Tofiq Huseynzade--seir--kitab 1111. indd



Yüklə 21,6 Mb.
Pdf görüntüsü
səhifə81/143
tarix04.07.2018
ölçüsü21,6 Mb.
#53181
1   ...   77   78   79   80   81   82   83   84   ...   143

Tofiq Məhəmməd oğlu Hüseynzadə

500


Səni, – dedim – sevirəm mən,

Söylədin ki, gecikmisən.

Sehribazsan, yoxsa nə, sən? 

Aldanmaram mən yalana,

Düşməz könlüm heç talana.

Gəl mənə sən göz eyləmə, 

Xəyalimi çox teyləmə.

Qoy güc verim mən qələmə,

Camalindan söhbət açsin,

Gözəl şeir şəfəq saçsin.

And içmişəm yana-yana,

Çəkmə məni imtahana,

Xain odur əhdi dana.

Bədənimdə yanir ürək,

Hər an səni anir ürək.

Bir gözələ verdim könül,

Taleyimdə açildi gül,

Ötdü turac, dindi bülbül...

Salamladi məni dağlar,

Aşdi-daşdi gur bulaqlar.

Aşiq gərək qaçib düzə,

Məcnun kimi cani üzə,

Hünər siğmaz şerə, sözə...

Bir ürəyin sevinci tək,

Dastan dursun ətək-ətək.



Xəyal cığırı – I cı̇ld

501


Çay söylədi səhralara,

Yol gedirəm, bilməm hara?

Düşdüm qəmə, intizara...

Yurdum olmuş dağlar mənim,

Eşqim orda çağlar mənim.

Yazdi: Gözəl, mən hardayam?

Bəlkə şirin xəyaldayam?

Yox...yox... eşqə vüsaldayam.

Mən aniram hər an səni,

İnaniram yanan səni.

Qiz oğlana eylədi naz, 

Sanki, küsdü çiçəkdən yaz,

Qopdu boran, qopdu ayaz.

Üzündən qəm yağa-yağa,

Oğlan getdi barişmağa.

Bir bulağin axşamçaği,

Oldu neçə qiz qonaği, 

Nəğmə tutdu solu-saği.

Çiçəklər də baş əydilər,

Sevindilər nələr-nələr...

Mən görəndə səni hərdən,

Lal oluram, söylə nədən?

Soruşmuram bir nəfərdən,

De, o, gözəl haralidir?

Hansi dağin maralidir?..



Tofiq Məhəmməd oğlu Hüseynzadə

502


Günəş tezdən oyananda, 

Al şəfəqə boyananda,

Belə gözəl, bir xoş anda,

Ürək dolu min həvəslə,

Tamaşaya məni səslə.

Düşünürəm xeyli zaman...

Çox çəkmişəm mən ah, fəqan,

Ürəyimdən gəlir o an,

Şirin-şirin xoş sədalar:

«Qorxma, səni tutsa odlar!»

Fərhad yardi neçə dağlar,

Fələk qoydu onu ağlar,

Soldu neçə Şirin çağlar.

Utanmadi həyat nədən,

O gün alçaq əməlindən?

Öz eşqini qandi Kərəm,

Sevgisini andi Kərəm,

Əsli deyib, yandi Kərəm.

Ömrü verdi bir gözələ,

Düşdü adi dildən dilə.

Ey sevgilim, bilə-bilə,

Səhər tezdən çix sahilə,

Gözləyirəm, tez əl eylə...

Görək birgə göy dənizi,

Alqişlasin yer-göy bizi.



Xəyal cığırı – I cı̇ld

503


Bir sahildə durub yalqiz,

Hörüyünü açdi bir qiz.

Tamaşaya min-min ulduz,

Bir də, durdu o – nurlu Ay

Dedi: ona deyilik tay!

Eşidirəm səsini mən,

Nə şirindir, şirin nəğmən!?

Ürəyimdən gəlib, gedən

Alqiş deyir, alqiş sənə!

Yaşa deyir, dönə-dönə!

Açilanda dağda lalə, 

Hay salanda gur şəlalə.

Könül coşur, gəlir dilə,

Xatirlayib ötən ili,

Yada salir bir gözəli.

Deyirlər ki, yolumu sən,

Min həsrətlə gözləyirsən...

Ağ kağiza inci düzən,

Unudarmi öz yarini?

Unudarmi ilqarini?..

Bülbül uçdu, bağ saraldi, 

Günəş batdi, qaş qaraldi...

Yarim getdi, hicran aldi

Varliğimi, ah! büsbütün...

Nalə çəkdi qəlbim o gün.



Tofiq Məhəmməd oğlu Hüseynzadə

504


Addimladiq küçələrlə,

Sən o izlə, mən bu izlə.

Hərdən dedin: məni gözlə,

Bircə dayan, qoşa gedək...

Təbiəti bir seyr edək... 

Baş əymədim təbiətdə

Nə bir zülmə, ətalətə.

Qiymət verib məhəbbətə,

Tapişsa da hər iztirab,

Hər ağriya göstərdim tab.

Dedilər ki, «bir gözəl var,

Könülləri qoyur ağlar».

Aşib, keçdim neçə dağlar,

Əsdi boran, dayanmadim,

Qopdu tufan, dayanmadim.

Vermə könül vəfasiza, 

Ömür batar onda yasa.

Ellər mənə qulaq asa,

Gözlərini aça bu gün,

Vəfasizdan qaça bu gün.

Çox görmüşəm sevənləri,

Gah əhdindən dönənləri,

Gah da sevib, ölənləri...

Ömür getsə yar yolunda,

Yaşayacaq o dünyada.



Xəyal cığırı – I cı̇ld

505


Söylə mənə sən, ey gözəl,

Nə tez məndən sən çəkdin əl?

Qayit yoldan, insafa gəl.

Mən ki eşqi bilən idim,

Yar yolunda ölən idim.

Saçlarini az daradim,

Eşqi orda çox aradim,

Dolanmadi dildə adim.

Alov kimi yanib, söndüm,

Bu sevdadan geri döndüm.

Gördüm bu gün şirin yuxu,

Tutdu məni ətir, qoxu...

Yar tuşladi mənə oxu,

Bədənimdə oxu yandi,

Peşman oldu, özü yandi.

Nələr çəkdi bəxti qara,

Yar yolunda getdi dara.

Şirin cani eşqə, yara,

Ağlamayib bircə gilə,

Qurban verdi bilə-bilə.

Bir çəmənə çixdim seyrə,

Diqqət etdim göyə, yerə.

Öpdü məni yaşil dərə, 

Salam verdi uca dağlar,

Aşib, gəldi şirin çağlar.



Tofiq Məhəmməd oğlu Hüseynzadə

506


Heç bir zaman sənə, a yar,

Söyləmədim uydurmalar.

Məndə eşqə etibar var,

Deyirəm ki, dönə-dönə, 

Saf and kimi inan mənə.

Şəkər kimi şirin sözün,

İşiq saçan o, Ay üzün.

Mən demirəm, gəl de özün,

Aldatmişdi məni çoxdan,

Ömür keçdi neçə oxdan.

Dilə tutdu məni biri,

(Söyləməyin yoxdu yeri).

Dedi: Açma sən bu sirri,

Əl çəkmişəm sevgilimdən, 

Mən sevirəm səni qəlbən.

Dedim: Getdin, xəyala dal,

Təkcə məni sən yada sal,

Andim, eşqim olsun halal,

Bu ağridan ölləm, aman!

Düşün məni hər bir zaman.

Xəbər verdim al yanağa,

Bu gün düşdü can yastiğa,

Düşdü səsi düzə-dağa,

Nalə çəkdi, qopardi ah,

Dedi məni öldür, Allah!..



Yüklə 21,6 Mb.

Dostları ilə paylaş:
1   ...   77   78   79   80   81   82   83   84   ...   143




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə