Tofiq Huseynzade--seir--kitab 1111. indd



Yüklə 21,6 Mb.
Pdf görüntüsü
səhifə51/143
tarix04.07.2018
ölçüsü21,6 Mb.
#53181
1   ...   47   48   49   50   51   52   53   54   ...   143

Tofiq Məhəmməd oğlu Hüseynzadə

278


MƏNİ EŞİDİN

Eşidin siz məni, ay bizim ellər,

Bilirəm, insana hər kədər dəyər,

Birdən mən al qana boyansam əyər,

Qoyun yaralarim anam bağlasin.

Həyat vəfasini bilirəm mən də,

Əgər cavan ikən ölüb getsəm də,

Basirin qəbrimi şehli çəməndə, 

Qəbrimin üstündə anam ağlasin.

Həyatdan kədərli gördümsə kimi,

Ömrüm xəzəlləndi viranə kimi... 

Oğlundan əbədi nişanə kimi,

Sənət qələmimi anam saxlasin.

Kim yanar dərdimə, dəysə də min ox?..

Ürəkdən yanan bir, ağlayanlar çox,

Bilirəm yalandir. Başqa adam yox,

Ciyərin hər yerdən anam dağlasin.

Məndən sorun bu ilqari, deyirəm:

– Tək, anamin önündə baş əyirəm,

Taniyiram dostu, yari, bilirəm,

Sussun çaylar, təki anam çağlasin.

Gur səsimlə bağiriram. O, səssiz...

Analari çağiriram çarəsiz:

 – Yatib anam, oyatmayin onu siz,

Qoy yuxuda gül balasin qoxlasin!        1967 iyun



Xəyal cığırı – I cı̇ld

279


«CAN» DESİN

Aşiq, qurban olum telli sazina, 

Durna qatar vurur xoş avazina. 

Elimin, günümün güllü yazina, 

Götür mizrabini, ürək «can» desin.

Dağlara, daşlara qiy vur, qopar səs,

Bir el havasinda oxu müxəmməs. 

Könüldən könülə üzüşən həvəs, 

Bir də ki, ilhamla dilək «can» desin.

Oxu el sözünü, yurdunu bəzə,

Qoy göylər baş əysin yerdəki səsə. 

Bu eldən o elə hey gəzə-gəzə, 

Aparib səsini külək «can» desin.

Gəl zildə səsləndir «Yaniq Kərəm»i,

«Qaraçi», «Saritel», bir də «Dilqəmi».

Bilirsən çatmişdir sevincin dəmi,

Dillərdə əks edən bəzək «can» desin.

İlham ver, qanad ver sədəfli saza, 

Tərif de, bu dəmlər gəlinə, qiza. 

Könül həsrətini hey yaza-yaza, 

Bir el gözəlinə deyək: «can» desin.

1967 iyun




Tofiq Məhəmməd oğlu Hüseynzadə

280


BİLMƏMİŞDİM – BİLİRƏM 

Yadindadirmi dünən? 

Biz rast gəldik o yolda

Sərt enişli dolayda. 

Olmadi bir kəs dinən. 

Səni xəyal apardi, 

Məni isə öz yolum. 

Qoy söyləyən mən olum, 

Səni vüsal apardi.

Necə bilirəm ki, sən, 

Məni qəlbən sevirsən? 

Yadindadirmi dünən? 

Biz rast gəldik o yolda. 

Bilmədim kimdir ötən? 

And içsəm də yüz yol da, 

Məni görən deyir ki,

Yadindami dünən ki, 

Yamanca rast gəldiniz...

Lap astaca dindiniz.

Eşitmədik biz sizi, 

Lakin ürəyinizi 

Artiq çoxdan bilirdik, 

Ancaq elə demirdik.



Xəyal cığırı – I cı̇ld

281


Yenə and içirəm ki,

Ürəkdən deyirəm ki,

Bu günə qədər hələ, 

Sənin kimi gözələ 

Məhəbbətim olmamş. 

Lakin bu gün deyənlər, 

Uydurma söyləyənlər, 

Sənin məhəbbətini 

Mənim qəlbimə salmiş...

Mən də bilmirəm nədən, 

Sənin kimi gözəldən

Necə uzaq düşmüşəm?

Sənin gözəlliyini,

Şeir qəzəlliyini

Artiq bu gün bilmişəm.

Bunu demiş atalar: 

«El sözü gerçək olar».

Saf məhəbbət odur ki

El içindən yaransin. 

Ən qiymətli budur ki,

Bizim təmiz andimiz, 

Məhəbbət qisasimiz 

Dastanlarda aransin.



Tofiq Məhəmməd oğlu Hüseynzadə

282


Unudub hər keçəni 

Düşünürəm mən səni. 

Bərk xəyala dalmişam... 

Söyləmirəm tələsik,

Deyirəm, kəsik-kəsik, 

Sənin məhəbbətini

Və bir eşqin qədrini

Mən ki eldən almişim. 

Yadindadirmi dünən? 

Biz rast gəldik o yolda. 

Uydurmada söylənən 

Eşqə düşdük o yolda.

1967 iyun



Xəyal cığırı – I cı̇ld

283


O, MƏNƏM 

Çiçəklər boylansa otlardan erkən

O, mənəm! 

Əgər ki, vardisa sənə göz dikən, 

O, mənəm! 

Eşitsə qulağin göylərdən bir səs, 

Dolansa yaninda divanə bir kəs, 

Keçsə xəyalindan ilhamli həvəs, 

O, mənəm!

Çixsan bu həyatin gülzar seyrinə, 

Baxdiqca çöllərin çiçəklərinə, 

Əyər gözün düşsə onda birinə, 

O, mənəm! 

Əyər seyrə dalsan bir Ayli gecə, 

Bilirəm, ürəyin tellərdən incə, 

Ən gözəl ulduza durub gəlincə

O, mənəm! 

Keçsə qabağindan bir qalin duman, 

O dəmlər qorxaraq qoparma aman, 

O, mənəm! 

Öpsə yanağini bir səhər yeli,

Oynatsa bir külək həmayil teli, 

Ey sənəm, 

O, mənəm!

1967 iyun



Tofiq Məhəmməd oğlu Hüseynzadə

284


SEVİNSİN 

Bağrim olmuş şana-şana,

Söz deyirəm yana-yana, 

Ürək çatmiş sirdaşina, 

Qoyun indi dil sevinsin.

Arzum budur, durub yenə, 

Deyirəm ki, dönə-dönə, 

Nazli yarin bir gününə 

Qurban gedən il sevinsin.

Vətən mənim, bu yer mənim, 

Ucaldiqca söz qüdrətim, 

Bu gün deyir məhəbbətim, 

Min baharli el sevinsin.

Sərtli dolay, qalin meşə,

Ürək duyub gəlir coşa,

Yelləndikcə tər bənövşə,

Gül-çiçəkli çöl sevinsin.

1967 iyun

                                         



Xəyal cığırı – I cı̇ld

285


 İSTƏDİM

Vəfali dost, qulaq as sən,

Nələr keçmir ürəyimdən...

Yalvararaq, öz bəxtimdən

Bir vəfali yar istədim.

Həyat necə? İnsan necə?

Həqiqətə mən gəlincə,

Yalan sözü eşidincə,

Hər pis sözdən ar istədim.

Bu gün yenə əsə-əsə,

Mən sirrimi deməm kəsə.

Yoldaşliqda namərddisə,

Öz yerimi dar istədim.

Varliğini əyə-əyə,

Səma getdi düşüncəyə...

Nemət qopdu yerdən göyə,

Vətənimi var istədim.

Xəstə düşdüm, yandi bağrim,

Söndü tamam çil-çirağim.

Kömək durdu «Qiz bulaği»m,

Bir də, dağdan qar istədim.

Çatdi qəmim yağa-yağa,

Baxdim o dəm sola-sağa.

Hər dərdimi ağlamağa

Havalanmiş tar istədim.                   1967 iyun



Yüklə 21,6 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   143




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə