Tofiq Huseynzade--seir--kitab 1111. indd



Yüklə 21,6 Mb.
Pdf görüntüsü
səhifə31/143
tarix04.07.2018
ölçüsü21,6 Mb.
#53181
1   ...   27   28   29   30   31   32   33   34   ...   143

Tofiq Məhəmməd oğlu Hüseynzadə

144


«Yaxşı dostu satma dünya malına,

Yaman gündə qızıl, zərdən yaxşıdı.

Söz danış ki, o, çıxmasın yalana,

Bir doğrü söz min gövhərdən yaxşıdı».

«Elin yarasi» adli şeiri (10.10.1968) də «dil yarasi» məfhu-

munun təsir gücü, «vətən sevgisi, vətənə sədaqət» mövzularinin 

tərənnümü baximindan çox dəyərlidir: 



«Ürək! Nə ah çəkmə, nə də ki, fəryad,

Qalmaz əsrlərə ilin yarası.

Sağalar qırılan hər qol, hər qanad,

Gedər qiyamətə dilin yarası.

Bir kəs yaranmamış vətənsiz, elsiz,

Vətənlə hər insan yaranmış ekiz.

Nə qədər dünyada yaşasaq da biz,

Çıxmaz yadımızdan elin yarası».

Şairin əxlaqi mövzularda, satirik tərzdə, gənclərin milli əx-

laqa uyğun olmayan həyat tərzlərini qamçilayan, onlari satirik 

dillə milli ruhda yaşamağa çağiran şeirləri də çox maraqlidir. 

Onun, M.Ə.Sabirin «A canim» şeirinə nəzirə olaraq 1967-ci ilin 

iyul ayinda yazdiği, Baki şəhərində nəşr olunan «Tibb kadrlari 

uğrunda» qəzetinin 24.05.1968-ci il tarixli sayinda dərc olun-

muş eyni adli şeirindən bir parçaya diqqət edək:



«Başqalaşıb indi zaman, nə müəllim, nə institut,

Buyur, əşi, gəl utanma, bir gözəlin əlindən tut,

Nə eyləsən «çatmır» yaşın, yoxdur sənə sorğu-sübut.

Veyil-veyil dolanmaqda həmdostuna çat, a canım,

«İncə xanım» önündə sən, gəl əyil üçqat, a canım».


Xəyal cığırı – I cı̇ld

145


«A qardaş» adli şeirində (1968 mart) də şair, eyni mətləbləri 

gözəl bədii təsvirlərlə çatdirir:



«Yuyuldu modada elin adəti, 

Kəsildi saç kimi yar məhəbbəti.

Modaya satdılar bu səltənəti,

Ağlayır, ah çəkir hər qaya, hər daş,

Güc yoxdur bu dərdi yaza, a qardaş».

 

 «Gözəllik» adli şeirində (13.03.1968) şair, qizlari da mənə-



vi dünyalari ilə ucalmağa, namuslu həyatla yaşmağa, süni,  zahiri 

gözəlliklər dalinca qaçmamağa çağirir:   



«Uçursan-qaçırsan eniş-yoxuşa,

Gözəllik hardadır bilmirsən, fəqət.

Dünya da xaraba qaldı bayquşa,

Qartalı göylərə qaldırdı qeyrət!

...Çalış, namusunu gözün tək qoru,

Dünyada ən böyük gözəllik budur.

Çalışma, namusa qurasan toru,

Ömrünün yolunda polad kimi dur!

...Gözəllik duyulmur bir, Ay camalda,

Gözəllik gözəldir dərin kamalda».

«Yaxşidi» adli şeirində (16.07.1968) də gözəlliyi qizin «qa-

şinda, gözündə deyil, ağlinda axtarmaği» məsləhət bilir:

«Cavan ikən Ay camaldan uzaqlaş,

Puça getdi bu yollarda neçə baş...

Gözəlliklər nə göz deyil, nə də qaş,

Ağıllı qız yüz dilbərdən yaxşıdı».



Tofiq Məhəmməd oğlu Hüseynzadə

146


«Ölümdən betər» adli şeirində (1967-ci il avqust) ən yüksək 

əxlaqi nemət kimi namuslu həyat yaşamağin dəyərini, «pozğun 

namusa» ölümün də çarə olmadiğini  belə ifadə edir:  

«Ölüm pis şey deyil, pis işlər üçün,

Saflığı çürüdən əməllər üçün.

...Əxlaqsız namusun varmı çarası?..

Yox!.. Yox!..

Ölsə də getməyir əməl yarası.

...Deyirəm, çarə yox, hey susa-susa...

Ölümə, bir də ki, pozğun namusa!»

«Mən  ölümdən  qorxmuram»  (1968  fevral)  adli  şeirində 

ölümdən deyil, xəyanətkar əməllərdən qorxduğunu ifadə edir:

«Qəlbən gəlir dilimdən:

Mən qorxmuram ölümdən!

Mən qorxuram inanın –

– Atəşimə qalanın –

Ölümdən də qorxulu

Pis, üfunət qoxulu

Gözlənilməz bir işdən,

Evlər yıxan gülüşdən...»

Şair  ədəbi  yaradaciliğinin  böyük  və  əhəmiyyətli  hissəsi-

ni  1966-1991-ci  illərində,  keçmiş  SSRİ-nin  mövcud  olduğu 

sosialist hakim düşüncəsi və fəlsəfəsinin birmənali tüğyan et-

diyi dövrdə qələmə almişdir. Həmin müddətdə Tofiq Hüseyn-

zadə SSRİ-də şəriksiz hakimiyyətdə olan Kommunist Partiya-

sinin üzvü olmaqla, Ermənistan SSR Kommunist Partiyasinin 



Xəyal cığırı – I cı̇ld

147


 Vardenis rayon Partiya Komitəsinin mətbuat orqani olan «Var-

denis»  qəzetində  əvvəlcə  ədəbi  işçi,  sonralar  isə  şöbə  müdiri 

vəzifələrində çalişmaqla əmək fəaliyyətində Kommunist Parti-

yasinin dövlətin qarşisinda qoyduğu prinsipial vəzifələri rəhbər 

tutmuşdur. Bu baximdan, onun şeirlərinin demək olar ki, çox 

az bir qismi həmin dövrün hakim dünyagörüşünə və ideallarina 

uyğun olsa belə, həmin şeirlərin özündə də o, əsl məzmun kimi, 

yüksək  mənəvi  ideallari,  gözəllikləri,  Azərbaycanin  tarixini, 

qüdrətini və xoşbəxt gələcəyini vəsf etmiş, xalqa, vətənə, bütün 

yüksək əxlaqi keyfiyyət və dəyərlərə sevgisini önə çəkmiş, bu 

da şeirlərinin ədəbi-bədii məzmun çəkisini daha da artirmişdir.

Tarixə  «Böyük  Oktyabr  Sosialist  inqilabi»  kimi  daxil  ol-

muş inqilabin 50 illiyinə həsr etdiyi, 1967-ci ilin noyabr ayin-

da  yazdiği «Mən nələr görmədim...» adli poemasinda o, həmin 

inqilabdan daha çox, simvolik olaraq, özünün, əslində Böyük 

Vətən müharibəsində böyük şücaətlər göstərərək qəhrəmanca-

sina həlak olmuş, üzünü görmədiyi doğma babasi (Paşa Hüseyn 

oğlu Həsənov) ilə xəyali dialoqunu quraraq, babasinin ona Sü-

leyman Peyğəmbərin məharətləri, şücəati, misilsiz insani key-

fiyyətləri barədə danişdiğini, bu məziyyətlərinə görə onun Alla-

hin yanindaki hörmət-izzətini, digər insanlara nümunə olmasi-

ni, mərdliyin namərdlik, ədalətin ədalətsizlik, haqsizliq və zülm 

üzərində qələbə çalacağini, Azərbaycanin igid, tarixi qəhrəman-

larinin, o cümlədən Böyük Vətən müharibəsində Azərbaycanli 

oğullarin – partizanlarin şücaətini vəsf etmiş, yalniz poemanin 

sonunda İnqilab və Leninin həmin inqilabdaki rolunu da belə 

qəhrəmanliğa, fəhlə və kəndlilərin azğin bəylərin, ağalarin zül-

mündən qurtarmaq üçün haqq mübarizəsinə başladiğini və qalib 

gəldiyini yüksək bədii məharətlə təsvir etmişdir: 



Yüklə 21,6 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   143




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə