Tofiq Huseynzade--seir--kitab 1111. indd



Yüklə 21,6 Mb.
Pdf görüntüsü
səhifə79/143
tarix04.07.2018
ölçüsü21,6 Mb.
#53181
1   ...   75   76   77   78   79   80   81   82   ...   143

Xəyal cığırı – I cı̇ld

481


Bilməz eşqin ətrini,

Qarişar bal zəhərə. 

Əsl eşqin qədrini 

Qanmaz, satar hədərə.

Ey, boyali xatinlar,

Tükəndi daha dözüm.

Siz, boşboğaz qadinlar,

Budur sizə son sözüm:

Az danişmaq sayilar,

Zərdən dəyərli əntiq.

Ürəklərə yayilar

Müxtəsər, mənali nitq. 

1967 dekabr



Tofiq Məhəmməd oğlu Hüseynzadə

482


VƏTƏN ANAMIZ  OLDU

Allaha – «Təkdir», – dedik,

Canda ruhumuz oldu.

Qarşisinda əyildik,

Sevgimiz sonsuz oldu.

Vətənə – «Ana», – dedik, 

Vətən anamiz oldu.

Odu müqəddəs bildik,

«Odlar yurdu»muz oldu.

«Birgə yaşayaq!» – dedik,

Dövlət evimiz oldu.

Obalara səsləndik,

Millət – elimiz oldu. 

Gənclərə – «igid», – dedik,

Güclü Ordumuz oldu.

Düşmən başini əzdik, 

Qəlblərimiz buz oldu.

«Ailəmizdir», – dedik,

Sevgi yuvamiz oldu.

Haqqdan sağliq dilədik,

Qəlbdə duamiz oldu.



Xəyal cığırı – I cı̇ld

483


Nemətə – «halal», – dedik,

Bol-bol ruzimiz oldu.

Dinə, imana gəldik,

Əldə çörək-duz oldu.

Övladlara – «Can», – dedik,

Doğma canimiz oldu.

Zəhmətlə çörək yedik,

Döndü qanimiz oldu.

Əllərə: oyna! – dedik,

Əldə xinamiz oldu.

Göllərdə sona sevdik,

Göllər sonamiz oldu.

Eşqimizə nə dedik?..

Bir yanar ulduz oldu.

Göyü nura bəzədik,

İlqarimiz düz oldu.

1967 dekabr



Tofiq Məhəmməd oğlu Hüseynzadə

484


ÖLMƏZ

Bunu el yaradib; dildə, dodaqda;

«Vətənin qeydinə qalanlar ölməz!».

Dünyani seyr edən kinli soraqda

Xaindən intiqam alanlar ölməz.

Həyatda özünə düzgün yol seçən,

Ağilla hər şeyi düz ölçüb-biçən,

Ömür məktəbini hünərlə keçən,

Tarixə zəfərlər salanlar ölməz.

Sonku nəfəsədək hücum inadli, 

Polad iradəli, qartal qanadli,

Hünər meydaninda hər şirin andli,

Düşmənə qələbə çalanlar ölməz.

1967 dekabr




Xəyal cığırı – I cı̇ld

485


QIZLAR GƏLİN KÖÇƏNDƏ

Aləm nura boyanar,

Ay da yatmaz, oyanar,

Ulduzlar narin yanar,

Eşq ayaqda dayanar,

Şadliqdan qəlb odlanar

Qizlar gəlin köçəndə.

Xinalanar barmaqlar,

Siğallanar yanaqlar,

Qizillanar başmaqlar,

Dost-doğma olar yadlar,

Yaxin olar uzaqlar

Qizlar gəlin köçəndə.

Ceyranlar bihuş olar,

Ovçulara tuş olar...

Ata evi boşalar,

Toyda süzər qonşular,

Sevincdən göz yaş olar

Qizlar gəlin köçəndə.

        


Aləm bahar, yaz olar,

Əriyər qəlbdə buzlar,

Hər şey eşqə yozular.

Bütün oğlanlar, qizlar

Belə bir gün arzular

Qizlar gəlin köçəndə.




Tofiq Məhəmməd oğlu Hüseynzadə

486


        

Eldə sevinc dolaşar,       

Sevgilər aşar-daşar,

Xəyallar nəğmə qoşar,

İki qəlb eşqdən coşar,

Bir-birinə yaraşar

Qizlar gəlin köçəndə.

Doldurar evi, dami 

Bəy, gəlinin adami,

Bəzənər eldə hami,

Qəlblər  alar ilhami,

Sevər belə əyyami

Qizlar gəlin köçəndə.

       


        1967 dekabr

                                    


Xəyal cığırı – I cı̇ld

487


   

  YADIMA DÜŞƏNDƏ

 

Göydə bir ulduz yanar,



Dilbəri könlüm anar,

Gözüm yaşla dolanar,

Xəyallarim odlanar

Yadima sən düşəndə,

Yar, yadima düşəndə.

Dərddən köynək biçilər,

Dağda duman sürünər,

Çəmənlər ağ görünər,

Qəlbim buza bürünər

Qar yadima düşəndə.

Xəyallarim təklənər,

Qan rəngdə çiçəklənər,

Könlüm zilə köklənər,

Ürək eşqə yüklənər

Tar yadima düşəndə.

Zülmətləri yararam,

Bağçalari araram,

Tər inci axtararam

İstərəm, yardir çaram,

Nar yadima düşəndə.




Tofiq Məhəmməd oğlu Hüseynzadə

488


Dağ-dərələr aşaram,

Zəhmətə qatlaşaram,

Gücümə güc qoşaram,

Əməkdə yarişaram,

Bar yadima düşəndə.

Bağçadan gül dərərəm, 

Şerə qüvvət verərəm,

Yari nəzmə çəkərəm.

Təkcə sən oldun çarəm,

Var yadima düşəndə.

1968 yanvar



Xəyal cığırı – I cı̇ld

489


İNANMADIN...

Dedim ki, sevirəm səni ürəkdən,

Niyə inanmadin, axi, niyə sən?..

Qəlbimdə boy atan arzu, diləkdən

Görərsən sevgini, anlayib, bilsən.  

O günün həsrəti xəyalimdadir,

Surəti gözümün dərinliyində.

Bilmədim ürəyim bir zalimdadir,

Zənn etdim, rəhm olar zərrə, qəlbində.

Gəl qurtar eşqimi zindandan, gülüm,

Hicranin odunda az yandir məni.

İnan məhəbbətə, nazli bülbülüm,

Vüsala qovuşdur yaziq Qəmlini.

1968 yanvar




Tofiq Məhəmməd oğlu Hüseynzadə

490


ÖZÜN GƏTİR ÇARASINI

Baxib qara günlərimə,

Azdir! – dedin, dərd-sərimə, 

Sən köçürtdün ürəyimə

Gözlərinin qarasini.

Bir baxişla güllələdin,

Həyatima qəsd dilədin,

Həmişəlik zəbt elədin

Ürəyimin parasini.

Aci rüzgar olub, əsdin,

Qəlbi neçə yerdən kəsdin.

Nə idi ki, bundan qəsdin,

İstəyirdin harasini?..                      

Hər addimda tələ qurdun,

Düzələn işləri burdun,

Xain kimi gizlin vurdun

İki qəlbin arasini.

Geri qaytar baxişini,

Al canimdan qarğişini,

Göndər məlhəm yağişini,

Sağalt könül yarasini.

Sağalmazdir xəstə halim,

Bu dərd içrə necə qalim?

Sən ki verdin dərdi, zalim,

Özün gətir çarasini.                  1968 yanvar



Yüklə 21,6 Mb.

Dostları ilə paylaş:
1   ...   75   76   77   78   79   80   81   82   ...   143




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə