Tofiq Huseynzade--seir--kitab 1111. indd



Yüklə 21,6 Mb.
Pdf görüntüsü
səhifə63/143
tarix04.07.2018
ölçüsü21,6 Mb.
#53181
1   ...   59   60   61   62   63   64   65   66   ...   143

Tofiq Məhəmməd oğlu Hüseynzadə

360


YANIRAM

Aman ellər, qulaq asin səsimə,

Alişiram, od tuturam, yaniram.

Mizrab vurun inildəyən hər simə,

Alişiram, od tuturam, yaniram.

Həyat eşqi çox şirindir, bilirik,

Bir an üçün min göz yaşi silirik.

Siz söyləyin, neçün qonaq gəlirik?..

Alişiram, od tuturam, yaniram.

Ömür keçir, ay dolanir, yaz olur,

İllər gəlir. İllər bizə az olur.

Biz geciksək, günlər yaman tez olur,

Alişiram, od tuturam, yaniram.

Neçə nəsil gəlib, getmiş dünyadan,

İnsan indi yalan olmuş xülyadan,

Zaman necə uzaq düşmüş həyadan,

Alişiram, od tuturam, yaniram.

Dağ qururuq dağlar üstə, neçə min...

Həyat bilmir qiymətini heç kimin.

Qulaq asmir naləsinə qəlbimin,

Alişiram, od tuturam, yaniram.

1967 sentyabr




Xəyal cığırı – I cı̇ld

361


BİLMƏDİM

Eşqə düşdüm, artiq xeyli zamandir,

Ağ bağrimi etdim qara, bilmədim.

Siz düşməyin, mən düşmüşəm, yamandir...

Bütün ömrüm gəldi zara, bilmədim.

Əhd bağladim, yandim hicran gözündə,

Vəfa yoxmuş gözəllərin sözündə.

Məcnun oldum, qaldim Leyli düzündə,

Getdi könlüm, dəydi hara, bilmədim?..

Şan-şan oldum.  Didələrim tökdü yaş,

Yar eşqini bədənimdə öpdü yaş.

Hər fərmana bir qul kimi çökdü yaş,

Oldu sinəm qanli yara, bilmədim.

1967 sentyabr



ŞİKAYƏT

Düşdüm həsrətinə bilməm nə üçün? 

Qaladin nə yaman məni odlara...

Axdi gözlərimdən yaş için-için,

Niyyətin bəxş etdi səni yadlara, 

Qaladin nə yaman məni odlara...

1967 sentyabr



Tofiq Məhəmməd oğlu Hüseynzadə

362


AXI, İNSAN OĞLUYAM!..

Öyünməsin qoy zaman

Qüdrətinə, gücünə.

Keçsə də min-min zaman,

Düşsəm də ən çətinə,

Qalmaram yalvarmağa.

Hər çətini qirmağa,

Güc, qüvvətə doluyam.

Axi, insan oğluyam!..

Bu gün çatmişam Aya, 

Sabah Gündə olacam.

Birisi gün o taya,

Ulduzlara uçacam.

Oxşari olsa Marsa,

Uçuram harda varsa.

Çox dünyanin qoluyam.

Axi, insan oğluyam!..

Dağidib neçə qaya,

Çəmənzar eyləmişəm.

Bənd vuraraq çox çaya, 

Arana su çəkmişəm.

Aləm geyib min libas,

Əlimdə çoxdur əsas,

Mən səadət yoluyam. 

Axi, insan oğluyam!..



Xəyal cığırı – I cı̇ld

363


Bədəni isti qanli, 

Həyatda çoxdu canli.

Qoy dil açsin bu dünyam,

Ən qiymətli canliyam.

Soruşmayin, mən kiməm?

Hər bir şeyə hakiməm!

Tarix keçmiş uluyam.

Axi, insan oğluyam!..

Axi, insan oğluyam!..

1967 sentyabr




Tofiq Məhəmməd oğlu Hüseynzadə

364


CAVANLIQ

Çatanda insana; gur şapalaqla,

Könül badəsini içdi cavanliq.

Axdisa dünyadan, dünyanin vari,

Qəlbə məhəbbəti seçdi cavanliq.

Dedi ki, həmişə – «dəliqanliyam,

Məni dindirməyin, eşqi halliyam,

İnsanin ömründə xoş vüsalliyam».

Qaynar bulaq kimi daşdi cavanliq.

Oldu dəliqanli, demişəm bayaq,

Əlində «Məhəbbət» yazilmiş bayraq,

Soyuqda, istidə görün neçə dağ,

Səadət deyərək keçdi cavanliq.

Onun da ətri var qizilgül kimi,

Ötür bağcasinda bir bülbül kimi.

Həmişə bulaniq, axar sel kimi,

Qəmlinin ömründən köçdü cavanliq.

1967 sentyabr




Xəyal cığırı – I cı̇ld

365


BAXIŞLAR

Qəsdimə girəli xeyli, bilmirəm,

Öldürür ölürəm, cana gəlmirəm.

Mən onu qəlbimdən neçün silmirəm?

Nə varsa, qəsdimə düzdü baxişlar.

Ceyranmi dayanmiş, yoxsa bir mələk?

Xəyalim quş kimi olubdur həlak.

Deyirəm, pis olmaz, yaxşidir bilək,

Canimi nə üçün üzdü baxişlar?..

Aşiğin söhbəti, hər sözü olub,

Sevən ürəklərin ilk gözü olub,

Dedim ki, qəlbimin od-közü olub,

Mənali-mənali süzdü baxişlar.

1967 sentyabr




Tofiq Məhəmməd oğlu Hüseynzadə

366


ÜRƏK DƏRDİM 

Ürəyimi hicran yedi,

Könül mənə susub dedi:

«Əsər ki yox həqiqətdən, 

Gəl əl çəkək şeriyyətdən!

İnsan hökmü verdi pula,

Pulsuz insan döndü qula.

Uzaqlaşib bu niyyətdən,

Gəl əl çəkək şeriyyətdən!

Dedilər ki, yaz yalani,

Salma yada eşq dastani.

Əl çəkməyib məhəbbətdən,

Gəl əl çəkək şeriyyətdən!»

Könül baxdi tüstüsünə,

Qəm qarişdi qəm üstünə.

Dedim: «Qorxma, dayan möhkəm, 

Əl çəkmərəm şeriyyətdən!»

1967 sentyabr




Xəyal cığırı – I cı̇ld

367


UNUTSA  EŞQİNİ

Dedim, o sevgini heç açilmasin,

Əhdini unutsa, atsa, əyər ki...

Əsən külək kimi gülüb yadlara,

Yana, öz eşqini satsa, əyər ki.

Ömrü viran olsun hər boş həvəsdə,

Düşsün illər boyu, illərlə xəstə.

Qəsdi düşünərək od, alov üstə,

Ürəyin telini çatsa, əyər ki.

Qəlbini yaz vaxti boran, qar alsin,

Əzilmiş gül kimi solub, saralsin,

Payiz yarpaği tək yanib, qaralsin,

Qəlbinə başqa səs qatsa, əyər ki...

1967 sentyabr




Tofiq Məhəmməd oğlu Hüseynzadə

368


DEMİŞDİM,  QOCALMARAM!..

Demişdim, qocalmaram!..

Həyat qəddimi əydi.

Kaş ki, bu gün gəncliyim 

Köməyimə gələydi...

Demişdim, qocalmaram!..

Gözlərimə çökdü tor.

Gün keçib gəldikcə il,

Olacammi görən kor?..

Demişdim, qocalmaram!..

Gəzsəm də bu dünyani.

Ayaqlarim yorulur,

Hani gəncliyim, hani?..

Demişdim, qocalmaram!..

Əlimə dəydi əsa.

Bu, zamanin hökmüdür,

Aliram susa-susa.

Demişdim, qocalmaram!..

Fikir məni daşiyir.

Ancaq qocalsam da mən,

Xəyalim gənc yaşayir!..

1967 sentyabr




Yüklə 21,6 Mb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   143




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə