Tofiq Huseynzade--seir--kitab 1111. indd



Yüklə 21,6 Mb.
Pdf görüntüsü
səhifə55/143
tarix04.07.2018
ölçüsü21,6 Mb.
#53181
1   ...   51   52   53   54   55   56   57   58   ...   143

Xəyal cığırı – I cı̇ld

307


MƏN DƏ KÜSƏRƏM

Məni xəyallara salib bu günlər,

Eşqimin yoluna salma düyünlər.

Heyif, o qövsi-qaş təkcə səndədir,

Rəva bilmirəm mən, sənə nədəndir?..

(İndi mən açiram ürək sirrimi...)

İndi dolaniram küçəylə, tinlə,

Bircə, ancaq sənin məhəbbətinlə.

Ağlama – əl çəksəm, küsmə, amandir!

Neyləyim, sevginin dərdi yamandir!..

1967 iyul



Tofiq Məhəmməd oğlu Hüseynzadə

308


XORUZUN DƏRDİ

(Təmsil)


Yazdi-pozdu qəzetlər:

– Hələ bu günə qədər,

Sari cücə kimi bir

Şeir yazan olmayib.

Nə də göstərib səbir,

Söz eşqilə dolmayib.

Bir gün nədən, belə ki,

Çil xoruz eşitdi ki,

Qonşusu sari cücə 

Yatmayib keçən gecə.

Kiçik bir şeir yazib,

Veriblər şerə qiymət.

Tez yayilib bu söhbət, 

Lap böyük bir ad alib.

Pipiyi qan, çil xoruz,

Dimdiyi mil-mil xoruz

Coşdu... gəldi ilhama. 

Neçə gün yazdi, amma

Zəhməti getdi hədər.

Şeri heç izləməmiş,

Mənasini bilməmiş   

Qəzetçilər güldülər.

Xoruz lağa qoyuldu,

Ordan birbaş qovuldu.




Xəyal cığırı – I cı̇ld

309


Sari cücə işində, 

Öz kefli gərdişində. 

Xoruz düşüb bu hala, 

Möhkəm getdi xəyala.

Dedi: – Necə ki, yəni? 

Mənasiz söz deyəni

Məndən üstün tutdular?

Mütləq bunun sirri var! –

Rahatlayib yerini, 

Öz qiymətli şerini

Hey oxuya-oxuya

Getdi dərin yuxuya.

O gördü ki, yuxuda, 

Durub böyük qayada.

Yenə dərin fikirdə,

Yenə qüssə, xəyalda.

Bir boz sərçə bu zaman,

Uçub gəldi uzaqdan.  

Qondu onun yanina,

Qalib dərdli halina,

Soruşdu o, bu dərdi.

Dərdli xoruz söylədi.

Sərçə gülüb bir xeyli,

Dedi: – İndi ay elli,

Zaman dəyişmiş yaman,

Qulluğa quldur insan.

Qəzetçilər heç zaman

Etməzdilər səni dəng,

Eyləsəydi «dayin» zəng.

1967 iyul




Tofiq Məhəmməd oğlu Hüseynzadə

310


A CANIM

(Sabiranə)

Demirəm ki, dərsi öyrən, istəyirsən yat, a canim,

Unut tamam kitablari, dostlarini tap, a canim,

Axşam, səhər küçələri bir-birinə qat, a canim.

(Unut tamam namusunu, vicdanini at, a canim).

Müəllimin görsə səni gəl dayanma mat, a canim,

Qoy əlini ciblərinə, özünü toxtat, a canim.

Başqalaşib indi zaman, nə müəllim, nə institut,

Buyur, əşi, gəl utanma, bir gözəlin əlindən tut,

Nə eyləsən «çatmir» yaşin, yoxdur sənə sorğu-sübut.

Veyil-veyil dolanmaqda həmdostuna çat, a canim,

«İncə xanim» önündə sən, gəl əyil üçqat, a canim.

İç araği, gündə üç yol, küçələrdə sal qalmaqal,

Qoy badələr kəsilməsin, içəndə də iç dalbadal,

Butulkayla kəllə dağit, görən desin, olsun halal!

(Sağliğina deyirəm mən, şərab sənə olsun halal!)

Dinc yatani gecə yari, durma, tez oyat, a canim,

(Səndələyib, yixilaraq, küçələrdə yat, a canim,)

Namusunu, vicdanini, iç, arağa sat, a canim.

Nə modada geyirsən gey, «əxlaqini» unutdurma,

Qoy saçlarin adi deyil, olsun süni, burma-burma,

«Ayib olsun!» deyənlərə, xahiş eylə de, «üz vurma».

Əqidəni, məsləkini, modalara sat, a canim,

(Millətini, mərfətini Avropaya sat, a canim)

Yüyür, tez ol, getdi moda, tez yüyür ki, çat, a canim.



Xəyal cığırı – I cı̇ld

311


Ey gicbəsər, doğulanda Vətən üçün doğulsan da,

Nə işlərin, nə «əxlaqin» yaraşmir bu böyük ada,

Heyvan gəlib, heyvan getdin, nə ad qoydun bu dünyada?

Mənim bu son sözlərimi birdəfəlik at, a canim,

Qoy əlini qulağina, heyvan kimi yat, a canim.

1967  iyul



(«Tibb kadrları uğrunda» qəzetinin 24.05.1968-ci il

 tarixli sayında nəşr olunmuşdur.)


Tofiq Məhəmməd oğlu Hüseynzadə

312


SƏNƏT USTASINA 

(Aşıq Ələsgərə)

Ey, mənim qəlbimin sirli dastani,

Şairlik eşqinin böyük sultani.

Doğuldun, zamanda yaratdin nələr,

Dil açdi önündə lal qərinələr.

Qələmsiz söz açdin neçə əsrdən,

Sən nələr demədin eşqi-hünərdən.

Çixanda seyrinə qoca dağlarin,

Axan durna kimi buz bulaqlarin,

Elə, həmin yerdə min eşqə doldun,

O gündən dağlarin çiçəyi oldun.

Uçanda göylərdə durna qatari,

Sən onda oxudun «Təcnis qatari».

Hürküb ovçusundan qaçanda ceyran,

Söylədin, «Gəl qaçma a, sənə heyran!»

Səhər bulaq üstə gedəndə gözəl,

Onu dindirməmiş söz dedin əzəl.

Düşürüb səhəngi, dayanib, durdu,

Baxdi Ələsgərdi, boynunu burdu.

Harda görmüsənsə bir qara gözü,

Ona bəxşiş etdin ən şirin sözü.

Gərdəndə dolaşan siyah tellərə,

Oxudun bir qoşma, düşdü ellərə. 

Bir gün çəmənzardan gördün bir gələn,

Dedin ki, vurğunam ey gözəl, əylən. 

«Dedi, nişanliyam» – şirin gülüşdü,

«Sindi qol qanadin, yanina düşdü».



Xəyal cığırı – I cı̇ld

313


Layiqsən zamanin tək incisinə,

Həyatmi bəxş etdi söz eşqi sənə?

Sənin qüdrətinə baş əydi göylər,

Hər zaman həsrətlə danişir ellər.

Sevdin, eşqə doldun, sən bir gözəli,

Uçurdu eşqini dünyanin feli.

Həyat ki öldürdü o sərvi nazi,

Dindirdin yaniqla sədəfli sazi.

Hər şeyə nifrəti oxudun o gün,

Ürəyin həyatdan dolandi küskün.

Deyirlər, öləndə o, eşqə gövhər,

Sonuncu kəlmədə deyib «Ələsgər».

Hirs vurdu beyninə, o gün saz aldin,

Eşqini, həm də ki, eli ucaltdin.

Şairlər şeiri, aşiqlar sazi,

Səndən öyrəndilər, ey könül yazi!

Sənin qüdrətini hifz edir nələr...

Sazin ilk səsi də deyir: «Ələsgər!» 

Kainat söyləsə öz Günəşim var,

Deyirəm, mənim də Ələsgərim var.

Bəzən, söz eşqilə coşanda könlüm,

Sən ona o dəmlər qanad verirsən.

Gəlib, qələmimdən tutmasa ölüm,

Könül dastanini yazacağam mən.

Gəzirəm... Dil açir yaşil dərələr:

«Burda nələr gəzmiş Aşiq Ələsgər.

Dedik, ayaqlama, solar çiçəklər,

Əzmədi çəməni, yol aldi, getdi».




Yüklə 21,6 Mb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   143




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə