Tofiq Huseynzade--seir--kitab 1111. indd



Yüklə 21,6 Mb.
Pdf görüntüsü
səhifə41/143
tarix04.07.2018
ölçüsü21,6 Mb.
#53181
1   ...   37   38   39   40   41   42   43   44   ...   143

Tofiq Məhəmməd oğlu Hüseynzadə

186


9) «Yenə gələcəyəm» adli dəftərə – 20.09.1978 – 05.04.1988-

ci il tarixlərdə yazdiği şeirlər

10)  «Göyçəsiz  həyat»  adli  dəftərə  –  1988-ci  il  dekabr  – 

19.03.2001-ci il tarixlərdə yazdiği şeirlər daxildir.

Hazirki şeirlər kitabina bu adlar içərisindən, şairin şeirləri-

nin ruhuna və fəlsəfəsinə ən uyğun olan ad kimi «Xəyal ciği-

ri» adinin verilməsini daha məqbul sayiriq. Kitabin içərisində 

böyük həcmli dəftərlərin adi və onlara daxil olan şeirlər ayri-

ca  bölmələrdə  –  bloklarda  verilmişdir  («Eşqimin  yollarinda», 

«Ömürdən  yarpaqlar»,  «Qurban  olaram»,  «Könül  dəftəri», 

«Könül nəğmələri», «Ana laylasi – Qəm dünyasi», «Yenə gələ-

cəyəm»  və  «Göyçəsiz  həyat»).  Lakin  kiçik  həcmli  dəftərlərə 

(«Qəm dəftəri» və «Xəyal ciğiri») daxil olan şeirlər isə böyük 

dəftərlərdəki şeirlərlə eyni dövrdə yazildiğindan, sadəcə məz-

mun baximindan ayrica dəftərdə toplandiğindan və bu kitabdaki 

bütün  şeirlər  yalniz  xronoloji  ardicilliğa  uyğun  verildiyindən, 

kiçik  dəftərlərin  adlari  və  ora  daxil  olan  şeirlər  xüsusi  qeyd 

edilməmiş, ayrica bölmədə – blokda yerləşdirilməmişdir. Onu 

da  qeyd  edirəm  ki, Tofiq  Hüseynzadə  nəşr  olunan  şeirlərində 

«Tofiq  Hüseynov»,  «Tofiq  Məmmədoğlu»,  «Tofiq  Hüseynza-

də» imzalarindan, həmçinin əlyazmalarinda olan şeirlərində isə, 

əsasən «Qəmli» təxəllüsündən istifadə etmişdir. 

Onu da bildiririk ki, bu kitabda təqdim olunan bir neçə şe-

irdə bəzi sətir və misralar mötərizədə verilmişdir. Bu da onunla 

əlaqədar  olmuşdur  ki,  bəzi  şeirlərin  əlyazma  və  nəşr  variant-

larinda müxtəliflik, eləcə də əlyazmalarin özündə bir misra və 

ya sətir iki variantda olduğundan, şeirin forma quruluşuna zidd 

olsa da, məzmununa heç bir xələl gətirmədiyindən, əksinə şei-

ri daha mənali və anlaşiqli etdiyindən hər iki orijanal variantin 



Xəyal cığırı – I cı̇ld

187


 qorunub,  saxlanilmasi  naminə  ikinci  variantlarin  da  mötərizə 

daxilində verilməsi məqsədə müvafiq sayilmişdir.   

Mən əlbəttə, sadəcə bir yazimda, ön söz səviyyəsində, Tofiq 

Hüseynzadənin  bütövlükdə,  çoxşaxəli  və  böyük  həcmə  malik 

(750-dən çox) şeir yaradiciliğini tamamilə təhlil etməyin, ümu-

milikdə əhatə etməyin mümkün olmadiğini dərk edərək, onun 

şeir yaradicidiğinin əsas istiqamətləri barədə nümunələr gətir-

məklə kifayətlənməli və şeirlərinin qiymətləndirilməsini oxucu-

larin öhdəsinə buraxmali oluram. Tofiq Hüseynzadənin zəngin 

bədii-poetik məzmun çalarlarina malik şeirlərinin milli ədəbiy-

yatimiz üçün dəyərli nümunələr olmaqla, qədirbilən xalqimiz, 

oxucular tərəfindən sevilə-sevilə oxunacağina, ədəbiyyat tarixi-

mizdə özünəməxsus yer tutmaqla milli ədəbi şüurumuzda əbədi 

yaşayacağina əminəm. 




Tofiq Məhəmməd oğlu Hüseynzadə

188


Tofiq Hüseynzadənin nəsr yaradıcılığı

Tofiq  Hüseynzadənin  ədəbi  yaradiciliği  əsasən  şeir  (mən-

zum) formasinda olmuş, onun nəsr yaradiciliği isə 3 kiçik həcm-

li, lakin dərin fəlsəfi və ictimai  məzmunlu hekayələridir. 

Tofiq Hüseynzadənin 1-ci hekayəsi «Günəşi mənə göstər» 

adlanir. Bu hekayə 11.12.1967 – 16.12.1967-ci il tarixlərdə ya-

zilmişdir.  Hekayənin  qisa  məzmunu  nasirin,  yuxusunda  canli 

dünyamiza həyat verən Günəşin, qiyamət gününün əlaməti ola-

raq əvvəl ikiyə parçalanaraq, yariya bölünməsi, bir parçasinin 

fəzaya  axmasi,  sonra  isə  digər  yarisinin  qərbə  doğru  hərəkət 

edərək üfüqdə batmağa yaxin, son dəfə parlayaraq əbədi sön-

məsi və həyatin sona çatmasini görməsi, bu yuxudan ayilmasi 

və  Günəşin  həyatverici  gücü  ilə  bağli  fəlsəfi  düşüncələrindən 

ibarətdir. Həmin hekayədə, Tofiq Hüseynzadə sanki, «Quran»in 

«ət-Təkvir» və digər surə və ayələrində göstərilən Qiyamət vax-

ti  Günəşin  sönəcəyi,  onunla  bağli  olaraq  həyat  əlamətlərinin 

sona  çatacaği,  insanlarin,  heyvanlarin,  bütün  canlilarin,  ümu-

miyyətlə, həyatin məhv olacağina dair bir Qiyamət ssenarisini 

gözəl bədii obrazlarla təsvir etmiş, Yerdə bütün canli həyatin, 

Allahin hökmü ilə yalniz Günəşin həyatverici enerjisi hesabina 

var  olduğunu  çatdirmişdir  ki,  bu  da  ulu  babasi  Miskin Abdal 

kimi, ona da Allah tərəfindən yüksək hikmət, fəzilət və kəramət 

verildiyinin, babasinin müqəddəs ruhunun layiqli daşiyicisi ol-

duğunun göstəricisidir.  

Tofiq  Hüseynzadənin,  «Ana,  bacim  sağdir!»  adli, 

31.12.1967-ci il tarixdə Sumqayit şəhərində qələmə aldiği  ikinci 




Xəyal cığırı – I cı̇ld

189


hekayəsinin süjet xətti isə belədir: Oqtay adli bir oğlanin atasi 

müharibəyə  getdiyindən  nənəsi  və  mamasi  (bibisi)  tərəfindən 

anasi incidilir, evdən qovulur, anasi evdən çixarkən onu özü ilə 

götürür, bacisi Sevdani isə anasina vermədiklərindən orada qa-

lir. Sonra atasi müharibədə həlak olur, həmçinin anasina, guya 

Sevdanin da ölməsi barədə yalan məlumat verilir, ana qizinin 

ölümünə inanir. Bundan sonra Oqtay Baki şəhərində anasi ilə 

birlikdə  yaşayarkən,  tələbə  yoldaşlari  ilə  birlikdə  kinoteatrda 

«Ögey ana» filminə bilet alarkən tanimadiği qiz – Sevda ona da 

bilet almasini xahiş edir, Oqtay Sevdani görərək anasina çox ox-

şadir, ona da bilet alir. Kinoya baxarkən hər ikisi yanaşi oturur, 

Sevdanin həmin filmə baxdiği müddətdə ağlamasi Oqtayi dərin 

fikirlərə  qərq  edir.  Kinodan  sonra  Oqtay  evə  gəlib  bu  barədə 

anasina danişir, sonradan anasi və özü bacisinin sağ olmasini 

güman edərək bu barədə qəzetdə elan verirlər. Sevda qəzetdə 

elani oxuyaraq, göstərilən ünvana – anasi və qardaşinin yaşadi-

ği evə gedib, bir-birinə qovuşurlar. Allahin xoş «təsadüfü»ndən 

yaranan, Oqtayin qəlbinin dərinliyində cücərən güman həqiqətə 

çevrilir, doğmalar bir-birinə qovuşur. 

Nəhayət, Tofiq Hüseynzadənin «Ölən gözəl» adli sonuncu 

hekayəsi, zahirən çox gözəl yaradilmiş, lakin daxilən bədbəxt 

olan, bəxti qara bir gözəlin aci taleyi ilə bağli fəlsəfi düşüncələ-

rindən ibarətdir. Hekayə, əslində xarici gözəlliyinin qiza prob-

lemlər yaşatmasi, ailə qura bilməməsi, onun da həyat amalinin 

ailə quraraq, daha gözəl yaşamaq hisslərindən ibarət olmasi, bu 

səbəbdən ilahi qüdrətlə yaradilmiş, misilsiz bir gözəlin bu mü-

hitdə, əslində «ölməsi»ndən bəhs edir. 



Yüklə 21,6 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   143




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə