Tofiq Huseynzade--seir--kitab 1111. indd



Yüklə 21,6 Mb.
Pdf görüntüsü
səhifə43/143
tarix04.07.2018
ölçüsü21,6 Mb.
#53181
1   ...   39   40   41   42   43   44   45   46   ...   143

Tofiq Məhəmməd oğlu Hüseynzadə

216


Bu kitab, Tofiq Hüseynzadənin sağliğinda 2005-ci ilin may 

ayinda nəşr olunmuş «Səfəvilərin böyük övliyasi – Miskin Ab-

dal», habelə vəfatindan sonra, 2017-ci ilin sentyabr ayinda işiq 

üzü  görmüş  «Aşiq  deyişmələrinin  poetikasi»  adli  dissertasiya 

işi  –  monoqrafiyasindan  (2003-2005-ci  illərdə  yazdiği)  sonra 

nəşr olunan 3-cü kitabidir. Qeyd etdiyimiz kimi, bu kitaba To-

fiq Hüseynzadənin şeirləri, üç hekayəsi – nəsr əsərləri, hikmətli 

kəlamlari (1965-2005-ci illərdə yazdiği) və ulu babasi Hüseyn 

Məhəmməd oğlu – Miskin Abdal haqqinda doktorluq dissertasi-

yasi səviyyəsində yazilmiş, çox dəyərli «Miskin Abdal – Qeyb 

Ərəni,  Təsəvvüf  Piri»  adli  (2005-2006-ci  illərdə  yazdiği)  el-

mi-tədqiqat əsəri daxil edilmişdir. 

Burada,  İmam  Əlinin  məşhur  bir  kəlamini  yada  saliram: 

«Kim  vəfatindan  sonra  da  yaşamaq  istəyirsə,  özündən  sonra 

bir əsər qoyub getsin». Tofiq Hüseynzadə məhz özündən sonra 

millətimiz, xalqimiz, gələcək nəsillər üçün çox dəyərli əsərlər, 

ədəbi,  mənəvi  irs  qoyub  getmiş  şəxsiyyətlərimizdən,  ziyalila-

rimizdandir.  Qoy  bu  kitabimiz  Miskin  Abdal  nəslinin  layiqli 

nümayəndəsi,  onun  müqəddəs  ruhunun  daşiyicisi,  mənəvi  və 

irsi davamçisi olan Tofiq Hüseynzadənin daim ucaliqlarda olan 

ruhuna qiymətli töhfəmiz olsun, İmam Əlinin müdrik kəlamla-

rinda bildirdiyi kimi, onun cismani yoxluğundan sonra da, bu 

dünyada yaşamağa davam etməsinə vəsilə olsun. Ruhu Şad ol-

sun, özünün dediyi kimi, «Xizir məqamina – həmişə diri olmaq, 

əbədi var olmaq məqamina yüksəlsin!». Tofiq Hüseynzadə cis-

mani olaraq dünyamizda olmasa da, özündən sonra qoyub get-

diyi əməlisaleh övladlarinin əməllərində, habelə, zəngin ədəbi 

yaradiciliğinda, xalqimizin, onu sevənlərin qəlbində yaşayir və 

əbədi yaşayacaqdir. 



Xəyal cığırı – I cı̇ld

217


T.Hüseynzadənin qardaşi Rafiq Hüseynzadənin 

«Bu günümdən 

sabahıma xatirə

» adli şeirlər kitabi (2018 mart).


Tofiq Məhəmməd oğlu Hüseynzadə

218


Məlumat  üçün  onu  da  bildirməyi  özümə  borc  bilirəm  ki, 

«Ön söz»ün əvvəlində qeyd etdiyim, Tofiq Hüseynzadənin qar-

daşi, cəmi 23 il yaşamiş onkoloq-cərrah, şair Rafiq Hüseynza-

dənin də ulu babasi Miskin Abdalin genetik və mənəvi varisi 

kimi tələbəlik illərində yazdiği (bir hissəsi sağliğinda mətbuatda 

nəşr olunmuş, böyük qismi isə nəşr olunmasa da əlyazma kimi 

qorunub saxlanilmişdir) son dərəcə hikmətli və yüksək bədii-es-

tetik duyumu ilə ayrica bir mənəviyyat – şeriyyət dünyasi yarat-

miş şeirləri Tofiq Hüseynzadənin oğlu Mehdi Hüseynzadə tərə-

findən toplanilaraq, «Bu günümdən sabahıma xatirə» adi ilə 

ayrica kitab şəklində 2018-ci ilin mart ayinda nəşr olunmuşdur. 

Həmin kitabin nəşri ilə, mərhum Rafiq Hüseynzadənin cismani 

yoxluğuna baxmayaraq, mənəvi irsinin bu dünyada yaşamasi, 

bu günkü və gələcək nəsillərə çatdirilmasi ilə, yəni İmam Əlinin 

dediyi kimi, özündən sonra «əsər qoymasi» ilə əbədi yaşayaca-

ğina, daim sevilə-sevilə oxunacağina inaniriq. Ruhu şad olsun. 

Eyni zamanda, «Xəyal ciğiri» adli 3 cildlik hazirki kitabda Ra-

fiq Hüseynzadənin qardaşi Tofiq Hüseynzadəyə yazdiği mək-

tublardaki şeirləri və «Gəl, görüşək son dəfə» adli sonuncu şeiri 

də verilmişdir. 

Bununla  da,  oxuculari  Tofiq  Hüseynzadənin  yüksək  ədə-

bi-bədii,  mənəvi-əxlaqi,  ilahi-ürfani  məziyyətləri  ehtiva  edən 

ədəbi  yaradiciliği,  o  cümlədən  zəngin  şeriyyət  dünyasi  ilə 

baş-başa buraxiriq.

Mahmud Allahmanlı

filologiya elmləri doktoru, professor,

B.Çobanzadə adına Ukrayna Respublikası

mükafatı laureatı



Xəyal cığırı – I cı̇ld

219


«EŞQİMİN YOLLARINDA»  

DƏFTƏRİNƏ GİRİŞ

Bu dəftərdə şair 1966-cı ilin aprel ayından 

1967-ci  ilin  aprel  ayınadək  yazdığı  şeirlərini 

toplamışdır.

EŞQİMİN YOLLARINDA 

Əzəldən ki sevmişəm, saf ürəklə səni mən

Eşqimin yollarinda,

Təkcə sənin Ay üzlü surətinlə hər bir an 

Yaşamişam dünyada.

Sənin hüsnündə, gözəl, bənövşənin ətri var,

Elə bil ki, baharsan.

O,  müqəddəs eşqinlə gizli-gizli, a dildar, 

Qəlbimə yol tapirsan.



Tofiq Məhəmməd oğlu Hüseynzadə

220


Birdir gecəm, gündüzüm, gəzirəm Məcnun kimi 

Kimsəsiz səhralarda,

Qaldirirsan göylərə bu əzabli eşqimi,

Mən səni görsəm harda.

Getmə gözümdən uzaq, hicranla yoxdur aram,

Naləm düşər hər yana,

Baxişinda, cöhrəndə cavablar axtariram

Qəlbin intizarina.

Əzablarin içində ikimiz də yaniriq,

Bu, sevgidə ar deyil,

Məhəbbətin içində məhəbbəti aniriq,

Ömrümüz oldu tel-tel.

Bahara oxşayirsan, səndə gülün ətri var,

Vurulmuşam bahara,

Dünyamizin özünün yeri böyük, qəlbi dar,

Biz hara, hicran hara...

Sevirik sən də, mən də, aydindir xeyli müddət,

Ey könlümün sirdaşi,

Sən gəl bu gündən belə, deyək, gülək, danişaq,

Axitmayaq göz yaşi.

Günəşin işiği tək yarmaliyiq zülməti.

Biz yarariq, inan, yar!

Qoy bizim bu eşqimiz nəsillərə əbədi

Qalsin... Qalsin yadigar.

1966 aprel 



Yüklə 21,6 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   143




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə