Tofiq Huseynzade--seir--kitab 1111. indd



Yüklə 21,6 Mb.
Pdf görüntüsü
səhifə74/143
tarix04.07.2018
ölçüsü21,6 Mb.
#53181
1   ...   70   71   72   73   74   75   76   77   ...   143

Tofiq Məhəmməd oğlu Hüseynzadə

444


SƏNƏTKAR

Dünyada əbədi yaşamaq üçün,

Öyünmə, dağ qədər olsa da gücün.

Dünyadan gedəcək bir zaman köçün,

Sənətkar üstünə getmə, sənətkar.

Çaliş, sənətində qüvvətin olsun,

Böyük el yaninda hörmətin olsun,

Yaratmaq eşqində cürətin olsun,

Sənətdə şöhrəti güdmə, sənətkar.

Toz-torpaq qaldirib, əssə də külək, 

Bir dağ uçurmağa güc olsun gərək.

Saxlan xəzinədə bir mirvari tək,

Bir qara daş kimi itmə, sənətkar.

1967 dekabr




Xəyal cığırı – I cı̇ld

445


SÖZ QALACAQDIR

Ay ellər, ölürəm! Gözlərimdə yaş,

Ürəyim çirpinir, hey yavaş-yavaş,

Gedirəm dünyadan, gedirəm birbaş,

Neçə boranli qiş, yaz qalacaqdir.

Qizildan, gümüşdən qururuq hasar,

Şöhrəti sevirik, ağlayib zar-zar,

Dünyada insana bir soyuq məzar,

Bir də ki, beş metir bez qalacaqdir.

Çatmadi növrağa cavanliq ilim,

Deyib-danişmadi hər sözü dilim.

Ona yaniram ki, gözəl sevgilim,

Sənin də qəlbində naz qalacaqdir.

Təsliməm ölümə. Durmuşam sayda,

Ölən öləcəkdir – belədir qayda!

Zaman öz hökmünü verdi, nə fayda?

Yaşamaq eşqində göz qalacaqdir.

Hər dəni yaşadir hər yaşil sünbül,

Ətri quruyarmi, qurusa da gül?..

Qanundur. Həyatdan küsmə, ey könül, 

Səni də yaşadan söz qalacaqdir!

1967 dekabr




Tofiq Məhəmməd oğlu Hüseynzadə

446


SEVİRƏM

Mənasindan xəbər yox,

Uşaqliqda dedim çox,

Qoyun deyim düzünü,

Mən «Sevirəm» sözünü.

«Sevirəm», – dedim hər an

Qonşuya da, yada da.

«Sevirəm», – dedim, yaman

Naməlum bir ada da.

Bəzən, gülə-çəmənə,

Bəzən, xain düşmənə

Mən «Sevirəm» söylədim, –

Uşaqliqda beləydim.

Böyüdüm. Gördüm, həyat

Tamam başqa sevilir.

Yersiz sözlər, yersiz ad

Bu gün məndən silinir.

Mən sevirəm Anami,

Mən sevirəm Vətəni,  

Mən sevirəm. İnan ki,

Bir də, Sevgilim səni!

1967 dekabr




Xəyal cığırı – I cı̇ld

447


MƏNİM ARZUM 

Ey dünya, sirrini aç, söylə mənə,

İnsani yaratdi, yoxsa arzular?..

Mən qulaq vermişəm gəlib-gedənə,

İnsan bir yaşasa, min şey arzular.

Arzular siğişmir insan beyninə,

Yerlərdən, göylərdən min dastan açir,

Həyatin ən böyük dərinliyinə

Min illik bir yolu bir anda qaçir.

İnsan zəkasinda, insan başinda,

Təkcə bir arzudan min arzu doğur.

(Arzuya çatmasan, qal göz yaşinda,

Bax bu qəm, bu nalə qəlbimi boğur.)

Bəzən, bir çiçəyi, bəzən, bir gülü

Arzu əkir yerə, arzu yaradir.

Bəzən, ən lazimli bir böyük gölü

İnsan arzusunun özü yaradir.

Dünyaya səpilmiş min-min insanin

Hər biri ürəkdən min şey arzular.

(Həyata, lap bu dəm, bir sualim var:

Nə vaxt qurtaracaq zülmü dövranin?)



Tofiq Məhəmməd oğlu Hüseynzadə

448


Birisi yox yerdən qanad istəyir, –

Uçsun bu dünyadan o bir diyara.

Birisi könlünü çox şad istəyir, –

Bəxtinə bir gün də gəlməsin qara.

Başqasi dağ üstə bir dağ yaradir,

O, vaxtsiz, qəlbində, bax, bircə anliq.

Başqasi deyir ki, könlüm qaradir,

Olmasin gecələr, zülmət qaranliq.

Onu bilirəm ki, tək son nəfəsdə,

Arzular başinda bir arzu durur.

Yaşamaq eşqində, ömür həvəsdə,

İnsanin ürəyi qüvvətlə vurur.

Mənim də qəlbimdə min-min arzu var,

Hərdən aşib-daşir o, bir sel kimi.

Bəzən rübabinda incə tel kimi 

Gülür, bircə anliq olur bəxtiyar.

Mənim də qəlbimdə min-min arzu var,

Bax, budur arzumun ən böyük andi:

Verəydim əbədi sizə, insanlar!..

Yaşamaq eşqində ömrü, həyati!

1967 dekabr



Xəyal cığırı – I cı̇ld

449


YARATMAQ EŞQİ

Mən rəssamam, gənc bir rəssam, nəqş etmişəm bir insani,

Gücün varsa bu tablonu canlilardan ayir, tani.

Mavi dəniz, qumlu sahil. Hoppanişan ağ ləpələr...

Burda hələ söyləmirəm, yaratmişam nələr, nələr...

I hissə


Budur, şair daş üstündə başlayir öz dastanini,

Gül-çiçəklər, yaşil otlar qamarlamiş dörd yanini,

Göydə uçur qağayilar, bəzən, uca, bəzən, asta, 

Bəzən, gedib dincəlirlər sahildəki bir qayada.

Şair elə burdan alir, aşib-daşan ilhamini,

Xəyalilə seyr eləyir yeri, göyü, asimani...

Külək həzin-həzin, güllər dəyir bir-birinə,

Firtinadan qorxan quşlar uçub, gedir öz yerinə,

Şairin də pencəyini atib-tutur, bəzən-bəzən,

(Nə xoşbəxtdir bu aləmi sətir-sətir şerə düzən!)

Saçindaki dalğinliği bəxş etmişdi təbiəti, 

Onda yanir Günəş kimi narin-narin söz sənəti.

Qaş çatilmiş; bir məsələ düşündürür sənətkari, 

İlhamina bəxş etmişdi, əzəldən o, dostu, yari.

Dağ dalindan qalxan Günəş şəfəq saçir dağa, düzə,

Şair onda ilhamini verir bütün şerə, sözə.

Qoymayacaq dastanini, deyəsən, o, burda yari,

İlhamina bəxş etmişdi əzəldən o, dostu, yari.




Tofiq Məhəmməd oğlu Hüseynzadə

450


II hissə

İkinci bir tabloma bax. Bulaq başi, yaşil çəmən,

Şirildayib, axib, gedir buz kimi su, bu çeşmədən.

Bulağin sol tərəfində ucalmiş bir boylu çinar,

Kim bilir ki, bulaq üstə çinarin da mənasi var?..

Çinar üstə çox ad yazmiş burdan qonaq gəlib-gedən,

Bəlkə, elə iz qalmişdir yanib gedən ürəklərdən.

Günəş batir. Göy üzündə xumarlanir o nurlu Ay,

Ulduzlarla bəzənmişdi böyük səma, zəngin saray.

Yaxinliqda dağ başina enib, gəlir duman, bulud,

Bu yerdəcə bu dəm yaman, yaranmişdir gözəl sükut...

Boz buludlar, ağ buludlar dağ başinda durur lay-lay,

Təbiətin nəşəsindən tumarlanir o, nurlu Ay.

Bu seyranda sükutluğu pozan ancaq bir aşiqdir,

Bir aşiq ki, uca boylu, bu dünyaya yaraşiqdir.

O, çinara söykənərək sinəsində sədəfli saz,

Bulaq üstə gələn qiza, nəğmə deyir... nə xoş avaz!

Qiz utanir, örpəyini çəkir o, Ay camalina,

Ürəyindən yaman yanir bu divanə yar halina.

 

III hissə



 

Durub geri, mən baxiram dönə-dönə tablolara,

Öz-özümə qiymət verrəm belə güclü sənətkara.

Ürəyimdən nələr keçmir?.. Yaradanam, deyirəm mən,

İnanmazdim! Şəkil deyil, – olsa şəklə bir can verən.



Yüklə 21,6 Mb.

Dostları ilə paylaş:
1   ...   70   71   72   73   74   75   76   77   ...   143




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə