Tofiq Huseynzade--seir--kitab 1111. indd



Yüklə 21,6 Mb.
Pdf görüntüsü
səhifə72/143
tarix04.07.2018
ölçüsü21,6 Mb.
#53181
1   ...   68   69   70   71   72   73   74   75   ...   143

Xəyal cığırı – I cı̇ld

427


NALƏ

 

I  hissə



Çəmən həsrət çəkir öz gülü üçün,

Bağça dilə gəlir bülbülu üçün,

Pərvanə can verir sevgili üçün.

Qəlbimi həmişə qoyub yarali,

Biganə-biganə gəzmə arali.

Məcnun çölə getdi, Leylini andi,

Kərəm, – «Əsli» – deyib, odlara yandi.

Bizim aramiza düşən nə qandi?..

Gəl olma fitnəkar, a dağ marali,

Divanə-divanə gəzmə arali.

II hissə

O gün yol üstündə dayananda mən,

Baxmadin eşqimə, biganə sandim.

Yarali quş kimi büküb boynumu,

Qalanib-qalanib, odlara yandim.

Vücudum yel kimi oynadi, əsdi,

Təbiət gözümdə qaranliq kəsdi.

Əgər ki, bilsəydin bu qanli qəsdi,

Neylərdin, neylərdin, ey gözəl andim?!

1967 noyabr




Tofiq Məhəmməd oğlu Hüseynzadə

428


GEDİR

Yenə gördüm səni, gözəlim, dilbər,

Könüldən, könülə süzüldü xəbər.

Mən səni, de, kimə edim bərabər?

Elə bil, Leyli tək eşqi-hal gedir.

Gəldi xatirimə dağ döşü, çəmən,

O, şirin gülüşün, o, şirin nəğmən.

Qara tellərini daradiqca mən...

Deyirdim, nə gözəl xoş vüsal gedir.

Huridən, pəridən doğuldun əzəl,

Camalin min dastan, hər sözün qəzəl.

Görəndə insanlar səni, ey gözəl,

Deyirlər, İlahi, bir maral gedir.

Könlümü mən sənə verdim bir axşam,

Yandi eşqimizdə bir gözəl ağ şam.

Həmişə eşqinlə uçan bir quşam,

Gəlib xatirimə, çox xəyal gedir.

Ömrümü yerlərdə sən xəstə qoydun,

Eşqimi oynadib, qəlbimi oydun.

Bilmirəm sevgiyə nə qayda qoydun?

Açiq eşqimizdə dilin lal gedir.

1967 noyabr




Xəyal cığırı – I cı̇ld

429


NEYLƏRƏM

Xoş rəngli olsa gülüm,

Ötər könül bülbülüm.

Qoy düşüm ilim-ilim,

Hər dilbəri neylərəm?

Məhəbbətdə qayda var,

Çatsa əlimə dildar,

Olsa yenə səhralar,

Boş hünəri neylərəm?

Ulduzlara söz açsam,

«A yar!» – deyərək qaçsam,

Hünərlə göydə uçsam,

Axi, Yeri neylərəm?

Sevdiyim qiz dünyada

Meyl etsə başqa ada,

Qəlbini versə yada,

Xoş rəftari neylərəm?

1967 noyabr




Tofiq Məhəmməd oğlu Hüseynzadə

430


RƏNGLƏR

Təbiətdə ən gözəl,

                    ən sevimli

                          olur, ancaq, rənglər.

İnsanlara bəxş edən

                   misilsiz gözəlliyi

                           verir, ancaq, rənglər.

Rənglər müxtəlifdir...

Mənasi da lətifdir.

Məhəbbət dünyasinda

Rənglər bir canlidir.

Söhbət açir nələrdən...

Sanki, insan qanlidir.

Sevəndə qizi oğlan

Qirmizi gül göndərir.

Deyir, sən də alovlan,

Məni eşqin yandirir.

Daha doğrusu, bu rəng

Olmuş «könül elçisi»,

Orda duyulur ancaq

Məhəbbətin naləsi.

Ağ gül hər görüşlərə 

Çağirir könülləri, 

Orda lal məhəbbətin

Ruha gəlir dilləri.

Ağ rəng «görüş» rəngidir,

Ağ rəng gülüş rəngidir.

Sari güldə ürəyin 




Xəyal cığırı – I cı̇ld

431


Nifrəti hiss olunur,

Məhəbbətdə diləyin

Qeybəti hiss olunur.

Sari rəngdəki qüvvət 

Diləyir eşqə «nifrət».

Göy rəngdə məhəbbətin 

Səma tək böyüklüyü,

Dərinliyi duyulur.

Cəhrayi rəngdə qizin

Gözəlliyi duyulur.

Yaşil rəngin mənasi 

Yandirir daği, daşi,

Demək, eşqin dünyasi, 

Axidir hicran yaşi.

Rənglər müxtəlifdir,

Mənasi da müxtəlif. 

Qəlbimə bu dəm yaman

Bir xoş arzu gəlibdir, –

Qiyiram könüllərə

Qirmizi, 

              ağ, 

                  çəhrayi, 

                             göy rəngləri...

Yaşil rəng də, qoy hərdən

Hicran çəkəndə olsun,

Könül alib sevgidən 

Tez açilib, tez solsun.

Ancaq sari rəngi mən

Heç anlaya bilmirəm.



Tofiq Məhəmməd oğlu Hüseynzadə

432


Könüldən gəlib, gedən

Çox ağrini silmirəm.

Mənim başqa rənglərə 

Böyük hörmətim vardir.

Sari rəngə özü tək

Yaman nifrətim vardir.

1967 noyabr



Xəyal cığırı – I cı̇ld

433


DARA ZÜLFÜNÜ

Ey, mənim ömrümü edən divana,

Qiymiram ürəyim gənc ikən yana.

Qəlbimdə eşqimi yetirdi cana,

Dəstə tut, bir yana dara zülfünü.

Eşqinlə od tutub, tamam yanmişam,

Qara gözlərinlə qanadlanmişam.

Hər eldə, obada səni anmişam,

Sən qiyma gəl artiq, yara zülfünü.

Ömrün bahar kimi min çiçək açsin,

Camalin Günəş tək şölələr saçsin.

Demə ki, qoy Günəş əbədi qaçsin,

Gecə tök gərdənə qara zülfünü.

Mən oldum divanə, sən oldun divan,

Verdin taleyimə bir aci fərman.

Getmə uzaqlara ölsəm də cavan,

Söylə, aparirsan hara zülfünü?..

1967 noyabr




Tofiq Məhəmməd oğlu Hüseynzadə

434


QIZLAR

Gəzir sona kimi çəməni, düzü,

Ömrün baharinda səfali qizlar.

Bizlərdən hərdən bir dönəndə üzü,

Çəkir dağdan dağa xəyali qizlar.

Hərdən bürünəndə ipəyə, şala,

Baxma yanaqlarda can alan xala.

Könül viran edən o, Ay camala,

Çəkər örpəyini həyali qizlar.

Ey könül, gəl geymə qəm libasini,

Çixar ürəyindən hicran yasini.

Aç söylə hamiya, sevdin hansini?

Sevmirlər heç zaman bu hali qizlar.

1967 noyabr




Yüklə 21,6 Mb.

Dostları ilə paylaş:
1   ...   68   69   70   71   72   73   74   75   ...   143




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə