Tofiq Məhəmməd oğlu Hüseynzadə
120
Ürəyimdə güldü niyyət,
Hədiyyəmdə vardı qiymət.
Xəbər göndər mənə hərdən,
Boy qaldırır Günəş yerdən.
Qoy nur alım al səhərdən,
Salam versin Günəş bizə,
Nur çiləyək eşqimizə.
Yar yolunda çəkdim əzab,
Hər ağrıya göstərdim tab.
Andım oldu Quran–Kitab...
Mən eşqimi sevdim belə,
Düşdü ağıza, düşdü dilə».
«Gözəl zaman gələcək» adli şeirində (24.02.1969), özü və
sevgilisinin obrazlarinda zaman sərhədlərini aşaraq, gələcəyə
səyahət etməklə, gələcək nəsillərin sonsuz səmalara, göylərə yol
salacağina, digər planetlərə ayaq açacağina, göylərdə ülvi sevgi
yaşanilacağina dair xəyali məhəbbət səhnələri yaradir, lakin real
olaraq, özlərinin o zamanlarda olmayacaqlarindan təəssüfləndi-
yini gözəl təşbehlərlə qələmə alir:
«O vaxt da yaranaydıq,
Sənə könül açaydım,
Səni yerdən göylərə
Mən götürüb, qaçaydım.
Zurna gələydi dilə,
dönəydik bir bülbülə.
Fəqət…
bizə olmadı qismət,
Göydə sevmək, sevilmək».
Xəyal cığırı – I cı̇ld
121
Şairin ayrica dəftərdə topladiği «Qəm dəftəri» adli geniş
həcmli şeiri sevdiyi qiza olan ən mübhəm, ülvi, saf hisslərinin
bəyani baximindan çox maraqli və təsirli bir sevgi hekayəsidir:
«Görürsən, gözəlim! Sənin qədrini
Bilirəm ömrümdən, günümdən artıq.
Həyatda mən sevsəm başqa birini,
Qoy mənim ömrümdə gülməsin varlıq.
Həyatda «sən» deyib, «sən» yaşamışam,
Adınla boranlı dağlar aşmışam.
Sənə bu qiyməti verdim mən ancaq,
Görəsən, qismətin kimə olacaq?».
Şair «Öz məhəbbətim» adli şeirində (1968 fevral) məhəbbə-
tin ehtişamli gücünü bu cür vəsf edir:
«Onun Günəş kimi qüdrəti vardır,
Əzəldən yandırmaq bəxtinə yardır.
Bu yolda ölənlər nə bəxtiyardır,
Üşütməz nə boran, qar məhəbbəti».
«Məhəbbət eşqi» adli şeirində (1968 fevral) sevginin hüdud-
suz, sonsuz bir xəzinə olmasindan, bütün yazilanlarin ondan,
hətta bir vərəq belə açmağa qadir olmadiğindan söz açir:
«Nə qədər yazsa da böyük dahilər,
Sevgidən bir varaq açılmamışdır.
Yazılan – sevgisiz, boş əfsanələr
Ürəyə inci tək saçılmamışdır».
Tofiq Məhəmməd oğlu Hüseynzadə
122
«Mənali ömür» adli şeirində (1967 noyabr), qarşiliqli nis-
bətdə gözəllik və çirkinliyin cəmiyyətdə insanlar tərəfindən qə-
bul olunmasindan bəhs edir:
«Dünyada gözəllə ömür sürməyin,
Həyat tək durduqca mənası vardır.
Nədənsə, bir çirkin sevib, görməyin,
Hər eldən, obadan tənəsi vardır».
Şairin «Kiçik nəsihət» (Bir məsəl var) adli şeiri (02.07.1968)
isə gözəllərin vəfasizliğindan şikayət motivləri üzərində pərvə-
riş tapir:
«Xalqın arasında belə misal var –
Gözəllər əzəldən vəfasız olar.
(Məni qınamasın dostlar, əzizlər,)
Qınamayın məni. Nazlı gözəllər
Qablardan-qablara su kimi dolar.
Ətri xoş olsa da hər bir afətin,
Bir bənövşə kimi açmamış solar.
Getməz gül camalın çirkin əməli,
Yüz illər üstündən axsa da sular.
Qəmli, bu dərdlərə vermə çox fikir,
Xəyallar, fikirlər saçını yolar».
Şairin Anasina olan sonsuz ehtirami onun şeirlərində son
dərəcə qüdrətlə nəzmə çəkilmişdir. «Hədiyyə» adli şeirində
(1968 fevral) şair, Anasina olan sonsuz və əbədi sevgisindən
söz açir, aldiği ilk əmək haqqindan ona elə bir hədiyyə almaği
Xəyal cığırı – I cı̇ld
123
düşünür ki, o müqəddəs varliğa layiq olsun, lakin düşündükcə
dünyada ona layiq heç bir maddi nemət tapa bilmədiyindən ən
qiymətli mənəvi hədiyyə kimi, elə həmin şeirini ona həsr etmək-
lə təsəlli tapdiğini bildirir:
«...Bəlkə, qızıl alım sənə hədiyyə?..
Yox...yox... qızılın da qiyməti vardır.
...Adına yaraşan nə alım, söylə?!.
Tarixdən-tarixə qalsın yadigar.
...Mənə tez cavab ver, söylə, ay həyat,
Niyə yaratmadın əbədi bir şey?..
...Aha!.. Ürəyimə bir arzu gəldi,
Ən yaxşı hədiyyə yaratdım özüm.
Ruhum qanadlanıb, göyə yüksəldi,
Gəldi köməyimə öz şerim, sözüm,
Ən yaxşı hədiyyə yaratdım özüm».
Şairin Baki şəhərində nəşr olnmuş «Gənc müəllim» qəze-
tinin 03.06.1968-ci il tarixli sayinda «Anama» başliği ilə dərc
olunmuş «Səni düşünüb, ana» adli şeiri (1968 aprel) də çox
maraqlidir:
«Anaların saçları,
Yolunda övladların
Vaxt-vədəsiz ağarır.
Təbiət də ananın
Çəkdiyini çəkərək,
Anaların saçı tək
Aləmi ağ boyayır.
Tofiq Məhəmməd oğlu Hüseynzadə
124
Ay ana, mənim ömrüm
Qəlbində boy atıbdır.
Ürəyində gəncliyim,
Uşaqlığım yatıbdır.
Ana, ay əziz ana,
Saçını tez ağartdın...
Ay qəlbi təmiz ana,
Pis günü uda-uda,
Məni azad dünyada,
Ağ günlərə çıxartdın».
Şairin 1967-ci ilin dekabr ayinda yazdiği «Yaratmaq eşqi»
adli şeiri Ana ilə Təbiətin müqayisəsində mahiranə şəkildə,
gözəl poetik üslübda, Allahin iradəsi ilə Təbiətin və Ananin
nələr yaratmağa qadir olduğunun əsrarəngiz tablosudur:
«Mən rəssamam, gənc bir rəssam, nəqş etmişəm bir insanı,
Gücün varsa, bu tablonu canlılardan ayır, tanı.
Mavi dəniz, qumlu sahil. Hoppanışan ağ ləpələr...
Burda, hələ söyləmirəm, yaratmışam nələr, nələr...
...Budur, şair daş üstündə başlayır öz dastanını,
Gül-çiçəklər, yaşıl otlar qamarlamış dörd yanını,
Göydə uçur qağayılar, bəzən, uca, bəzən, asta,
Bəzən, gedib dincəlirlər sahildəki bir qayada.
Şair, elə, burdan alır, aşıb-daşan ilhamını,
Xəyalilə seyr eləyir yeri, göyü, asimanı...
...Sən mənə yox, yer üzünə, göy üzünə bir Anasan!
Təbiət tək bu dövranda sən canlı bir yaradansan!
Bax, məni də, tablonu da, qüruru da sən yaratdın!!!
Bir de, niyə öyünmürsən, ey yaradan – gözəl qadın?!.».
Dostları ilə paylaş: |