Tofiq Köçərli
- 108 -
Qarabağ: Yalan və Həqiqət
yenidәn birlәşdirilmәsi (“воссоединение”) haqqında” dekreti çap olundu. Dekretdә
deyilirdi: “Azәrbaycan Sovet Sosialist Respublikası inqilab komitәsinin bәyanatı vә
Ermәnistan vә Azәrbaycan Sovet Sosialist Respublikaları hökumәtlәrinin sazişi әsasında
elan edilir ki, bu gündәn etibarәn Dağlıq Qarabağ Sovet Ermәnistanının ayrılmaz
hissәsidir.” Dekretdәn bir neçә gün sonra Ermәnistan hökumәti Mravyanı Ermәnistanın
Dağlıq Qarabağda fövqәladә müvәkkili tәyin etdi vә Dağlıq Qarabağa göndәrdi.
Bu dekretdә әlamәtdar bir etiraf vardır.
Dekretin adından göründüyü kimi, söhbәt Dağlıq Qarabağın Ermәnistanla “yenidәn
birlәşdirilmәsindәn” gedir. Demәli, Ermәnistan hökumәti etiraf etmişdir ki, dekret elan
olunanadәk Dağlıq Qarabağ Ermәnistan tәrkibindә olmamışdır. Tәbii, Dağlıq Qarabağ
kosmik fәzada deyil, mәhz Azәrbaycan tәrkibindә, olmuşdur. Dekret qәbul edilәn
gündәn etibarәn isә, bir dә deyәk, mәhz hәmin gündәn etibarәn Dağlıq Qarabağ
Ermәnistana “yenidәn birlәş-dirilir” vә Dağlıq Qarabağ Ermәnistanın “ayrılmaz hissәsi”
hesab edilir. Bәs haçan, hansı ildә, yaxud әsrdә onu Ermәnistandan qoparıb
Azәrbaycana birlәşdiriblәrmiş? Bu suala ermәni müәlliflәri cavab vermәyiblәr vә indi dә
verә bilmirlәr.
Ermәnistan hökumәtinin dekretindә iki ağ yalana yol verilmişdir.
Yalandan biri odur ki, guya Azәrbaycanın 1 dekabr tarixli bәyanatı Dağlıq Qarabağı
Ermәnistanın “ayrılmaz hissәsi” elan edib.
Halbuki bәyanat yalnız vә yalnız Dağlıq Qarabağın әmәkçi kәndlilәrinә öz
müqәddәratını tәyin etmәk hüququ verib,
İkinci yalan.
Guya Dağlıq Qarabağı Ermәnistana birlәşdirmәk, onu Ermәnistanın tәrkib hissәsi
elan etmәk haqqında Azәrbaycan hökumәti ilә Ermәnistan arasında hansısa saziş,
razılaşma olub.
Qәti belә şey yoxdur.
İyunun 25-27-dә Tiflisdә Zaqafqaziya respublikalarının sәrhәdlәrini
müәyyәnlәşdirmәk üzrә konfrans keçirilir. C.Quliyevin yazdığına görә, konfransda çıxış
edәn Ermәnistan nümayәndәsi Bekzadyan dil tökür: “ümumi hәmrәylik, bir dәfәlik әn
sәmimi, dostluq qarşılıqlı münasibәtlәrinin yaradılması naminә” Ermәnistana “müәyyәn
Tofiq Köçərli
- 109 -
Qarabağ: Yalan və Həqiqət
әrazi güzәştlәri olunsun”. Bekzadyan bildirir ki, Moskvada onunla vә Myasnikovla
söhbәtdә Stalin bu fikirә “tam şәrik” olmuşdur.
Azәrbaycan vә Gürcüstan nümayәndәlәri Bekzadyanın Tәklifini qәbul etmirlәr, әrazi
mәsәlәlәri hәll olunmamış qalır. İyunun 26-da Orconikidze vә Kirov teleqramda
Nәrimanovdan xahiş edirlәr ki, tәcili olaraq AK(B) P MK siyasi bürosu vә Xalq
komissarları Soveti Qarabağ mәsәlәsinә baxsın.
İyunun 27-dә Azәrbaycan K(b)P MK-nın siyasi bürosu vә tәşkilat bürosunun iclası
keçirilir. İclas “Tiflisdә komissiyanın işi ilә әlaqәdar Azәrbaycanla Ermәnistanın sәrhәdlәri
haqqında” mәsәlәyә baxıb aşağıdakı qәrarı qәbul edir:
1. “Siyasi büro va tәşkilat bürosu Dağlıq Qarabağın Azәrbaycana şәksiz iqtisadi
meylini nәzәrә aparaq, Dağlıq Qarabağ haqqında mәsәlәnin Bekzadyan tәrәfindәn
qoyuluşunu qәbul edilmәz sayır. Mәsәlә hәmin mәnada da hәll olunmalıdır.
2. Ona görә ermәni vә türk әhalili yerlәrin müvafiq olaraq Ermәnistana vә
Azәrbaycana ayrılması tәklifi inzibati vә iqtisadi mәqsәdәuyğunluq baxımından qәbul
edilә bilmәz.
3. Mәsәlәnin yeganә hәlli kәnddә ermәni vә müsәlman kütlәlәrinin Sovet
quruculuğuna cәlb edilmәlәri ola bilәr (Nәrimanov yoldaşın bәyanatından aydın olduğu
kimi).
4. Bu mәsәlәnin sonrakı gedişi vә müzakirәsi Tiflisdәn informasiya alana qәdәr açıq
qalsın.
5. Siyasi büronun vә tәşkilat bürosunun rәyini Tiflisә çatdırmaq Nәrimanov yoldaşa
tapşırılsın”.
271
Bu qәrar hәm dә Ermәnistan Hökumәtinin Dağlıq Qarabağ haqqında dekretinә
dolayı münasibәt idi. Hәmin gün qәrarın tam mәtni telefonla Tiflisdә olan
M.D.Hüseynova çatdırıldı. Nәrimanov Xalq Komissarları Sovetinin iclasında olduğundan
qәrarın mәtnini çatdıran A.Q.Şirvani M.D.Hüseynova dedi: “Nәrimanov yoldaş bildirmәyi
xahiş etdi ki, mәsәlә yalnız bu şәkildә (qәrarda deyildiyi kimi -T.K.) hәll olunmalıdır,
yoxsa Xalq Komissarlar Soveti mәsuliyyәti üzәrindәn götürür”.
272
Hәmin an telefona gәlәn Nәrimanov Hüseynova bildirdi: “Deyin ki, bu, Siyasi
büronun vә tәşkilat bürosunun rәyidir. Әgәr onlar mәnim bәyanatıma (1 dekabr
Tofiq Köçərli
- 110 -
Qarabağ: Yalan və Həqiqət
bәyanatı -T.K.) istinad edirlәrsә, orada hәrfәn belә deyilmişdir: Dağlıq Qarabağa öz
müqәddәratını sәrbәst tәyin etmәk hüququ verilir.”
Vә bir dә Nәrimanov Hüseynova xәbәr verdi: “Dünәn Serqo yoldaşla söhbәt
etmişәm, o bir başa dedi ki, Qarabağ mәsәlәsi bütün Sovet respublikalarının şәrәf işidir
vә onu elә hәll etmәliyik ki, bu axırıncı dәfә olsun, yәni mәn dünәn sizә dediyim şәkildә”
hәll edilmәlidir.
273
Buradan aydın olur ki, Nәrimanov әvvәlki gün, iyulun 26-da Dağlıq
Qarabağ haqqında qәti fikrini artıq Hüseynova çatdırıbmış.
Hüseynovun Nәrimanova dediyi aşağıdakı sözlәr xüsusi maraq doğurur: “Bir
tәrәfdәn Ermәnistan Xalq komissarları Soveti bizim xәbәrimiz olmadan bәyanat verir vә
öz
fövqәladә komissarını Qarabağa göndәrir. Hәrçәnd ermәni yoldaşlar iddia edirlәr ki,
bütün bunlar bizim razılığımız ilә edilir vә biz bunlardan xәbәrdarıq. Digәr tәrәfdәn biz
onlara teleqram göndәrәrәk, onların qәrarlarını demәk olar lәğv edirik.”
274
Demәli, nә Nәrimanovun, nә dә xarici işlәr komissarı Hüseynovun Dağlıq Qarabağ
haqqında Ermәnistan dekretinin verilmәsinә razılıqları olmayıb, bundan ümumiyyәtlә
xәbәrsiz olublar. Bu haqda Azәrbaycan rәhbәrliyinin heç-bir qәrarı da olmayıb.
Lakin biz nәzәrә alsaq ki, ermәnilәrin dediklәrindә hәqiqәt var, hәm onların dekreti,
hәm dә Dağlıq Qarabağa fövqәladә komissar göndәrmәlәri Azәrbaycanın razılığı ilә
edilib, onda bunu Azәrbaycan partiya rәhbәrliyi vә Qafqaz bürosu adından çox ehtimal
Orconikidze edib.
İyunun 27-dә Nәrimanov Orconikidzeyә vә Ermәnistan XKS sәdri Myasnikova xüsusi
bir teleqram da göndәrmişdi.
Teleqramda Ermәnistanın Dağlıq Qarabağ haqqında dekretinә bilavasitә münasibәt
bildirilmişdir. Orada deyilirdi ki: “Dağlıq Qarabağ haqqında mәsәlә yalnız Ermәnistan
inqilab komitәsi tәrәfindәn hәll edilmişdir, ancaq hәmin mәsәlәyә Xalq Komissarları
Sovetindә (Azәrbaycan XKS-dә -T.K.) hәlә baxılmamışdır vә baxılmır”.
274a
(“Hәlә
baxılmamışdır vә baxılmır”! - T.K.) Tәkcә gәtirilәn bu sitat da tәsdiq edir ki, Ermәnistan
dekretinin Azәrbaycan hökumәti ilә razılaşdırılması barәsindә iddia әfsanәdir.
Sonra teleqramda deyilirdi ki, Azәrbaycan Xalq komissarları Soveti “yekdilliklә
Mravyan yoldaşın Ermәnistanın Dağlıq Qarabağda fövqәladә müvәkkili kimi peyda
Dostları ilə paylaş: |