Tofiq Huseynzade--seir--kitab 1111. indd



Yüklə 21,6 Mb.
Pdf görüntüsü
səhifə33/143
tarix04.07.2018
ölçüsü21,6 Mb.
#53181
1   ...   29   30   31   32   33   34   35   36   ...   143

Xəyal cığırı – I cı̇ld

153


təbiəti:  Günəşi,  Ayi,  ulduzlari,  dağlari,  təpələri,  Göyçə  gölü, 

Didvan gölü, Xəzər dənizi, Kür, Araz çaylari, durnalar, rənglər, 

Bahar (yaz) fəsli – demək olar ki, bütün təbiət gözəlliklərinin 

tərənnümü təşkil edir. 

«Ey Günəş!» şeirində (1967 noyabr) şair, Günəşin, Yerdəki 

dünyamiza yeganə həyatverici güc olduğunu belə nəzmə çəkir:



«Bir kiçik zərrədən, böyük dağadək,

İsti alovlardan buz bulağadək

Görünən hər bir şey, hər canlı, cansız,

Dünyada ömr edən hər qanlı, qansız

Sənin qüdrətinlə «varlığa dönmüş»,

Təbiət ehkamlı şala bürünmüş».

Şairin «Ay» şeiri (16.07.1968) kainat gözəlliklərinin, səma 

cisimlərinin  ədəbi  təşbehlərlə,  yüksək  peşəkarliqla,  çox  mə-

harətlə vəsf edilməsi baximindan misilsizdir:



«Gün batır... aləmə qaranlıq çökür,

Təbiət işıqçün boynunu bükür,

Öz qızıl telini səmaya tökür;

Günəş çıxan yerdən yuvarlanır Ay.

Bülbüllər ötüşür bağcada dil-dil,

Göy üzü şəfəqsiz yaşayan deyil.

Keçir bulud, duman, onda, elə bil,

Bir cavan qız kimi tumarlanır Ay.

Ah!.. Necə gözəldir o, göylər qızı,

Heyranda saxlamış min-min ulduzu.

Keçdikcə könlümdən hər yeni arzu,

Ahəstə-ahəstə xumarlanır Ay».


Tofiq Məhəmməd oğlu Hüseynzadə

154


Şairin  «Göyçə  gölü»  şeiri  (01.08.1978)  vətən  sevgisinin 

gözəl bədii təsvir vasitələri ilə vəsfi baximindan çox zəngindir:



«Bu torpağın anasıdır,

Zirvələrin aynasıdır,

Sonaların sonasıdır

Göyçə gölü!

Dama-dama bir göl olub,

Zaman-zaman o durulub,

Nə dincəlib, nə yorulub

Göyçə gölü!

Həsrət-həsrət göylər baxar,

Ürəklərə su tək axar,

Qayalara muncuq taxar

Göyçə gölü!

Ulduzları gecəsinə,

Alıb, düzər sinəsinə,

Qalxar gənclik həvəsinə

Göyçə gölü!»

Şairin, Qazax rayonunda nəşr olunan «Qalibiyyət bayraği» 

qəzetinin 06.04.1968-ci il tarixli sayinda dərc olunmuş «Didvan 

gölü» adli şeirindən (1968 mart) bir parçaya diqqət edək:

 

«İnsan tapdı öz eşqini,

Dəli çaya atdı kəmənd.

Didvan adlı bir bənd vurdu, 

Böyük bir bənd.



Xəyal cığırı – I cı̇ld

155


İndi daha bu şöhrətdən

Söhbət açır Qazax eli.

Dastanlardan dastanlara

Sətir-sətir yazılsın, qoy,

Şərəfimiz, Didvan gölü».

«Kür» şeirində (01.10.1969) də şair Kür çayinin gözəlliklə-

rini tərənnüm etməklə kifayətlənməyib, onun üzərində qurulan 

su elektrik stansiyasi vasitəsilə ölkəmizə işiq verməsi, nur bəxş 

etməsi, bu baximdan – «lampalardan baxmasi»ni da son dərəcə 

gözəl təsvir etmişdir:



«Səni nəzmə çəkirəm,

Nə gözəlsən, a xan Kür!

Qəlbimdə ilham kimi

Di silkələn, çalxan, Kür! 

Danışmayaq hünərdən,

Yaranmısan səhərdən,

Keçib kənddən-şəhərdən,

Lampalardan baxan Kür.

Xətrimizə heç zaman,

Dəymə, dolanma, aman! – 

Ortalığa salma qan,

Bizi oda yaxan Kür!».

Azərbaycan  ədəbiyyatinda  «Dağlar»  mövzusunu  ilk  dəfə 

şeriyyətə  gətirən  ulu  babasi  Miskin Abdal  kimi Tofiq  Hüsey-

nzadə də Vətəninin uca, əzəmətli, vüqarli dağlarini çox gözəl 




Tofiq Məhəmməd oğlu Hüseynzadə

156


tərənnüm  etmişdir.  Onun  1967  oktyabr  ayinda  qələmə  aldiği 

«Dağlar» şeirindən nümunələrə nəzər salaq:



«Səni candan artıq sevən Ələsgər tək, Vurğun kimi,

Gətirirəm asta-asta sözə səni yenə, dağlar.

Məni indi sən sayma gəl, söz elində yorğun kimi,

Öz gücümü, qüdrətimi bağlamışam sənə, dağlar.

Vədə verdim, and içdim ki, axan durna bulaqlara,

Unutmaram, gələn il də gələcəyəm bu dağlara.

Hər çiçəyin, hər bir gülün hörməti var qonaqlara,

Ancaq bircə, qorxuram ki, atəşlərdən sönə, dağlar».

Digər «Dağlar» adli şeirində (1967 noyabr) dağlarin vəsfini 

belə vermişdir:

«Mən ona «can!» dedim, o, mənə «mehman»,

Çəkdi öz köçünü başımdan duman,

Əl verib, görüşüb, ayrılan zaman,

Bir də gəlməyimi dilədi dağlar».

Şair,  «Durnalar»  adli  şeirində  (1968  mart)  ədəbiyyatimiz 

üçün gözəllik rəmzlərindən olan durnalardan da söz açir, onlarin 

bir gözəllik mənzərəsi kimi daim Azərbaycan səmasinda qatarla 

süzməsini diləyir:

«Ey qara buludlar! Yolunu açın

Bahar nəfəsilə daim uçanın.

Üstündə,  – deyirəm, – Azərbaycanın

Həmişə, həmişə süzə durnalar».



Xəyal cığırı – I cı̇ld

157


«Rənglər»  adli  şeirində  (1967  noyabr)  hər  rəngin  daxili 

dünyasinda daşidiği mübhəm təsir gücünü açir:  



«Sevəndə qızı oğlan

Qırmızı gül göndərir.

Deyir, sən də alovlan,

Məni eşqin yandırır.

...Ağ gül hər görüşlərə 

Çağırır könülləri, 

Orda lal məhəbbətin

Ruha gəlir dilləri.

...Sarı güldə ürəyin 

Nifrəti hiss olunur,

Məhəbbətdə diləyin

Qeybəti hiss olunur.

...Göy rəngdə məhəbbətin 

Səma tək böyüklüyü,

Dərinliyi duyulur.

Cəhrayı rəngdə qızın

Gözəlliyi duyulur.

Yaşıl rəngin mənası 

Yandırır dağı, daşı,

Demək, eşqin dünyası, 

Axıdır hicran yaşı».

«Bahar, sən xoş gəlmisən» şeiri (1968 mart) baharin tərən-

nümü baximindan çox gözəldir:

«Yenə Bahar gəldi, bəzəndi çöllər,

Təbiət dəyişdi öz simasını.



Yüklə 21,6 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   143




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə