Tofiq Huseynzade--seir--kitab 1111. indd



Yüklə 21,6 Mb.
Pdf görüntüsü
səhifə37/143
tarix04.07.2018
ölçüsü21,6 Mb.
#53181
1   ...   33   34   35   36   37   38   39   40   ...   143

Tofiq Məhəmməd oğlu Hüseynzadə

172


 Hüseynovun  (Hüseynzadənin)  23  yaşinda  xəstəlikdən  vəfati 

ilə əlaqədar həyatinda çox böyük sarsinti keçirməsi onun ya-

radiciliğinda da dərin iz buraxmiş və onun vəfati ilə əlaqədar 

yüksək poetik təsir gücü ilə seçilən çox dəyərli şeirlər yazmiş-

dir.  Həmin  şeirlərin  həyati  təsir  gücü  o  qədərdir  ki,  özündən 

asili olmadan, onlari oxuduqca sanki, eyni ağir hadisəni özün 

yenicə yaşayirsanmiş kimi onun yaşadiği hissləri, qəm-kədə-

ri bölüşməli olursan. Belə məzmunda olan şeirləri ürək ağrisi 

keçirmədən oxumaq mümkünsüzdür. Şeirlərinin təhlilindən də 

görünür ki, şairin bu hadisədən sonra həyatinda baş verən heç 

nə, o ağir hadisəni azca da olsa ona unutdura bilməmiş, qardaş 

itkisi bütün ağri-acisi ilə onun sonraki yaradiciliğina bütünlük-

lə sirayət etmişdir. O, qardaşinin vaxtsiz vəfati ilə əlaqədar, bə-

dii təxəyyülün ən yüksək qatlari ilə səsləşən fəlsəfi məzmunda 

son dərəcə həyati şeir və poemalar yazmişdir ki, həmin əsərlər 

böyük faciə yaşamiş insanin fəryadi, ah-naləsinin yüksək ədəbi 

ifadəsi kimi çox dəyərlidir.

T.Hüseynzadənin 25.01.1972-ci il tarixdə bu mövzuda yaz-

diği «Beşik və həyat» şeirindən parçalara diqqət yetirək:

«Beşik yırğılanır...

                      beşik yol gedir...

Beşiyin içində bir oğul gedir...

Yol gedir bir ömrün yarım dünyası,

Yol gedir beşiklə ana laylası.

O, yatmır...

             Günəşlə qalxır o başdan,

Bircə qığıltıya milyon «can» deyir!



Xəyal cığırı – I cı̇ld

173


Bilmir ki, oğlunu, elə, bu başdan,

Dəmirlər çeynəyir, 

                          dəmirlər yeyir.

Təbiət fırlanır, ömür yol gedir,

Xeyir-şər qandığı yaşa çatmamış,

Arzusu, sevgisi başa çatmamış,

Dünyadan günahsız bir oğul gedir...

Tabut silkələnir,

                       tabut yol gedir...

Tabutun içində bir oğul gedir...

Yol gedir bir gəncin nakam dünyası,

Yol gedir tabutla ana laylası!

Beşik yırğalanır... 

                         tabut yol gedir...

Beşikdən tabuta bir oğul gedir...

Beşik yırğalanır, fırlanır həyat,

Beşikdən tabuta kəsilmir fəryad!

Beşik yırğalanır... 

                          zaman yol gedir...

Min oğul yaranır, min oğul gedir...

Fırlanır, dəyişir, yol gedir zaman,

Doğulur, böyüyür, məhv olur insan».

11.10.1981-ci il tarixdə Tofiq Hüseynzadə həyatinda ikin-

ci  ağir  sarsinti  yaşamiş,  atasi  Məhəmməd  54  yaşinda  vəfat 

etmiş,  vəsiyyətinə  uyğun  olaraq,  Gəncə  şəhərində  yerləşən 




Tofiq Məhəmməd oğlu Hüseynzadə

174


 «İmamzadə»  qəbristanliğinda  mərhum  oğlu  Rafiqin  qəbrinin 

yaninda  dəfn  olunmuşdur.  Bu,  ikinci  ağir  zərbənin  təsirindən 

o, «Atam öldü!» adli çox təsirli şerini qələmə almişdir. Şairin 

1981-ci ilin oktyabr ayinda yazdiği «Atam öldü» adli şeirindən 

parçalar:

«Atan öldü!!!» – dedilər,

Üstümə dağ yeridi...

Kim çəkəcək bu dərdi?

Bu, nə ağır xəbərdi?..

Həyatım çıraq oldu – 

Yandı-yandı əridi...

Qayıtmaz baş tacımız,

Ha... axtar, ha da ara... 

Anam çəkdi bayatı,

Ellər qara büründü,

Bir insanın həyatı,

Nə tez yoxluğa döndü?!.

Nə dözülməz dərd oldu...

Arxamdan uçdu dağım,

(Boş qaldı solum-sağım,)

Viranə qaldı bağım,

Söndü odum-ocağım,

Tənha qaldım həyatda,

Məhv oldu təmtarağım.

Hardan gəldi qəzəbin?

Bu, nə dərddi, Allahım?



Xəyal cığırı – I cı̇ld

175


Göyə yüksəldi ahım...

Nəydi mənim günahım?

Niyə tək qoydun məni?

Mənim tək qibləgahım!!!».

Şair, həyatda ən yaxin doğmalarinin itkisi acilarini yaşadiq-

dan sonra 1988-ci ilin məlum hadisələri ilə əlaqədar olaraq, Er-

mənistanin apardiği soyqirim siyasəti nəticəsində qədim Azər-

baycan torpaqlari, Oğuz yurdlarinda qurulmuş qondarma «Er-

mənistan»da yaşayan Azərbaycanlilarin kütləvi şəkildə soyqi-

rima məruz qalaraq, yaşadiqlari əzəli yurdlarindan deportasiya 

edilmələri  səbəbindən,  1988-ci  ilin  dekabr  ayinda  Göyçədən 

ailəlikcə əvvəlcə Qazax rayonuna, oradan isə 1989-cu ildə Baki 

şəhərinə köçmüşdür. Əvvəlcə qardaşini, sonra atasini itirən şair, 

Vətən itkisi ilə həyatinda üçüncü ən böyük sarsintini yaşamiş, 

bu itki onun həyatini, taleyini büsbütün dəyişmişdir.  

1989-1990-ci illərdə qələmə aldiği «Göyçə bayatilari»ndan 

qəlbləri dağlayan bəzi parçalara nəzər salaq:



«Dağda dumanım qaldı,

Haqqa gümanım qaldı,

Göyçədə od-ocağım, 

Dinim, imanım qaldı.

Bu, yaralı quş bizik,

Qanadı sınmış bizik,

Qürbətdə «Vətən» – deyib,

Budağa qonmuş bizik.


Yüklə 21,6 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   143




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə