Tofiq Huseynzade--seir--kitab 1111. indd



Yüklə 21,6 Mb.
Pdf görüntüsü
səhifə28/143
tarix04.07.2018
ölçüsü21,6 Mb.
#53181
1   ...   24   25   26   27   28   29   30   31   ...   143

Xəyal cığırı – I cı̇ld

129


«İstər» adli şeirində (1967 dekabr) şair bütün canlilarin son-

suz yaşamaq həvəsindən, ölməzlik, daim var olmaq arzularin-

dan danişir: 

«Yaşamaq həvəsi şirindir yaman,

İnsan fikirdədir, xəyaldır duman.

Küləklər qoparıb, teyləyən zaman,

Hər sünbül bir ovuc boz torpaq istər».

T.Hüseynzadənin  «Mənim  arzum»  adli  şeiri  də  (1967  de-

kabr) eyni ülvi hissləri, motivləri ehtiva edir:

«Mənim də qəlbimdə min-min arzu var,

Bax, budur arzumun ən böyük andı:

Verəydim əbədi sizə, insanlar!..

Yaşamaq eşqində ömrü, həyatı!».

«Gənclik» adli şeirində (1967 dekabr) şair, həyatinin gənc-

lik çağlarinin əbədi var olmasini arzu edir:

«Ürəyim ağrıyır; şikayətim var,

Getməyə, ömrümdə qala gəncliyim.

Əbədi hüsnümdə tutaraq qərar,

Ömrümə yaz-bahar ola gəncliyim».

Şairin «Yaşamaq istəyirəm» (1967 oktyabr) şeirində, mənə-

vi dünyasinin sərhədləri onun xəyalinda canlandirdiği fiziki öm-

rünə siğmir, qələmi ilə əbədiyyətə qovuşub, həyatda özündən 

sonra bir yadigar qoymaq arzusu ilə ölümə qarşi üsyan qaldirir:



Tofiq Məhəmməd oğlu Hüseynzadə

130


«Qalmamışdır əlimdən,

Həyata bir yadigar.

Barı, ölsəm qələmdən,

Qoy deyim ki, adım var.

«Ölüm! Çəkil», – deyirəm:

«Yaşamaq istəyirəm!»».

Hələ 23 yaşinda ikən qələmə aldiği «Ömrümüz gödəlsə də» 

adli  şeirində  (06.10.1969)  sabahki  taleyini,  əslində  qeyb  alə-

minə dair məlumati, yəni 60 il yaşayacağini gənc yaşindan du-

yur, bu ömrünün, sanki, haqli olaraq məzmununa görə 200 illik 

ömrə bərabər olduğunu bildirir, eyni zamanda bu ömür yaşi ilə 

barişmir və daha uzun bir həyat yaşamaq arzularini səsləndirir:

«Gödəldikcə ömrümüz 

Arzumuz artır qat-qat,

Yaşayaydıq, gərək, biz

Daha uzun bir həyat.

Gödəlsə də, gözəldir,

Mənalıdır ömrümüz,

60 ili, elə bil,

Yaşayırıq iki yüz».

«Di gəl yüz il yaşama» (1979 may) adli şeirində də yaşa-

mağa, həyata olan sonsuz məhəbbətini gözəl sətirlərə inci kimi 

düzür:


«Əsrimizin rənginə

Ağ günü nur çilədik.

Keçmişlərdən bu günə

Bir yolluq köç eylədik.


Xəyal cığırı – I cı̇ld

131


Bəxt yazmaq bizə qalsa,

Di gəl yüz il yaşama!

Sevgim, məhəbbətim də

Qanadlandı uçmağa.

Güc-qüvvət, qüdrətim də 

Yeni yollar açmağa...

Ölümdə insaf olsa,

Di gəl yüz il yaşama!

Hələ, neçə diləklər

Əl eyləyir uzaqdan,

Sevgi dolu ürəklər

Uzaq qardan, sazaqdan.

Ömrümü bahar alsa,

Di gəl yüz il yaşama!».

«Demişdim, qocalmaram!..» adli şeirində (1967 sentyabr) 

illər ötdükcə fiziki ömrünün keçdiyinə baxmayaraq, xəyalinin 

daim gənc yaşadiğini bildirir:

  

«Demişdim, qocalmaram!..

Fikir məni daşıyır.

Ancaq qocalsam da mən,

Xəyalım gənc yaşayır!..»

Şairin «Hələ yol gedirəm» adli şeirinin (1968 fevral) əsas 

məzmunu,  həyatda  əsl  məqsədinin  böyük  əsərlər  yaratmaqla 

ürəkləri fəth etmək arzusu ilə bağlidir: 




Tofiq Məhəmməd oğlu Hüseynzadə

132


«Belədir əzəldən arzum, muradım,

Neçə dastan qurum, dastan yaradım,

Gəzsin ürəklərdə, dillərdə adım,

Neçə ki, dünyadan köçməmişəm mən».

Tofiq  Hüseynzadə  ulu  babasi  Miskin  Abdal  kimi  həyata, 

dünyaya sufiyanə, hikmətli baxişlari ilə dünyanin faniliyi, eyni 

zamanda, Allahin dünyani əzəli hikməti və hökmü ilə ilahi qanu-

nauyğunluqlar əsasinda yaratmasini dərindən dərk edərək, bütün 

həyati  proseslərə  ilahi  hikmət  prizmasindan,  mənəvi  ucaliqdan 

baxmaği  bacarir,  ölümü  də  insan  ruhunun  əbədi  yolçuluğunda, 

ömür yolunda bir keçid qapisi kimi qəbul edir. Şair, 07.07.1970-ci 

il tarixdə qələmə aldiği «Yaxşi ki...» adli şeirində deyir:  

                                                        

«Yaxşı ki, göylər kimi

Sonsuz gördük həyatı.

Yaxşı ki…

                  ölüm də var,

Yoxdur vaxtı, müddəti,

Ölümsüz yox olardı

Ömrümüzün qiyməti».

«Yaşamaq şirindir» adli şeirində (07.10.1969) də o, insan 

həyatinin misilsiz dəyərini önə çəkir, hər şeyin sonunun ölümə 

məhkum olduğunu, həyatin da məhz müddətli, sonlu olduğuna 

görə şirin olduğunu təsvir edir:

                                              



«Yaşamaq şirindir. Kim bilir bunu?!

Bilməyən, başına qan alıb, gəzir.

Məhkumdur ölümə hər şeyin sonu,

Hər şeyin başında bir ölüm gəzir.


Xəyal cığırı – I cı̇ld

133


Əvəzsiz, qiymətsiz yarandı deyə,

Şirindir dünyada ömür hər şeyə».

«Məzar daşi» adli şeirində (16.04.1971) o, insanin ölümün-

dən sonra sanki, torpaqlari yararaq «məzar daşi» qismində «dağ 

kimi ucaldiğini» çox gözəl poetik təsvirlərlə vermişdir: 



«Məzar daşı – baş daşı,

İnsanın min niskili,

İnsanın min göz yaşı...

Arzu, əməl, xəyallar

Daşa dönüb, qalıbdır.

Ancaq yenə, insanlıq 

Yararaq torpaqları, 

Dağ kimi ucalıbdır». 

«Daş karxanasi» adli şeirində (31.01.1972) də o, insanlarin 

uca dağlari, daş karxanalarini dağidib, kəsərək kiçik daş kərpic-

lər halina salsalar belə, sonunda, yenə də həmin daşlardan uca 

dağ kimi binalar tikdiklərini – «əzəli dağ olanlarin, yenə də dağ 

kimi ucaldiqlarini» son dərəcə gözəl poetik dillə çatdirir:



«Dağ kimi də ucalar

Əzəli dağ olanlar».

Yaxud, o, 21.12.1968-ci il tarixdə yazdiği «İnsan yaranma-

yib ki...» adli şeirində insanin «tarixin nağilçisi» kimi ömr et-

məsini, dünyanin faniliyi, ölümün də təbii qanunauyğun hadisə 

olmasi ilə bağli fəlsəfi təxəyyülünü belə canlandirir:                                          



Yüklə 21,6 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   143




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə