Tofiq Huseynzade--seir--kitab 1111. indd



Yüklə 21,6 Mb.
Pdf görüntüsü
səhifə80/143
tarix04.07.2018
ölçüsü21,6 Mb.
#53181
1   ...   76   77   78   79   80   81   82   83   ...   143

Xəyal cığırı – I cı̇ld

491


                            

SƏN YADIMA  DÜŞƏNDƏ

Kimə deyim dərdimi?

Bu möhnətmi, dərddimi?..

Dərdim əyir qəddimi,

Sən yadima düşəndə.

Ürək qübar bağlayar,

Ruh sinədə ağlayar,

Hicran məni dağlayar,

Sən yadima düşəndə.

Sizlar ömrümün özü,

Qəlbimin görməz gözü,

Alovlanar od-közü,

Sən yadima düşəndə.

Dünyani boş görürəm,

Zülmətlərə yürürəm,

Qəmdən çələng hörürəm

Sən yadima düşəndə.

Əlinə çatmir əlim,

Lal dolaşar bu dilim, 

Ağlaram zülüm-zülüm

Sən yadima düşəndə. 



Tofiq Məhəmməd oğlu Hüseynzadə

492


Kədər yeməyim oldu,

Könlüm qəhərə doldu,

Bağda gül-çiçək soldu

Sən yadima düşəndə. 

Bu nə dərddi, yaşandi?..

Ruh atəşə nişandi,

Ürəyim şan-şanidi

Sən yadima düşəndə.

And içdim ayriliğa,

Yaman gəldim qinağa, 

Tab etmədim sinağa 

Sən yadima düşəndə.

1968 yanvar



Xəyal cığırı – I cı̇ld

493


CANAN GƏLİR, CAN GEDİR

Canan gəlir, can gedir,

Niyə məndən yan gedir?

Yox taqətim, soruşam,

O, nə pərişan gedir?..

Göz dikilir gözlərə,

Baxişlar cilalanir,

Ehtiyac yox sözlərə,

Qurbanina yollanir.

Sanki bir ceyran gedir,

Vüsal gülür üzümə.

Taledən hicran gedir,

Nur axişir gözümə.

Eşq uğrunda qan gedir, 

Vurğunam bu dözümə...

Qəlbdən həyacan gedir,

Qüvvət gəlir dizimə.

Olmayanda o canan,

Günüm ahu-zar idi,

Yox idi əslində can,

Yalniz adi var idi.



Tofiq Məhəmməd oğlu Hüseynzadə

494


Gəldi, aldi canimi,

Bir anliğa yox oldum,

Ucaltdi ad-sanimi,

Sanki, yeni doğuldum.

Aldi məni o, canan

Qəlbinin ağuşuna,

Canindan əxz etdi can,

Mənim susqun ruhuma.

Gizlətdi öz qəlbinin

Mübhəm dərinliyində,

Cana gəldi ürəyim  

Ruhlarin birliyində. 

Canim aldi gələndən,

Sərxoşam bihuş kimi,

Ayrilmaram bu dəmdən,

Qalandi könlüm simi.

Can alan gözəlim var,

Məmnunam bu halimdan.

Can getdi, həmdəmim yar,

Can aliram mən ondan. 

Can getdi, cansizam mən,

Ruhum ona bağlidir,

Bir canda iki bədən,

O, iki qəlb yaşadir!




Xəyal cığırı – I cı̇ld

495


Canim getdi, amma ki,

Canan yaşadir məni,

Həyat deyil əvvəlki,

Atmişam dərdi, qəmi.

«Canana qurban can da!», –

Deyənlər, yanilmadi.

İki can bir məkanda,

Birgə canda yaşadi...

Qovuşaraq damarda,

Eyni qanda yaşadi.

Səsləşərək bir anda, 

Tək zamanda yaşadi.

Əbədi, bu həyatda, 

Bir cahanda yaşadi.

1968 yanvar



Tofiq Məhəmməd oğlu Hüseynzadə

496


MƏHƏBBƏT

Onun öz səhrasi, öz məkani var,

Qoparmi ürəksiz daşa məhəbbət?

Həyatda gülsə də, qalsa da ağlar,

Dolanir ürəkdə qoşa məhəbbət.

Gəzir bütün eli, bütün diyari,

Yaşadir ömründə sevgini, yari.

Düşsə bircə dəfə birindən ayri,

Bənzəyir yarali quşa məhəbbət.

Bağladi əhdini tanişla, yadla,

Uçdu əsrlərə qizil qanadla,

Qəlbimə siğmayan bu böyük adla,

Könül sənə deyir yaşa, məhəbbət!

1968 yanvar




Xəyal cığırı – I cı̇ld

497


 İLHAM GƏTİR

İndi başladiğim bu kiçik sətir,

Sabaha bu gündən bir yadigardir.

Təbiət! Qəlbimə tez ilham gətir,

Mənim də könlümün atəşi vardir.

Dərin düşünürəm hər xəyalimda,

Kaş, əsər yazaydim mən qalaq-qalaq.

Sənətin bu böyük, çətin yolunda

Mənə atmayaydi heç kəs badalaq.

08.01.1968 



(Bu şeiri Tofiq Hüseynzadə ona şair dostu 

 – Azərbaycanın xalq şairi Xəlil Rzanın

 08.01.1968-ci il tarixdə bağlışladığı 

«Krasnodon qartalları» kitabının

 ön səhifəsinə yazmışdır.) 


Tofiq Məhəmməd oğlu Hüseynzadə

498


101 –  MÜXTƏLİF SEVGİ NƏĞMƏLƏRİ...

Şair, mənə gəl qulaq as,

Sən yanaşma eşqə dayaz,

Qələm götür, eşqi də yaz.

Biz bu adla ucalmişiq,

Biz bu arla qocalmişiq.

Gəl unutma əhdi, andi,

Sevənlərə eşq əyandi,

Əsli-Kərəm eşqə yandi.

Ürəyimdən keçir nələr,

Bir də yanir divanələr.

Bu düzləri aşa-aşa,

Gəl yol alaq dağa-daşa,

Orda vuraq əhdi başa.

Nəğmə desin bənövşələr,

Haray salsin şəlalələr.

Sənin eşqin olsun bari,

Qəlbimin ilk yadigari. 

Çox dolanma məndən ayri,

Nalə edib, ah çəkərəm,

Sellər kimi yaş tökərəm.



Xəyal cığırı – I cı̇ld

499


Eşqə düşdüm mən bir axşam,

Alovlanib, yandi ağ şam.

İstəmirəm dağlar aşam,

Getdi artiq Məcnun vaxti,

Uçuruldu Şirin taxti.

Axşam oldu, düşdü gecə,

Ürək yandi neçə-neçə... 

Bu seyranda durum necə? 

Qoy dil açsin məhəbbətim,

Qalmasin söz şikayətim.

Dünən mənə əl eylədin,

Haray salib, gəl eylədin,

Getmədiyimi nə biləydin?

Baxişinla dedin mənə,

Gedək, çixaq göy çəmənə.

Səni indi, ay gözəl yar,

Qucağina aldi qatar,

Aşdi, keçdi neçə dağlar.

Neçün səni apardi o,

Ürəyimi qopardi o?

Düşünürəm hey, xəyalda, 

Salirsanmi məni yada?

Mən səninçün düşdüm oda,

Ürəyimi ahlar yedi...

De, günahim, ah, nə idi?



Yüklə 21,6 Mb.

Dostları ilə paylaş:
1   ...   76   77   78   79   80   81   82   83   ...   143




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə