Tofiq Huseynzade--seir--kitab 1111. indd



Yüklə 21,6 Mb.
Pdf görüntüsü
səhifə70/143
tarix04.07.2018
ölçüsü21,6 Mb.
#53181
1   ...   66   67   68   69   70   71   72   73   ...   143

Xəyal cığırı – I cı̇ld

411


SƏNİNDİR

Sənə deyim ki,

Ürəyimdəki

Eşqim, həvəsim

Təkcə sənindir.

Bir gün çəməndə,

Şirin nəğmədə

Ucalsa səsim, 

Təkcə sənindir.

Olma biganə, 

Mən yana-yana.

Hər şirin hissim

Təkcə sənindir.

1967 noyabr




Tofiq Məhəmməd oğlu Hüseynzadə

412


VURULMUŞAM

Bulud zülflü, hilal qaşli,

Bəzən, bəzən gözü yaşli,

Sözü gözəl, özü gözəl

Bir dilbərə vurulmuşam.

Günəş mənim öz həyatim,

Kainat da hissiyatim.

Hər bir şeydən doğru, əzəl,

Bir dilbərə vurulmuşam.

Çiraq kimi saldi işiq,

Saz götürüb, dindi aşiq.

Görən kimi mən əlbəəl

O, dilbərə vurulmuşam.

1967 noyabr




Xəyal cığırı – I cı̇ld

413


O QIZIN

Həsrəti öldürür bir ildir məni,

Qaşi qara, gözü ala o qizin.

Deyirəm, qəlbimdən köçsə də hər şey,

Təkcə məhəbbəti qala o qizin.

Mən ona qul oldum, o mənim şahim,

Müqəssir o oldu, yoxdur günahim,

Qəlbimdə inləyən hər dərdim, ahim,

Tamam vücudunu ala o qizin.

Sevgini kim sevmiş könüldə səsli,

Qalanmiş odlarda eşqə həvəsli.

Məhəbbət yaniqli Leylilə Əsli,

Qəlbinə eşqimi sala o qizin.

1967 noyabr




Tofiq Məhəmməd oğlu Hüseynzadə

414


ETİBARIM VAR

Atsalar iraqa alagöz yari,

Alsalar əlimdən dövləti, vari,

Məndən üz çevirsə ömrün bahari,

Şeir tək sənətə etibarim var.

Məhəbbət ömrünü bəxş edib oda,

Ucaltdi gör neçə insan dünyada?

Ya yansam alovda, ya batsam suda,

Belə bir qüvvətə etibarim var.

Aci bir xəyalla gülsə də fələk,

İnsanin hər şeyə hörməti gərək.

Unutmaz heç zaman düzü duz-çörək, 

Bu şirin nemətə etibarim var.

1967 noyabr




Xəyal cığırı – I cı̇ld

415


XƏSTƏLİK VƏ XANIM

Xəstəlik çox getdi fikrə,

Düşündü ki, tapim kimi?

O, əlbəəl düşsün yerə,

Boğazindan tutan kimi.

Bir az durdu, sevinərək,

Dedi: «Aha, tapdim yaman,

Başqa bir yol nəyə gərək?..

Tez yixilar dağda çoban».–

Qanad çaldi, uçdu dağa,

Yetişdi ki, bir bulağa,

Çoban orda çörək yeyir,

Buz bulaqsa nəğmə deyir.

O, çixaraq dağ döşünə,

Tez başladi öz işinə.

Çoban yedi, doydu, qalxdi,

Ağri duydu bədənində.

Xəyallanmiş, xeyli baxdi,

İstəmədi getsin kəndə.

Dedi: Elə, bu dağdaca,

Gül-çiçəkdən alib iyi

Unudaram xəstəliyi.

Dedi: Elə, bu dağdaca,

Gəzib güneyi-qüzeyi,

Unudaram xəstəliyi.

Keçdi bir gün, bir neçə gün,

Heç yatmadi çoban xəstə.

Xəstəlik lap oldu üzgün,




Tofiq Məhəmməd oğlu Hüseynzadə

416


Yaziq çoban ayaq üstə.

Yağişda da, boranda da, 

İnsan  yeyən tufanda da,

Xəstəliyə baş əymədi,

Nə də qayği gözləmədi.

Bir ay keçdi, yatmadi o,

Xəstəliyi tutdu azar.

Niyyətinə çatmadi o,

Oldu tamam-kamal bezar.

Baxib dağlar harayina,

Uçdu şahin sarayina.

Azar tapdi şikarini,

Tutmayaraq qiz, qarini,

Şah xanimina oldu süvar.

Xanim duydu – ağrisi var,

Qişqiraraq kənizlərə

Söylədi ki, «açin yeri!»

Onlar susub yavaş-yavaş,

Tez açdilar atlas, qumaş.

Yüz ölkədən gəldi həkim,

Pay tuturdu eşitsə kim.

Xəstəlik lap çox sevindi,

Öz-özünə xisin dindi:

Söylədi ki, «nə axmağam,

Ağli getmiş bir sarsağam.

Nə gəzirəm çobanda ki?

Vursun məni dağa, daşa...

Xanim çəkir hər nazimi,

Bürünmüşəm al qumaşa!»

1967 noyabr




Xəyal cığırı – I cı̇ld

417


DURMA, GƏL! 

Aman dilbər, bu gün yaman günümdü,

Göz yaşini silə-silə, durma, gəl.

Xəstə düşdüm. Tək dərmanim ünümdü,

Bu dərdimi bilə-bilə, durma, gəl.

Didir məni həsrət eşqi – yar eşqi,

Ürəyimdə, sən gəl eylə yar eşqi.

İstəmirsən düz ortadan yar eşqi,

Şəfa yetir solan gülə, durma, gəl.

Ömür keçir, zaman çəkir atini,

Surətin yox, çağiriram adini.

Görməyimmi məhəbbətin dadini?..

Ay dolanib keçir ilə, durma, gəl.

Ürəyimdən qara qanlar süzülür,

Xəyallarim bulud kimi düzülür.

Gün görməmiş cavan ömrüm üzülür,

Yaziq bəxtim oldu belə, durma, gəl.

Saç ağarir tez çatmamiş əlliyə,

Dost olmadi gün keçirmiş dəmliyə.

Aman! Tez ol, bir əl yetir Qəmliyə, 

Öz ömrünü atdi selə, durma, gəl.

1967 noyabr




Tofiq Məhəmməd oğlu Hüseynzadə

418


DAĞLAR

Toylu gəlin kimi siğmayir sözə,

Min salam yetirir Ayli gündüzə,

Qopur şirin nəğmə çəmənə, düzə,

Həyatda əzəldən belədi dağlar.

Saz aldim əlimə aşiq sayaği,

Gəzdim hər obani, hər bir oylaği,

Tapa bilməyəndə o, gül yanaği,

Könlümə qaynar su çilədi dağlar.

Mən ona «can!» dedim, o mənə «mehman»,

Çəkdi öz köçünü başimdan duman,

Əl verib, görüşüb, ayrilan zaman,

Bir də gəlməyimi dilədi dağlar.

1967 noyabr




Xəyal cığırı – I cı̇ld

419


ƏL ÇƏKİN MƏNDƏN

Ehey!..


         Müxtəlif adlar,

                       hissimə yadlar.

Sizin barədə

        mən heç bir yerdə 

                bircə kəlmə də 

                         söz açmamişam.

Yalan söz deyib,

          könüllər yeyib,

                      sanmayib eyib,

                                heç qaçmamişam.

Düşüb yalana,

           başqa ünvana,

                     mən qana-qana

                             demədim boş söz.

Olum artiq öyə,

         Mən xain?.. Niyə?

                 Hər sadə şeyə

                        dikməmişəm göz.

Çəkmişəm həmişə 

                  mən öz dərdimi,

                           mən öz qəmimi.



Yüklə 21,6 Mb.

Dostları ilə paylaş:
1   ...   66   67   68   69   70   71   72   73   ...   143




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə