Xəyal cığırı – I cı̇ld
163
«Heraklit dedi ki, sonsuzdur həyat,
Berkeli dünyanı şüurda gördü,
Hegeli ideya yaşatdı hər vaxt,
Feyerbax materiya – deyərək, durdu.
Əməldə dönüşlər, arzular sonsuz,
Yeni çertyojlar, diaqrammalar,
Hər adi kəlmədə bir sonsuzluq var,
Hər şey sonsuzluğa olubdu məxsus.
Xəyaldan ayrıldım…
İndi bilmişəm
Həyat sonsuz imiş arzular kimi,
Heraklit dediyi fikrə gəlmişəm,
Əsirəm, çoşuram gur sular kimi.
Deyirəm: Sonsuzdur, sonsuzdur həyat,
Sonsuzluq yaşatmış həyatı hər vaxt».
«Dünyanin dərdini çəkməyə nə var?» (02.12.1980) adli şe-
irində o, ulu babasi Miskin Abdaldan ötürülən zəngin genetik,
mənəvi varislikdən ilhamlanaraq, yüksək ilahi hikmətlərlə, su-
fiyanə tərzdə insanla dünyani qarşilaşdiraraq insanin qəlb yü-
künün, mənəvi aləminin sərhədlərinin dünyanin hüdudlarindan
da kənara çixaraq, «o biri dünya» ilə birlikdə «iki dünya» mə-
kanina güclə siğdiğini, bununla da, insanin dərdinin dünyanin
dərdindən böyük olduğunu gözəl bəddi təxəyyül vasitələri ilə
belə təsvir etmişdir:
Tofiq Məhəmməd
oğlu Hüseynzadə
164
«Dünyanın dərdini çəkməyə nə var?..
Günəşi tər-təmiz, Ayı dum-duru,
Ulduzlar səmada par-par parlayar,
Səyyarələr alar Günəşdən nuru.
İnsanın dərd yükü göylərdən ulu,
Onları əl boyda ürək daşıyar,
Qəlb kin, nifrət, həsəd, ədavət dolu,
Bir könül, gör, neçə tale yaşayar!?.
Dünyanın dərdini çəkməyə nə var!?
Sığmaz bir cahana ahı insanın,
İnsan xislətinə dünya dar olar,
Axirəti də var bu kəhkaşanın.
Bir parça tikədə, qəlb yuvasında,
Gör, neçə aləmi sığdırdı insan...
Bu dünya, o dünya qoşalaşsa da,
İnsanın dərdinə tapmadı dərman.
Dünyanın dərdini çəkməyə nə var!?
Sular öz yerində, torpaq qup-quru.
İnsanın dərdindən göylər çatlayar,
Səmadan hayqırar İsrafil suru».
«Kölgə» adli şeirində (13.03.1969) şair, bir insanin kölgə-
sində bir mahalin şöhrət tapdiğini, kölgənin cansiz olsa da, canli
kimi göründüyünü, çox canli insanlarin isə kölgə kimi süründü-
yünü, son dərəcə yüksək poetik dillə nəzmə çəkmişdir:
Xəyal cığırı – I cı̇ld
165
«Bir dağın kölgəsində
Min qoyun-quzu yatar,
Bir insan kölgəsində
Bir mahal şöhrət tapar.
Kölgə cansız yarandı,
Canlı kimi göründü.
Çoxu, canlı oldusa,
Kölgə kimi süründü».
«Bir həyat mənzərəsi» (07.07.1970) adli şeirində, şair, dün-
yamizin ikili ziddiyyətlər əsasinda yarandiğini, əksliklərin vəh-
dəti və mübarizəsi qanunauyğunluqlarinin ağuşunda mövcudiy-
yətini, eyni zamanda, bu təşbehlər müstəvisində bəzi insanlarin
ikili təbiətə malik olduğuna da eyham edir:
«...Hey dolanır fəsillər.
Filosoflar deyirlər:
– Həyat ziddiyyətdədir,
Ziddiyyət vəhdətidir. –
...Qəribədir dünyanın
İşi də,
adəti də...
Verib bəzi insana
İki təbiəti də».
Bunlardan əlavə, Tofiq Hüseynzadənin yaradiciliğin-
da dünyanin Allah tərəfindən yaradilişi, idarə edilməsi, ilahi
nizam, qayda-qanunun bərqərar olmasi, təbiət və sosial qa-
nunauyğunluqlarin təməlində dayanan əsaslarla bağli dərin
Tofiq Məhəmməd oğlu Hüseynzadə
166
fəlsəfi mülahizə və ideyalari xüsusilə diqqəti cəlb edir. Belə
fəlsəfi mülahizələr onun bütün yaradiciliğina hopsa da, təkcə
20.09.1980-ci il tarixdə qələmə aldiği «Ləpələr» şeirində, ulu
babasi Miskin Abdal ruhunun daşiyicisi kimi, sufiyanə tərzdə,
dünyada baş verən bütün fiziki hadisə və qanunauyğunluqlarin
kontekstində, zahirdə ədalətsizlik, ziddiyyət kimi görünən, əsl
həqiqətdə isə – batində qanunauyğunluq kimi qaçilmaz zərurətə
bağli olan ilahi hikmətin, ilahi qeyb, batini elm sayilan «Ledün
elmi» vasitəsilə qayda-qanunlarin əsl mahiyyətini açmağa, izah
etməyə çalişmiş və bir şeirin ölçüləri həcmində öz məqsədinə –
oxucuya öz fəlsəfi mülahizələrini müvəffəqiyyətlə çatdirmağa
nail olmuşdur. Həmin şeirində o, dağlarin, təpələrin pünhan –
gizlin hərəkətdə olduğunu, ləpələrin isə aşkar hərəkətini vurğu-
layir ki, bu da bizə «Quran»in «Nəml» surəsinin 88-ci ayəsində
dağlarin hərəkətdə olmasina dair ayəni xatirladir. Bu misralar
şairin ulu babasi Miskin Abdal kimi Allah tərəfindən İlahi hik-
mət, fəzilət və kəramətlə təltif edildiyinin açiq göstəricisidir
ki, Allah «Quran»in «əl-Bəqərə» surəsinin 269-cu ayəsində
buyurur: «Allah istədiyi şəxsə hikmət bəxş edər. Kimə hikmət
bəxş edilmişsə, ona böyük xeyir verilmişdir. Bunu ancaq ağilli
adamlar dərk edərlər». Tofiq Hüseynzadənin şəxsiyyəti, ruhu
və mənəviyyati tam mənada «Quran»in bu hökmünə tabedir.
O, sufiyanə şəkildə, «Qiran»in «Kəhf» surəsində göstərilən
«Ledün elmi»nə (İlahi batini elm) işarə edərək, «dünyanin hər
kəlməsinin tərs başa düşülməsi»ndən, yəni işlərin, əslində gö-
ründüyü kimi deyil, zahiri görünüşünün əksinə olaraq, batini
mahiyyət daşidiğindan bəhs edir. Şairin «Ləpələr» şeirindən
fəlsəfi ideyalara diqqət edək: