Tofiq Huseynzade--seir--kitab 1111. indd



Yüklə 21,6 Mb.
Pdf görüntüsü
səhifə38/143
tarix04.07.2018
ölçüsü21,6 Mb.
#53181
1   ...   34   35   36   37   38   39   40   41   ...   143

Tofiq Məhəmməd oğlu Hüseynzadə

176


Bu, nə ündür, nə ahdır,

Önümüzdə sabahdır,

Göyçəsiz ötən günə

Ömür demək günahdır.

Ey, qara günlü Göyçə,

Fəryadlı, ünlü Göyçə,

Düşmənə vermə könül,

Ol, dəvə kinli, Göyçə.

Qəm yükü bağla, Göyçə,

Qəlbləri dağla, Göyçə,

El köçdü, yurd boşaldı,

Ağı de, ağla Göyçə».

Baki  şəhərində  yaşadiği  müddətdə  Tofiq  Hüseynzadə  pe-

daqoji və jurnalistlik fəaliyyətini davam etdirmiş, habelə Göyçə 

həsrətini onun tarixini, folkloru və tarixi şəxsiyyətlərini tədqiq 

etməklə ovutmağa çalişmişdir. O, Baki şəhərində nəşr olunan 

«Ulu Göyçə» və yuxarida adlarini çəkdiyim sair çoxsayli mətbu 

orqanlarda, Azərbaycan dövlət radiosu və televiziyasinda Göy-

çənin tarixi, folkloru, həmçinin öz ulu babasi Miskin Abdalla 

bağli maraqli tarixi faktlari böyük auditoriyaya – oxucu, dinlə-

yici və tamaşaçilara çatdirmiş, Azərbaycan, o cümlədən Göyçə 

folkloruna aid tarixin alt laylarinda qalib paslanmiş nadir folk-

lor nümunələrini tədqiq edərək mətbuatda, habelə, Azərbaycan 

Milli  Elmlər Akademiyasinin  Folklor  İnstitutu  ilə  əməkdaşliq 

edərək, folklor antologiyasi toplularinda dərc etdirmişdir. 

Şairin 20.03.1998-ci ildə qələmə aldiği «Miskin Abdal oca-

ğinda» adli şeirinə diqqət edək: 




Xəyal cığırı – I cı̇ld

177


«Bir həqiqət, min hikmət var

Miskin Abdal ocağında,

Aşıb-daşan bərəkət var

Miskin Abdal ocağında.

Adını çək, dada çatar,

El yeriyər qatar-qatar,

Sazın, sözün sirri yatar

Miskin Abdal ocağında.

O, Tanrının qismətidir,

İnsanlığın ismətidir,

Şer oxunar sətir-sətir

Miskin Abdal ocağında.

Əsrlərin yoldaşı var,

Haqqın sirli sirdaşı var,

Neçə gülüş, göz yaşı var

Miskin Abdal ocağında.

Təmiz ürək abad olar,

Xəbis könül bərbad olar,

Tanrı sevən çox şad olar

Miskin Abdal ocağında.

Ona heyran qalıb bəşər,

Ayaq açıb, yeriməz şər.

Göyçə daha gözəlləşər

Miskin Abdal ocağında.» 


Tofiq Məhəmməd oğlu Hüseynzadə

178


Şair, Azərbaycanin  başqa  dövlətlərin  əraziləri  hüdudlarin-

da  qalan,  həmçinin,  ermənilər  tərəfindən  əsrlərdir,  hissə-hissə 

ələ keçirilərək qədim Azərbaycan torpaqlari hesabina yaradilan, 

dünyanin böyük güclərinin əlində alət olan qondarma «Ermənis-

tan» adli dövlətin yaranmasini ürək ağrisi ilə qeyd etmiş, doğma 

vətəni Göyçənin niskilini heç cür ovundura bilməmiş, yaradici-

liğinda milli ideallara daim sadiq qalmiş, bu ideallar onun qani-

na, canina hopmuşdur. Onun, 28.05.1992-ci ildə yazdiği «Azər-

baycan deyəndə» adli, tarixi faktlara söykənən, yüksək bədiiliyi 

ilə yanaşi tarixiliklə də səciyyələnən şeiri Azərbaycanin zəngin 

dövlətçilik tarixi, Azərbaycan xalqinin genezisi, görkəmli şəx-

siyyətlərinin tərənnümü baximindan çox dəyərli olmaqla, sanki, 

Azərbaycanin «Tarix himni»dir:

«Cavanşirin igidlikdə bənzəri yoxdu, qəti,

İşğalçıya divan tutdu Babəkin hür milləti,

Tariximdə ən qüdrətli sayılan bir dövləti,

Yaratdı, həm seçimini düzgün etdi Xətai, 

«Hansı üstün, Gülüstan, ya Azərbaycan? – deyəndə...

 Səttarxan, Pişəvəri azadlığa verdi töhfə,

Rəzulzadə millətinə açdı yeni səhifə,

Azərbaycan istiqlalın yaydı hər bir tərəfə,  

Demokratiya yolunda çatdırdı şan-şərəfə,

Gözlərini yumdu, o an – «Azərbaycan!» – deyəndə!..

Millətini, dövlətini, vətənini sevən kəs,

Dönük çıxmaz ölkəsinə, xainlik edə bilməz!

Vətənindən uzaqlarda gün keçirənlər əbəs,

Dar günüdür Qarabağın, yurda köməyə tələs!!!       

Yad ellərdə qalma mehman, Azərbaycan deyəndə...».



Xəyal cığırı – I cı̇ld

179


Şair 21.03.1998-ci ildə yazdiği «Qirati yəhərləyin» şeirində 

isə xalqi mənfur erməni işğalçilarina qarşi səfərbərliyə səsləyir:

 

«Bir əlçatmaz dağam mən,

Üçrəngli bayrağam mən,

Ölməmişəm, sağam mən,

Qıratı yəhərləyin!».

T.Hüseynzadənin,  Azərbaycanin  böyük  şairi  Məhəmməd-

hüseyn Şəhriyarin «Heydər baba» adli poemasina nəzirə kimi 

yazdiği, Azərbaycanin ümummilli lideri Heydər Əliyevi, xalqi-

mizin düşdüyü ağir vəziyyətdən yeganə xilaskar kimi görərək, 

hakimiyyətə qayitmaqla bir sərkərdə kimi doğma Vətənini ya-

ğilardan azad etməyə çağirişina həsr etdiyi «Heydər baba» şe-

iri  (1991  dekabr),  həmin  dövrdə,  yəni  1991-ci  ilin  sonlarinda 

Azərbaycan xalqinin Heydər Əliyevə sonsuz ümid və sevgisin-

dən qaynaqlanan, qəlbində püskürtdüyü od-alovun, arzu-diləyin 

ümumi ifadəsi kimi son dərəcə təsirlidir:

«Heydər Baba, ildırımlar çaxdı, gəl, 

Sel yerinə, göz yaşımız axdı, gəl,

Yadlar bizə pis nəzərlə baxdı, gəl,

Qurtar bizi yağıların əlindən,

Qələbəni biz eşidək dilindən.

Görmürsənmi, Vətən mülkü talandı?

El-obamız od-alova qalandı,

Səndən başqa hər bir rəhbər yalandı,

Qayıt, gəl millətin başına keç sən,

Qurtar bu zillətdən, desinlər, əhsən!



Yüklə 21,6 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   143




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə