Tofiq Huseynzade--seir--kitab 1111. indd



Yüklə 21,6 Mb.
Pdf görüntüsü
səhifə78/143
tarix04.07.2018
ölçüsü21,6 Mb.
#53181
1   ...   74   75   76   77   78   79   80   81   ...   143

Xəyal cığırı – I cı̇ld

473


Göz yaşlari,

               hər ah, nalə

                                unudulsun.

Ürəklərdə bir əbədi –

                        sevinc, gülüş, toy qurulsun!

Ey insanlar...

Gücümüzdə, zehnimizdə

                      inanin ki, həyat qədər

                                      bir qüvvə var!

Yiğilağin bir ürəyə,

                 güc verəyin bir biləyə.

Dağlar aşaq, keçək dərə,

Ən nəhayət...

Hamimiza düşmən olan

O, ölümə tapaq çarə.

Çiçək açsin çölün daşi,

Gülsün üzdə sevinc yaşi.

1967 dekabr




Tofiq Məhəmməd oğlu Hüseynzadə

474


AŞİQƏM

Duman keçir, alir dağlar başini,

Günəş çixir, səpələyir saçini,

Çox görmüşəm baharini, qişini,

Günəş kimi yana-yana deyirəm,

Bir Anama, bir Vətənə aşiqəm!

Məhəbbətin taleyimə yar oldu,

Dayanmadi, bütün elə car oldu,

«Yar!» – deməkdən yaziq dilim yoruldu,

Gəl, sevgilim küsüb məndən, çəkmə qəm,

Bir Anama, bir Vətənə aşiqəm.

Açir çiçək, ətir verir çəmənzar,

Bülbül üçün naz eyləyir güldə xar,

Bilirəm ki, təbiətdə nələr var...

Qoy dinləsin məni indi bu aləm,

Bir Anama, bir Vətənə aşiqəm.

Əsən külək, ürəyimdir havali, 

Tar dillənsin, rəqs elətsin qavali,

Götür onu, gəzdir bütün mahali,

Sən ey külək! Pəncərəmdən bas qədəm,

Bir Anama, bir Vətənə aşiqəm.

Gecə uzun... Gecə sakit... Gecə lal...

Salam verir ağ kağiza hər xəyal,

Dayanmasin, yazsin-töksün dalbadal,

Buraxmasin bu ilhami qoy qələm,

Bir Anama, bir Vətənə aşiqəm.         1967 dekabr




Xəyal cığırı – I cı̇ld

475


SƏBR ELƏ 

Eşitmişəm, gözün yolda qalibdir,

Ürəyini qüssə, kədər alibdir.

Atəşlərə səni, de, kim salibdir?!.

Xəyalini qurban vermə sən yelə,

Narin-narin yanma oda, səbr elə.

Ömür keçir, bir adətdir əzəldən, 

Çatdiq yaşa, gənclik gedir tez əldən...

Yalvariram hey ağlayan gözəldən,

Göz yaşini, gəl döndərmə bir selə,

Keçsin bulud, çixsin Günəş, səbr elə.

Bülbül baği tərk edəndə gül solur,

Ürəyinə hicran, qüssə, qəm dolur,

Sevənlərə ayriliq bir dərd olur.

Bülbül ollam mən qonaram tez gülə,

Etmə xəyal, çəkmə nalə, səbr elə.

Gəlməyəndə çəmənzarin marali,

Baş sallayir, susur güllər yarali.

İnan!.. Səndən çox düşsəm də arali,

Ah çəkirəm, yad edirəm mən belə,

Görüşərik... çarə nədir, səbr elə.



Tofiq Məhəmməd oğlu Hüseynzadə

476


Çoxdur sənə özüm kimi inamim, 

Puça çixmaz inan mənim peymanim.

And içirəm... Əgər olsa günahim,

Al biçaği, öldür məni, qan eylə, 

İnansan da, mənim kimi səbr elə.

1967 dekabr




Xəyal cığırı – I cı̇ld

477


A DİLBƏR 

  

Səhər-səhər o yerlərdə sən məni



Salma oda qana-qana, a Dilbər.

Qəh-qəh çəkib özün getdin uzağa,

Qoydun məni yana-yana, a Dilbər.

Camalindir nur çiləyən Ay kimi,

Qaşlarindir kamandaki yay kimi,

Bu cahanda edim sənə tay kimi?

Ruh verirsən ölən cana, a Dilbər.

Sən də, mən də, zər-ziba da yalandir,

Girsə payiz, açan güllər solandir.

Biz ölsək də, məhəbbət ki, qalandir,

Çox deməsəm məni qina, a Dilbər.

Dan Ulduzu oyananda sən də qalx,

Zülfün durur bulud kimi, bir də bax,

Ağir-ağir saçlarina çək daraq,

Tellərini bir-bir sana, a Dilbər.

Maral kimi baxişlarin var olsun,

Taleyinə gözəl günlər yar olsun...

Nəğmə desən kaman olsun, tar olsun,

Salam yetir xoş zamana, a Dilbər.



Tofiq Məhəmməd oğlu Hüseynzadə

478


Ömür nə xoş; bəxtiyariq, gözəlik, 

Dilə gəlsin tovuz quşu, ya kəklik.

Verdi sənə təbiət min gözəllik,

Girmə heç sən dondan dona, a Dilbər.

Bu ilhamla dünyalari gəzəydim,

Gün olaydi, çəməndən gül üzəydim, 

Qorxa-qorxa saçlarina düzəydim,

Salmayaydin məni qana, a Dilbər.

1967 dekabr



Xəyal cığırı – I cı̇ld

479


QADIN VƏ TELEFON

Bu, boyali xatinlar,

Zəng etdi, gəldi hara...

Ay boşboğaz qadinlar,

Telefon gəldi zara!

Bəli, qadin ürəyi

Telefonu tovladi,

Buydu onun gərəyi,

Şikarini ovladi.

Sarildi, telefonu

Etdi həmdəm özünə.

Pozdu qayda-qanunu,

Hədd qoymadi sözünə.

Nə çox danişdiniz siz,

Mənasi, məzmunu nə?..

Yorulmadi diliniz,

Nə damaq, nə də çənə.

Nələrdən bəhs etdiniz,

O, getdi, bu, qayitdi...

Bitmədi qeybətiniz,

Yatanlari oyatdi. 



Tofiq Məhəmməd oğlu Hüseynzadə

480


Doğru demiş atalar:

«Həddi var hər bir şeyin,

Az sözdə hikmət olar.»

Faydasi nə, bir deyin?..

Anladim bir mətləbi,

Çox danişmasa onlar,

Bax, belədir xisləti, 

Ürəkləri partlayar.

O, ürək ki, orada 

Sevgilər alt-üst olar,

Məhəbbət ahu-zarda,

Param-parça, tari-mar.

İndi gör qəlblərində

Nələr yaşadir onlar?..

Hər nə – dayaz, dərində, 

Nə gəldi, danişirlar.

Bircə gündə bir ürək,

Dolar-boşalar, nələr... 

Dəyişər arzu, dilək,

Neçə eşq gedər-gələr.

Qəlb qapisiz qalanda

Məhrum olar sevgidən.

Doğru söz də, yalan da

Dolar, hər yoldan keçən.




Yüklə 21,6 Mb.

Dostları ilə paylaş:
1   ...   74   75   76   77   78   79   80   81   ...   143




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə