə mən səni bir bulaq üstə, 

Doldur piyaləni, ver mənə, içim.

Yoxdur məhəbbətim bir başqa kəsdə,

Səninlə təzədən yenə and içim.

Unutma, olarsa bir Ayli gecə

Çix şehli çəmənə, tez məni səslə. 

Gəl biz də qovuşaq eşqi-həvəslə, 

Ulduzlar ulduza qovuşsa necə.              1967 iyul



Xəyal cığırı – I cı̇ld

291


UTANCAQ EŞQİM

Söz açmaq necə də çətindir, çətin,

Sənin tək can alan bir nazli yara. 

Məni çürüdür ki, öz məhəbbətin,

Tutub deyəcəyəm qaçsan da hara.

Qəlbimə, döz – dedim, – hər ayriliğa,

Keçsə də bu günlər nə çox mənasiz...

Təki qurbani ol, dolan safliğa, 

Keçib dolansa da günlər həyasiz.

Ayriliq zamani deyərəm ki, mən, 

Nə ola, qəlbimi aça biləydim.

Gəlib qabağimda dayananda sən, 

Deyirəm, nə ola qaça biləydim.

Mən səni görəndə tutulur nitqim,

«Sevirəm» sözünü tez unuduram.

Utancaq yaranmiş əzəldən eşqim,

Lakin məhəbbətin təmiz duyuram.

Əzəldən bəxşişdir bu adət mənə, 

Utanmaq olmuşdur sirli dastanim. 

Deyir, səhər çaği gül yasəmənə: 

Mənim də yaranmiş öz gülüstanim.

Eşqimi mən sənə söyləyim necə?  

Nə vaxt ki, bir yerdə sən gördün məni,

Əl eylə, mən gəlim, sən incə-incə

Söylə ki, sənin tək sevirəm səni.



Tofiq Məhəmməd oğlu Hüseynzadə

292


Gözəlsən, gözəllər gözəli kimi

Həyat necə gözəl, gün nə gözəldir.

Olmusan qəlbimin böyük hakimi,

Eşqim həsrətinlə divanəlidir.

Gözəlsən, nədir ki uçan mələklər...

Sən yerlər elinin bir Günəşisən.

Lakin səndə çatmir ağ-ağ lələklər,

Bir ağ mələk kimi uçub gedəsən.

Gözəlsən, qoy örtsün çəmən üzünü, 

O yerə gedəndə sən asta-asta. 

Otlar da baş əyib yumsun gözünü,

Sənin xoş gəlişin onlara çatsa.

Gözəlsən, çiçəklər qoy öyünməsin,

Bir sənin söhbətin açilan yerdə. 

Getmə, qoy bənövşə səni görməsin,

Düşər həsrətinlə ölümlü dərdə.

Gözəlsən, qoy Günəş qütbə dolaşsin,

Dünyani bürüsün sənsiz qaranliq.

Sənin həsrətinlə ulduz dolaşsin,

Həyata işiq ver, tez çix! Bir anliq.

Gözəlsən hər şeydən mənim qəlbimə. 

Dünyada bundan da səfali nə var?

İnandim, inanib bu gün əhdimə, 

Deyirəm, bir səndən vəfali nə var?




Yüklə 21,6 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   143




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə