Tofiq Huseynzade--seir--kitab 1111. indd



Yüklə 21,6 Mb.
Pdf görüntüsü
səhifə82/143
tarix04.07.2018
ölçüsü21,6 Mb.
#53181
1   ...   78   79   80   81   82   83   84   85   ...   143

Xəyal cığırı – I cı̇ld

507


Məktub aldim gözəl xətlə,

Başlanirdi məhəbbətlə.

Qaldim razi, bu cürətlə

Heç bir kəsə açmadim söz,

Bir gözələ dikmədim göz.

Gözəl gördüm, şəfəqdən al,

Çənəsində bir qara xal,

Ötən dilim dayandi lal...

Soruşmadi haralisan,

Yoxsa yardan yaralisan?

Bülbül uçdu, qondu gülə,

Şirin nəğmə gəldi dilə.

Xəbər verdim əhli-dilə,

Çix seyrinə çəmənzarin,

Taleyini güldür yarin.

Qəlbimdə kin, səhər tezdən 

Mən çixanda evimizdən,

Yaşlar gördüm axir gözdən...

Görən harda yaralanmiş?..

Eşqi harda paralanmiş?..

Axşam olur, düşür gecə,

Oynat məni kefin necə.

Sevinc gəlsin neçə-neçə,

Həsrət qalan yar qəlbimə,

Bu sayilmaz ar qəlbimə.



Tofiq Məhəmməd oğlu Hüseynzadə

508


Gözüm baxir uzaq yola,

Hay salmişam sağa, sola.

Deyirəm ki, ah, nə ola,

Xəbər çixa nazli yardan,

Gələcəkdir görən hardan?..

Toy quruldu, dindi qaval,

Badə qalxdi hey dalbadal.

Yetdi sona hicran, vüsal,

Çatdi sona arzu, dilək,

Döyünmədi bir də ürək.

Açiq deyim, bilə-bilə

Könül verib bir gözələ,

Öz eşqimi saldim dilə.

O gündən biz olduq, düzü,

Dildə əzbər, elin sözü.

Küsdü məndən barişmadi,

Bircə kəlmə danişmadi.

Ellər məndən soruşmadi, –

«Qara qaşli o gül bədən,

Danişmayir, küsüb nədən?..»

O, gözələ çatanda mən, 

Əllərindən tutanda mən,

Axi niyə utandim mən?

Uşaq kimi qarixdim tez,

Əllərini buraxdim tez.



Xəyal cığırı – I cı̇ld

509


«Çox sevirəm», – dedim sənə,

Dəli aşiq idim sənə...

Niyə qarğiş edim sənə?

Müqəssir sən olsan əyər,

Nalə çəkib, yaram göynər.

Sənə baxmaq qayda oldu,

Nə hesabda, sayda oldu.

Bu xoş vüsal yayda oldu,

Eşqimə də qondu bahar,

Ürəyimdən köçdü ahlar.

Kitablari varaqladim,

Eşqə şeir soraqladim,

Oxuduqca hey ağladim,

Yazilirdi orda belə:

«Bülbül cani verdi gülə».

Göz dikdilər ona hami,

Mən durummu de, dahami?

Dindi könlün söz ilhami,

Yazdi-tökdü neçə dastan,

Təsvir oldu o, şux canan.

Səhər çixib yaşil döşə,

Ordan üzdüm ağ bənövşə,

Qanadlandim tez görüşə.

Ürəyimdə güldü niyyət,

Hədiyyəmdə vardi qiymət.  



Tofiq Məhəmməd oğlu Hüseynzadə

510


Mən yaniram alovlarda, 

Öldüm artiq, düşünsə, da...

Dayanmisan çox kənarda,

Bu nə işvə, nə qaydadir?

...Yaziq könlüm nə haydadir...

Məndən  azca şikayət et...

Hər sözümün sonuna yet,

Sonra başqa bir yolla get.

Nə qədər ki, çatir gücün,

Hər bir şeyi dərin düşün.

Gözəl odur – əhdi qana,

Yar yolunda candan yana.

Çatsa belə ömür sona,

Nə xoşbəxtdir, bəxtiyardir,

Nəsillərə yadigardir.

Ömür keçir, atma məni,

Bir namərdə satma məni,

Axar selə qatma məni.

Məni düşün yavaş-yavaş,

Sinəmdəki deyil ki daş.

Çatilanda qara qaşlar,

Gözlərimdən axdi yaşlar.

Gözəl indi, ah, nə başlar...

Deyəcəkmi, bir yalan: sən,

Artiq çoxdan gecikmisən.



Xəyal cığırı – I cı̇ld

511


Gəl eyləmə sən mənə naz,

Ürəyimdə sevildin az.

Yay gedəndə olmur ki, yaz,

Hər fəslin öz vaxti vardir,

Səni sevsəm mənə ardir.

Aman! Məni çəkin dara,

Qəlbim olsun para-para.

Nə deyiblər nazli yara?

Almişam bir məktubunu, 

Yazir, bitdi eşqin sonu.

Heyif... heyif al güllərə, 

Taxmişam mən o tellərə,

Qismət oldu yad əllərə.

Qəlbim yandi uça-uça,

Çixdi eşqim tamam puça.

Dindir məni saf ürəklə,

Başqa yola düşdün, bəlkə...

And iç mənə duz-çörəklə:

«Əbədidir ilk andimiz,

İlk eşqimiz, ilqarimiz!»

Yaman güclü əsdi külək,

Min nəğməli səsdi külək,

Axi, niyə kəsdi külək?

Oxuyanda o, gözəl yar,

Eşitmir ki çox uzaqlar...



Tofiq Məhəmməd oğlu Hüseynzadə

512


Yol gedirəm... eniş, yoxuş,

Qabağimdan keçdi bir quş,

Dayandim lal, oldum bihuş.

Düşdü yada keçən anlar,

Ürəyimdən axdi qanlar...

Məni gördü, qaçdi maral,

Neçə dağlar aşdi maral,

Qəlbimə ox sancdi maral.

Qayitmadi, getdi, bir də

Görünmədi bizim yerdə.

Mən kamanam, sən telləri,

Mən mahniyam, sən dilləri.

Yada salib nəsilləri,

Eşqimizi duyaq, gedək,

Min xatirə qoyaq, gedək.

Sinəmdədir sədəfli saz,

Qələm götür, dərdimi yaz. 

Ucaldiqca gözəl avaz,

Desinlər bir, pərişandi,

Yar deməkdən qəlbi şandi.

Xəbər göndər mənə hərdən,

Boy qaldirir Günəş yerdən.

Qoy nur alim al səhərdən,

Salam versin Günəş bizə,

Nur çiləyək eşqimizə.



Xəyal cığırı – I cı̇ld

513


Yaziq ömrüm düşdü xəstə,

Başimi al dizin üstə,

Oxuyum bir zil şikəstə...

Eşqimdəki bu həvəsdə,

Dağlar-daşlar gəlsin səsə.

Hani mənim eşqim, andim?

Vəfa deyib odda yandim.

Xain çixdin, indi qandim, –

Bir şux canan deyilsən sən, 

Ömür yixan bir namərdsən. 

Bari, o gün sən deyəydin,

Başqa gözün gözündəydin.

Varliğimi niyə əydin,

De, budurmu eşq qaydasi?..

Peşimanam... nə faydasi?..

Bir gözəllə ömür sürmək,

Al Günəşi hər an görmək

Səadətdir. Çox nə demək...

El yaradib bir misalda:

«Min həyat var Ay camalda».

Gözlərini süzmə nahaq,

Tellərinə çəkmə daraq,

Görməyəydim üzdən iraq. 

Bunu etmə bilə-bilə,

Tay olmazsan o, gözələ.



Yüklə 21,6 Mb.

Dostları ilə paylaş:
1   ...   78   79   80   81   82   83   84   85   ...   143




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə