Tofiq Huseynzade--seir--kitab 1111. indd



Yüklə 21,6 Mb.
Pdf görüntüsü
səhifə47/143
tarix04.07.2018
ölçüsü21,6 Mb.
#53181
1   ...   43   44   45   46   47   48   49   50   ...   143

Xəyal cığırı – I cı̇ld

245


ŞİKAYƏTİM 

Əgər səni görməsəydim

Ürək sirri verməsəydim...

İnaniram tamam bu gün, olmazdim bədbəxt.

Nə bəlali olarmiş ki, sevgi, məhəbbət...

Aldatmişdir o, gül yanaq,

Ürəyimə çəkir hər dağ.

Aldanmişam əzəl gündən, ayildim bu gün. 

Lakin bu gün baxiram mən, sənə küskün.

Ancaq bu gün məhəbbətdən

Ağriliğa yoxdu taqət.

Yan qəlbimə şikayətdən,

Mən qurtarim əzablardan, qoy olum xoşbəxt...

Bilirəm ki, məhəbbəti cəfasiz olmaz,

İşvə olar, cəfa olar, bu qədər yox, az. 

1967 mart




Tofiq Məhəmməd oğlu Hüseynzadə

246


LƏYAQƏT 

Ləyaqət, şərəfdir, ömrünü bütün,

Xalqina, elinə qurban verənlər.

Deyirəm, dünyada olarlar üstün,

Sağ ikən adini uca görənlər,

Bir də ki, həyati duyub, bilənlər.

1967 mart



Xəyal cığırı – I cı̇ld

247


MƏNİM SƏNƏTİM 

Gün keçir. Ay keçir. İllər dolanir.

Həyata gələnlər tezcə yollanir...

Gedənə baxir ki, gözüm sulanir...

Ölsəm də, deməyə çatir qüdrətim,

Bir ölməz sənətdir, mənim sənətim.

Bu şerdən, o şerə incilər düzdüm,

Canima qiymadim, ömrümü üzdüm,

Xəyalən, dağlardan bənövşə üzdüm,

Yazdiqca ilhamim, artir qüdrətim,

Bir böyük həvəsdir mənim sənətim.

Kimi kefə dalir ürəyi yağli,

Kimi dövran sürür sinəsi dağli,

Yaziram nə varsa, qarali-ağli,

Olsa da həyatdan min şikayətim, 

Böyük təsəllidir mənim sənətim.

1967 mart

         



Tofiq Məhəmməd oğlu Hüseynzadə

248


«ÖMÜRDƏN YARPAQLAR»  

 DƏFTƏRİNƏ GİRİŞ

Bu dəftərdə şair 03.04.1967-ci il tarixdən 

11.12.1967-ci  il  tarixədək  yazdığı  şeirlərini 

 toplamışdır.

«Sənətimlə bu dünyaya nurlar saçmaq xoşdur mənə,

Min bir şəfəq saçacağam, qəlbi kədər alsa yenə. 

Mən xoş yerdə doğulmuşam; Vətənim söz gülüstani,

Məhz bu torpaq yetirmişdir Ələsgər tək bir dühani!»

«Di sözə başla, şair,

Qərari zaman verir!»

03.04.1967




Xəyal cığırı – I cı̇ld

249


ƏLƏSGƏR 

Hər dərdini, kədərini

Telli sazdan aldi, getdi.

Bir ölməyən sənətini

Öz xalqina verdi, getdi.

Aşiqlarin sazlarini

Əllərindən saldi, getdi.

Şeirliyin incəsini

Bu dünyada bildi, getdi.

Son nəfəsdə gözü yaşli 

«Yaniq Kərəm» çaldi, getdi.

Qüdrətilə verdi şərəf 

Azərbaycana Ələsgər.

04.04.1967




Tofiq Məhəmməd oğlu Hüseynzadə

250


TƏKLİK

Gəlin qulaq asin, deyirəm, dostlar,

Yarimçiq ölümdür duyana təklik.

Adi da özü tək zəhərdir, sərtdir,

Getsə, kədər verir hayana təklik.

Deyirəm, ağirdir, yükü dağ olar,

Çəkilməz dərd-qəmdən gözü qaralar.

Göydə dəstə vurur uçan durnalar, 

Yerdə zülmət olar sayana təklik.

Keçsə də günümüz gözəl, firavan,

Olsa da qəlbimiz o yerdə rəvan,

Kimsəsiz keçəndə gün çil-çiraqban,

Deyirəm, al qana boyana təklik.

Xəyalim, sən yenə haralardasan?

Bu sonsuz dünyada yoxsa dardasan?

Bilirəm, sənə də gəlməyir asan.

Vurnuxar o yana, bu yana təklik.

Biz insan olmuşuq, həyatda qonaq,

Gəlin az da olsa, bir nemət dadaq,

Cüt gəzək, cüt deyək, cütcə danişaq,

Əzəldən yaraşir zamana təklik.



Xəyal cığırı – I cı̇ld

251


Varlilar varlari, toxluqlariyla,

Namərdlər dar gündə «yox»luqlariyla,

Cütlər öyünürlər çoxluqlariyla,

Dirənib künclərə, dalana təklik.

Günəşə həmdəmdir Ulduzlar, «Ay»lar,

Bulaqlar qarişir, kükrəyir çaylar,

Yüksəlir göylərə uca saraylar,

Dağlarda düşübdü dumana təklik.

Keçsək də dağlardan biz qoşa keçək;

Birimiz yaxşini, yamani seçək,

Birimiz arxayin dəmli çay içək.

Möhkəm sirdaş olmuş amana təklik.

Gəl sən də, sevgilim, yapiş əlimdən,

Çixsaq, qoşa çixaq doğma elimdən.

Ah...necə deyirəm. Gəlir dilimdən...

Yaraşarmi görən, canana təklik?

Hava dumanlidir, könlüm üşüyür,

Fikirim, xəyalim yenə tovşəyir,

Yadima yaniqli bir dastan düşür,

Dərd oldu Leylisiz Məcnuna təklik.

17.04.1967

                                           




Tofiq Məhəmməd oğlu Hüseynzadə

252


LENİN YOLU İLƏ

Bu yolun əzəl andi azadliqdir,

Sonu kommunizm! Yolu açiqdir!

Sonsuza yol alar zəfər qatari,

Gözəl gələcəkdir sonu, axiri.

Yollar haçalanar, o, öz yolunda,

Haqqdan ilham alan güc qollarinda.

O, öndədir, xalqlar ardinca yürər,

Xoşbəxt bir amalla karvani sürər. 

Bu yol neçə-neçə qurban itirmiş,

Bir qurban yerində yüz ər cücərmiş.

İgidlik, cəsurluq gələn qanindan –   

Neçə qəhrəmanlar keçmiş canindan.

Canindan keçməyə hazir insanlar,

Leninin yolunda əzəldən də var.

Bu yoldan milyonlar axinla keçər,

Bu yolu ürəkdən sevənlər seçər.

22.04.1967




Xəyal cığırı – I cı̇ld

253


TORPAQ

Həyat xain, yer aldadan,

Keçsə ömür çox daldadan,

Görürsən ki, altdan-altdan

Qucağina alir torpaq.

Bu xəyalla aşan kimi,

Ürəyimdir bir şan kimi,

Yaratdiğina peşman kimi,

Çəkib, yerə salir torpaq.

Nələr gəlmiş, nələr dolmuş,

Nədən böyük tilsim olmuş,

Ömür niyə təslim olmuş,

İnsan gedir, qalir torpaq?

Sağlam olan hər bir kəsə, 

O, baş əyir əsə-əsə,

Elə, çatdin son nəfəsə,

İlan kimi çalir torpaq.

Baldan şirin bir niyyət də,

Olsa yenə var-dövlətdə,

Bilirəm ki, axir gündə,

Dövrəmizdə qalir torpaq.

İnsan oğlu lap tər-təmiz,

Sevir onu candan əziz.

Bir əbədi, bir kimsəsiz,

Yorğan, döşək salir torpaq.             23.04.1967



Yüklə 21,6 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   143




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə