Tofiq Məhəmməd oğlu Hüseynzadə
134
«Vaxt gələndə dünyada qalmayacaq çox insan,
Nə yanan, nə yandıran.
Nə də ki, qalmayacaq başlarına qoyan tac,
Ayaqyalın, qarnı ac.
Köç edəcək dünyadan varlı da, kasıb da bir,
Fərqi qoymayır qəbir.
Yol yaxın, ömür gödək, hər insan gül yarpağı,
Bu dünyanın qonağı.
Ən nəhayət, deyirəm, qəlbimdə fırtınalar,
Başımda qasırğalar:
«İnsan! bu günkü işin, hadisənin carçısı,
Tarixin nağılçısı!».
Hətta, o, 21 yaşinda, 1967-ci ilin dekabr ayinda yazdiği
«Söz qalacaqdir» adli şeirində son dərəcə hikmətli fikirləri ilə
həyat fəlsəfəsinin əsl mahiyyətini, ömrünün faniliyini, lakin
özündən sonra onu yaşadacaq «söz» – ədəbi irs qoyub getdiyini
ifadə edir:
«Qızıldan, gümüşdən qururuq hasar,
Şöhrəti sevirik, ağlayıb zar-zar,
Dünyada insana, bir, soyuq məzar,
Bir də ki, beş metir bez qalacaqdır.
Təsliməm ölümə. Durmuşam sayda,
Ölən öləcəkdir – belədir qayda!
Zaman öz hökmünü verdi, nə fayda?
Yaşamaq eşqində göz qalacaqdır.
Xəyal cığırı – I cı̇ld
135
Hər dəni yaşadır hər yaşıl sünbül,
Ətri quruyarmı, qurusa da gül?..
Qanundur. Həyatdan küsmə, ey könül,
Səni də yaşadan söz qalacaqdır!».
T.Hüseynzadənin 17.07.1970-ci il tarixdə qələmə aldiği
rübailəri son dərəcə yüksək fəlsəfi hikmətlərlə zəngin olmaqla,
İlahi kitablardaki hökmlərlə, təməl prinsiplərlə səsləşir:
«Deyildir heç nəyin ömrü əbədi,
Çıxart ürəyindən kədəri, dərdi,
Hər gələn baharın qışdır sabahı,
Ömür dediyimiz bir gül qədərdi.
Hansı cilddə isən – mələk, ya cani,
Keçmişdən qayıdan vardırmı, hanı?..
Yoxluqdan yaranmış bütün varlıqlar,
Kainat da fani, həyat da fani.
Bir sözlə var oldu sonsuz kainat,
Əldə nə qalacaq, az eylə inad,
Aləmdə hər bir şey göründü, itdi,
Əbədi olacaq yenə də bir Zat.
Hökm etdi: «Ol!» – dedi, var oldu aləm,
Günahla tərk etdi, cənnəti Adəm,
Mənim nə təqsirim, Yer üzündəyəm?..
Cavabsız sualdır, bu, ahu-naləm.
Tofiq Məhəmməd oğlu Hüseynzadə
136
Bədəni yaradıb, can verən də O,
Damara sirr dolu qan verən də O,
İqbalı Lövheyi-Məhfuzdan yazıb,
Məhşərdə imtahan götürən də, O.
Rəbbin əmri ilə ruh cana doldu,
Gül kimi açıldı, vaxt gəldi, soldu,
Öz verdiyini O, geri alanda,
Üsyan etdi insan, imandan oldu.
Ey saqi, şərabla tez doldur camı,
Dərdli adamlara şirindir tamı.
Dünyanın malıdır zər də, ziba da,
Sonuncu mənzilə bir gedir hamı».
«Vurğunam» adli şeirində (01.02.1979) də ulu babasi Mis-
kin Abdal kimi, şöhrətpərəstliyə və acgözlüyə, xəbis fikirliliyə
dərin nifrətini izhar edərək, bütün insanlari fani dünyanin keçi-
ci maddi, heyvani nemət və zövqlərindən uzaq durmağa çaği-
rir, onlari insan həyatina tələ sayir, hamini «könlü tox» olmağa
çağirir:
«Mən ki meyl etmədim şöhrətə, ada,
Bu yolda çox ömür gedibdir bada.
Çox yeyən azdan da olub dünyada,
Çoxu istəməyib, aza vurğunam».
Şair, 1967 sentyabr ayinda yazdiği «Yaşama, yaşat!» adli
şeirində insan həyatinin yalniz vətəninə olan sədaqəti, sevgi-
si ilə, həmçinin namus və mərd yaşam tərzi ilə məna qazana
Xəyal cığırı – I cı̇ld
137
biləcəyini, bu dünyada insana, yalniz «namusla doğulmuş bir ad
qalacağini» göstərir:
«Gəlmisən həyata, ey insan oğlu!
Namusla, hörmətlə ömrü başa vur.
Yaşamaq istəsən yüz illər boyu,
Vətənçün addımla, vətənçün yaşa.
Qafil, bulandırma dupduru suyu,
Bulanmaz o, özü, dəysə də daşa.»;
Can tək əziz olan hər doğma vətən,
Unutmaz heç zaman qəhrəmanını.
Nə də ki, dünyada mərd gəlib-gedən,
Xalqıçün yaşayan bir insanını.
Bilirəm, dünyada insana, ancaq
Namusla doğulmuş bir ad qalacaq».
«Görəndə-eşidəndə» («Bunlari da sevirəm») adli şeiri də
(24.12.1968) də eyni ruhludur:
«Görəndə ki, adamlar
Namusdan, ardan kənar...
Kor olmaq istəyirəm.
Eşidəndə ağ yalan,
Fırıldaq, əski böhtan...
Kar olmaq istəyirəm».
«Verməmişəm» adli şeirində (25.06.1969) o, ikiüzlülüəri,
xainləri, namərdləri, mənsəb düşkünlərini qamçilamiş, yüksək
Tofiq Məhəmməd oğlu Hüseynzadə
138
əxlaqi dəyərlərə malik insanlari, mərdləri, həqiqət tərəfdarlarini
böyük məharətlə tərənnüm etmişdir:
«Dostlar, dünyamızda ikiüzlüyə
Mən salam versəm də, üz verməmişəm,
Təmiz ürəklərə kor baxanlara
Mən işıq vermişəm, göz verməmişəm.
Həqiqət heç zaman toxunmaz daşa,
Toxunsa daşı da keçər birbaşa,
Vəzifə başında dosta-yoldaşa
Pul ilə söz alıb, söz verməmişəm.
Yazıb, yazmasam da bu şeri hökmən,
Xoşdur təbiətim, təmizəm qəlbən,
Mərdin hər sözünə «can» deyəndə mən,
Namərd ocağına köz verməmişəm».
T.Hüseynzadənin «İnsan və vicdan» adli şeiri (31.07.1968),
Allahin bəndəsində təcəllasinin əlaməti sayilan daxili mənliyi,
özünü dəyərləndirmə, özünə hesabat, özünü mühakimə hisslə-
rini ehtiva edən vicdan anlayişinin tərənnümü baximindan çox
dəyərlidir:
«Vicdan – insanlığın ilk mənasıdır,
Vicdan – insanlığın saf dünyasıdır.
...İnsan – insanlığını xalqa göstərən,
Bütün dərinliyi tər-təmiz görən,
Vicdandır! İnsanın bu gözəl adı.
Çoxları vicdansız yıxdı həyatı».
Dostları ilə paylaş: |