Tofiq Huseynzade--seir--kitab 1111. indd



Yüklə 21,6 Mb.
Pdf görüntüsü
səhifə75/143
tarix04.07.2018
ölçüsü21,6 Mb.
#53181
1   ...   71   72   73   74   75   76   77   78   ...   143

Xəyal cığırı – I cı̇ld

451


Deyirəm ki, qüdrətim var, yaratmişam görün nələr!..

Durur burda canli şair, canli eşqi-divanələr.

Qüdrətimi göstərərəm məndən sənət soranlara,

Deyirəm ki, baxin, baxin yaratdiğim tablolara...

Geri döndüm. Anam durur, baxir bizə saf ürəklə,

Diqqət edir yavaş-yavaş o, gah mənə, gah da şəklə,

Sinəsində nə qürur var, nə də süni ədabazliq,

Sinəmdəki bu qürurluq edir mənə hələ azliq...

Dedi mənə: «Sağ ol, oğlum!». Mən diz çökdüm, öpdüm onu,

Dedim: «Ana!.. Nə böyüksən, bilmirdim ki, hələ bunu.

Yaratdiğim tablolarla öyünürəm, qina məni!

Ey böyük ad – yaradici, unutmuşam neçün səni?..

Sən mənə yox, yer üzünə, göy üzünə bir Anasan!

Təbiət tək bu dövranda sən canli bir yaradansan!

Bax, məni də, tablonu da, qüruru da sən yaratdin!!!

Bir de, niyə öyünmürsən, ey yaradan – gözəl qadin?!.»

1967 dekabr



Tofiq Məhəmməd oğlu Hüseynzadə

452


DÜŞÜNÜRƏM

Nə tez, sevdiyim gözəl

Məni atdi, unutdu?..

Ürəyimdən çəkdi əl,

Başqa bir qəlbi tutdu.

Söylə mənə, ey Günəş,

Sevgidə qayda budu?..

Yandirmadi. Əksinə,

Ürəyimi soyutdu.

Bəlkə də peşmandi o,

Bu dərddən, bu yaradan.

Bəlkə də şan-şandi o,

Ah, bilirəm haradan...

Söylə mənə, ey Günəş,

Sevgidə qayda budu?..

Mənim eşqimi atib,

Başqa bir eşqə uydu.

Əl çəksə də əlimdən, 

Görən, məni anirmi? 

İncimədi dilimdən, 

Görən, duyub yanirmi?

Söylə ona, ey Günəş!

Unutmaram mən onu.

Söylə ki, ey cəfasiz,

Budurmu eşqin sonu?..             1967 dekabr



Xəyal cığırı – I cı̇ld

453


SƏNSİZ

Eşit, ey sevgilim. Bir sünbül olsam,

Qalmaram nəsildən-nəsilə sənsiz.

Könül bağcasinda bir bülbül olsam, 

Uçmaram bu güldən, o gülə sənsiz.

Sevmişəm mən səni bir saf ürəklə,

Gəzirsən qəlbimdə hər xoş diləklə.

İldirim qanadli uçan küləklə,

Əsmərəm bu çöldən o çölə sənsiz.

Sənsiz keçirəndə mən bircə ani,

Göylərə deyirəm: o mələk hani?

Əgər mahni olsam, gəl məni tani,

Düşmərəm bu teldən o telə sənsiz.

And içib deyirəm, bir böyük haqla,

Eşqimi eşqinlə bir yerdə saxla.

Əgər ki, mən olsam sinan budaqla,

Axmaram bu seldən o selə sənsiz.

Tapsa əcəl səni, aman, sevgilim,

Əzəldən eşqimlə yanan sevgilim.

Yanar Günəş kimi inan, sevgilim,

Qalmaram bu ildən o ilə sənsiz!

1967 dekabr




Tofiq Məhəmməd oğlu Hüseynzadə

454


GƏNCLİK 

Ürəyim ağriyir; şikayətim var,

Getməyə, ömrümdə qala gəncliyim.

Əbədi hüsnümdə tutaraq qərar,

Ömrümə yaz-bahar ola gəncliyim.

Heyif... ürəyimdə arzularim var,

Həyatda de, varmi bircə etibar?!

Əgər ki, olsaydi məndə ixtiyar,

Bilirəm, gələrdi yola gəncliyim.

Ömürdə silinməz o, bir iz olur,

Həmişə eşqində söhbət-söz olur.

Bilmirəm, nə üçün belə az olur?..

Məni tez atmaya nola, gəncliyim.

Yol alib gedəndə eşqi sorağa,

Açib gözlərini diqqətlə baxa.

Vurula saf qəlbə, ayna qabağa,

Eşqimi dillərə sala gəncliyim.

Ay aman, nə pisdir gələn qocaliq,

Uşağa bir uşaq, palana aliq.

Gələ, mərhəməti olar ucaliq,

Gedəndə canimi ala gəncliyim.

1967 dekabr




Xəyal cığırı – I cı̇ld

455


SEVİRƏM

Sevirəm o kəsi, o insani ki,

Ömrün mənasini düz başa düşür.

Ömürdə düşüncə sadə deyil ki,

Bəlkə də insani bir dağa qoşur.

Həyatda özünə sadə yol seçən,

Həyati vüqarla, inamla keçən,

O kəsin zehni ki, ömrünə yardir,

Belə bir ömr edən nə bəxtiyardir.

Sevirəm o kəsi, o insani ki,

Dünyada şərəfli iş qoyub gedir.

Sevirəm o kəsi, o insani ki,

Min əməl yaradib, ömrü tərk edir.

Böyük gələcəyi açiq görənlər,

Canini Vətənə qurban verənlər

Bircə an ürəkdən unudulmamiş,

Təbiət durduqca o da yaşamiş.

Sevirəm o kəsi, o insani ki,

Dostuna, qardaşa bərk yanan olur.

Sevirəm o kəsi, o insani ki,

Yad bir insana da çox həyan olur.

Yaşamaq asandir, yaşatmaq çətin...

Bu çətin əməldə olanlar mətin,

Ölsə də həyatda insan tək qalir, 

Ürəkdən səslənən min rəhmət alir.

1967 dekabr




Tofiq Məhəmməd oğlu Hüseynzadə

456


VURĞUNAM

Nə qədər yaşayib, qocalsam da mən,

Yenə dönməyəcək bu günkü andim.

Lap bu dəm, saçima daraşsa da dən,

Həyatda qanun var; gəncdir ki, adim!

İnsanin gül açan bu ömür çaği,

Mənalar ardinca mənalar qoşur.

Gəzir şölə kimi arani, daği,

Ömürdə həmişə qartal tək uçur.

Demişəm, deyirəm yenə, vurğunam!

Gəncliyə, mən dönə-dönə vurğunam!

Göylərdə sayrişan neçə min ulduz

Adicə gözəllik verir gecələr.

Günəş boy atanda; olanda gündüz,

Ulduzlar yox olar göydə. Gecələr,

Bəzən qaranliğa hücum çəkən Ay

Göndərir yerlərə bir süni işiq.

Günəşi bunlara eyləməyək tay,

Günəş bir həyatdir, deyil yaraşiq.

Bax belə qüvvətə, gücə vurğunam,

Söz tapa bilmirəm, necə vurğunam?..

Bir zaman dünyaya gələn bu insan, 

Qara gün olduğun, gəlməzdi, bilsə.

Sildirim qayada büdrəyən zaman,

Başqa yol gedərdi ölməzdi, bilsə.



Yüklə 21,6 Mb.

Dostları ilə paylaş:
1   ...   71   72   73   74   75   76   77   78   ...   143




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə