Tofiq Məhəmməd
oğlu Hüseynzadə
180
Ayrılığı aralığa saldılar,
Parçalayıb, bizdən qisas aldılar,
Hər yanımız yağı düşmən oldular,
Heç demədin, – bu qovğanı kim saldı?
Vətənində kim qırıldı, kim qaldı?..
Köməyimiz göydə Allah, yerdə sən,
Namərdi qov, arxa dayan mərdə sən,
Bu torpaqdan iraq düşmə bir də sən,
Sənsən bizim qeyrət, namus, arımız,
Səndən qeyri, yox cahanda varımız!
Heydər Baba, Vətən yenə dardadı,
El soruşur: – Heydər Baba hardadı?
Cənnətdən də şirin olur yurd dadı,
Bir nərə çək, qoy dəlilər oyansın,
Qarı düşmən al qanına boyansın».
Tofiq Hüseynzadə Baki şəhərində yaşadiği illərdə təcnis
formasinda çox gözəl şeir nümunələri yaratmişdir. Onun təcnis
formasinda yazdiği çoxsayli şeirləri təhlil edilərkən, adi sözlərin
rəngarəng məna çalarlarindan necə məharətlə istifadə edərək, bə-
dii mənzumələr yaratdiğinin şahidi olursan. Onlardan 1998-ci ilin
mart ayinda qələmə aldiği «Anadan» təcnisini təqdim edirik:
«Yaxşı adam yaxşı gündə yaranar,
Qismət oldu, bağışladım yara nar,
Yarı ansa, kimsə anmaz, yar anar,
Necə deyim, sən qanasan, a nadan?
Xəyal cığırı – I cı̇ld
181
Oturduğu bir bəzəkli odadı,
Müqəddəsdi, and yeridi, od adı,
Ana şirin. Heç nə verməz o dadı,
Bir quş var ki, adı qalıb – «Ana, dan!»
Yanağında yaraşıqdır xal xala,
Elə bil ki, ceyran düşüb xalxala,
Necə qıydın dilbərimi xalx ala?
Qismətimə yazılmışdı anadan».
Tofiq Hüseynzadənin şeir yaradiciliğinda 2005-ci ilin 05-
19 mart tarixlərində məsnəvi formasinda yazdiği sonuncu
nəzm əsəri, ulu babasi Miskin Abdalin oğlu Şadmana həsr et-
diyi – «Şadman» poemasi möhtəşəm bədii qüdrəti ilə xüsusi
yer tutur. Bu poemada şair, ulu babasi Miskin Abdal haqqin-
da xalqin yaddaşinda olan həqiqətlərə, faktlara, eləcə də keç-
miş SSRİ dövründə və Azərbaycanin müstəqillik illərində bu
istiqamətdə aparilmiş elmi araşdirmalarin mötəbər nəticələrinə
əsaslanmişdir. Şair «Şadman» poemasinda da ulu babasi Miskin
Abdalin oğlu Şadmanin xalq arasinda dolaşan fövqəladə qəhrə-
manliqlari, habelə Miskin Abdalin İlahi vergidən qaynaqlanan
çoxsayli möcüzələrindən bir neçəsini, Miskin Abdalin özündən
sonra «Ocağ»i kimi ziyarət olunan əşya və sənədlərini qizi Mə-
leykəyə vəsiyyət etməsi və sair tarixi faktlari yüksək peşəkar-
liqla nəzmə çəkmişdir. Belə ki, o, çoxsayli mənbələrdə – kitab,
jurnal və qəzetlərdə Miskin Abdal haqqinda dərc olunmuş ta-
rixi rəvayətlərə, folklor nümunələrinə əsaslanaraq onun böyük
hikmət, kəramət, fəzilət, möcüzə sahibi, qüdrəti barədə xalqin
yaddaşinda yaşayan rəvayətləri qələmə almiş, Göyçənin vəsfini
Tofiq Məhəmməd oğlu Hüseynzadə
182
vermiş, Miskin Abdalin oğlu Şadmanin misilsiz qəhrəmanliqla-
ri, şücaəti barədə söz açmişdir:
«Altı yüz ildir ki, yaşayır bir ad,
Ondan ibrət alır həm doğma, həm yad.
Anadan olalı Hüseyndir adı,
«Miskin Abdal» olub haqqın baratı.
«Abdal» – qeyrət rəmzi, bahadırlıqdır,
Haqqın dərgahında bəxtiyarlıqdır.
Zərgərli kəndində doğub bu Günəş,
Bu Günəş hər qəlbə salıb bir atəş.
Qəlbinə qoymayıb küdurət, kini,
Bu Haqqın aşiqi, Tanrı Miskini.
Bilib ki, bu dünya gəldi-gedərdi,
Namərd ayağına verməyib mərdi.
Ümüd yeri olub ziyarətgahı,
Bunu qismət edib qadir Allahı.
Haqq ilə dünyanı gəzib, dolaşıb,
Haqqı sevə-sevə övliyalaşıb.
Şah deyib: «Eşidin, mömin insanlar,
Abdal dünyasının gizli sirri var.
Sidq ilə inanın, mötəbər şəxsdir,
Hər mətləb diləyin, deməyin bəsdir.
Onun cəddi çatar köməyinizə,
Bir aydınlıq gələr ürəyinizə».
Dünən də, bu gündə əzizdir bu ad,
Qalıb xatirə tək, yaşamır, heyhat!