Tofiq Məhəmməd
oğlu Hüseynzadə
158
Yenə, dağ döşündə açıldı güllər,
Tutdu başqa həvəs göy səmasını.
Arzu təzələndi, il təzələndi,
Min bir arzu ilə döyündü ürək.
Şair! Bax, bu gələn təzə gəlindi,
Bahar! Xoş qədəmin daim mübarək!!!»
Şairin ədəbi yaradiciliğinda Azərbaycanin qürur verən ta-
rixi keçmişi, mühüm tarixi hadisələri və ictimai həyatin bütün
sahələrində «tarix yazmiş» görkəmli şəxsiyyətlərinin ədəbi
tərənnümü də əsas yer tutur. O, Azərbaycan və dünya şerinin
zirvəsi sayilan Nizami Gəncəvi haqqinda «Nizami böyükdür»
adli şeirində (1968 mart) yazir:
«Çıxmadı bir yerə doğma Gəncədən,
Yaratdı Nizami beş böyük dastan.
Səs saldı aləmə sözdən-incidən,
Yaşadı zamanla o, böyük insan».
«Vurğun yaşayacaq» adli şeirində (20.02.1979) xalq şairi
Səməd Vurğunun
«O, nəğmələr yazmadı
Hər yoldan ötən üçün,
El bilir ki, o, yazdı
Xalq üçün, vətən üçün.
Xəyal cığırı – I cı̇ld
159
Şekspiri, Puşkini
Sevdirdi öz elinə,
Neçə dahi gətirdi
Azərbaycan dilinə.
Hələ nələr yazardı...
Az yaşadı, o, heyhat!
Ölüm vaxtsız apardı,
Peşiman qaldı həyat.
Söz ilə hələ neçə
Əsrlər aşacaqdır...
Həyat ilə həmişə
Vurğun yaşayacaqdır!..».
Şair, «Müşfiqi» adli şeirində (1968 mart) Azərbaycanin iste-
dadli gənc şairi Mikayil Müşfiqin aci taleyini qələmə alir:
«Mənim qisasım var qoca dünyada,
Nə idi günahı, o, getdi bada?
Günəş asimanda alovlansa da,
Yerdə oxşadıram közə Müşfiqi.
Sevdi, bir gözəlin «qurbanı» oldu,
Yazdıqca yazdı o, sinəsi doldu.
Tez girdi qanlı qış, lalələr soldu,
Qoymadı bahardan yaza Müşfiqi.
Heyif! Təbiətin qanlı qılıncı,
Uçurtdu sənətdə bir gözəl tacı.
Tofiq Məhəmməd
oğlu Hüseynzadə
160
Bürüdü qar-boran yalı, yamacı,
Çiçəklər səslədi düzə Müşfiqi».
«Müşfiqə» adli şeirində (1968 aprel) isə eyni mətləbləri bir
başqa prizmadan bəyan edir:
«Köçdü dağ başından çənlər, dumanlar,
Ulduzlar sayrışdı dəstəbədəstə...
Ay da xumarlandı bir şeir həvəsdə.
Hər şeyə bir yeni nəğmə umanlar,
Ah çəkdi, dad etdi, qəlbi üşüdü,
Səni soruşdu...»
«Sənət aşiqi» («Cəfər Cabbarliya») adli şeirində (13.10.1969)
o, Cəfər Cabbarlinin ədəbiyyatimizda tutduğu yüksək mövqeyi,
özünəməxsus dəst-xətti, üslubu xüsusi məharətlə vəsf etmişdir:
«Bayron, Heyni, Şekspir
Az sevməmiş sənəti,
Taqor nəğmələrində
Qamçılamış zülməti.
Sevirəm sənətkarı,
Əsrinin vüqarıdır.
Daha artıq sevdiyim
Sənətkar Cabbarlıdır.
Kəlmələri dalbadal
Kin, qəzəblə doludur,
Cabbarlının sənəti
Azadlığın yoludur.
Sənətinə onun tək
Xəyal cığırı – I cı̇ld
161
Vurğun bir insan hanı?
O, qoydu dünyamızda
Bir azadlıq dastanı.
O, qələm götürmədi
Dağda gülə, çiçəyə,
Nə də gözəl-göyçəyə...
Yazdı: «Hey, sən!
Əski dünya, təslim ol!
Sənə qarşı yürüş var!
Yürüş var ha,
yürüş var!».
Xalqinin vətənpərvər və cəsarətli mütəfəkkir oğlu Şixəli
Qurbanovun ölümü ilə əlaqədar 1967-ci ilin iyul ayinda yazdiği
«Ellər ağladi» adli şeirində isə o, yazir:
«Məni oyandırdı bir qanlı səhər,
Gördüm, yasa batıb bizim bu şəhər.
Yar ilə süründüm ora bir təhər,
Qəlbimdə titrəyən tellər ağladı.
Sel kimi axışdı övladi-Vətən,
Dedilər, can gedir vuran ürəkdən.
Baxıb izdihama, boynunu bükən,
Tərli bənövşələr, güllər ağladı...
...Fərhadın baxırıq taleyinə biz,
El ilə ağladı salonda «Sənsiz»,
Əsər dilə gəldi, danışdı sənsiz,
Qopdu sızıltılar, yellər ağladı».
Tofiq Məhəmməd oğlu Hüseynzadə
162
Tofiq Hüseynzadə ulu babasi Miskin Abdal kimi Allahin
ən sevimlli, əməlisaleh bəndələrindən biri olub, ilahi hikmət,
kəramət və fəzilətlərlə mükafatlandirilmiş, ruhunun əbədi var
olduğuna, cisminin isə bu dünya kimi faniliyinə əmin olaraq,
dünyəvi nemətlərdən uzaqlaşib, ancaq mənəvi dünyasinin zən-
ginləşməsi, ruhi təkmilləşmə – əbədiyyət yolunu seçmiş, bu
yolda bütün çətinliklərə sinə gərərək, maneələri mətinliklə aşa-
raq, müqəddəs yolçuluğun nurunda kamilləşərək, «kamil insan»
mərtəbəsinə yüksəlmiş, onun zəngin şəxsiyyəti də məhz belə
yüksək əxlaqi dəyərlər iyerarxiyasindan təşəkkül tapmişdir.
O, çox dərin mətləblərlə səsləşən və yüksək fəlsəfi məzmu-
na malik «Gedir» adli şeirində (1967 oktyabr) dünya yaranandan
bəri insanliği düşündürən əsas fəlsəfi mühakimələrin dünyasina
baş vurur, qəlbində yaşatdiği «min dünyaliq ah-naləsini», ulu
babasi Miskin Abdal saza köçürtdüyü kimi, musiqi dünyasinin
zəngin dərinliklərinə cumaraq, qoynuna aldiği tarinin tellərinə
köçürdüyünü dilə gətirir:
«Ömür canı tərk edəndə,
Kim bilir ki, hara gedir?
Beyin cumur dərin fikrə,
Xəyal birbaş zara gedir.
...Nələr demir, mənə aləm,
Kin, qəzəbdən coşur qələm.
Min dünyalıq ahım-naləm,
Hərdən, telli tara gedir».
Kainatin sonlu və ya sonsuz olmasi və fəlsəfənin əsas prob-
lemlərindən sayilan digər postulatlarla bağli şairin «Səyahət»
adli şeiri (09.02.1969) fəlsəfi ideyalarla çox zəngindir: