Tofiq Köçərli Qarabağ: Yalan və Həqiqət



Yüklə 1 Mb.
Pdf görüntüsü
səhifə45/49
tarix17.11.2018
ölçüsü1 Mb.
#80118
1   ...   41   42   43   44   45   46   47   48   49

Tofiq Köçərli 
- 132 - 
Qarabağ: Yalan və Həqiqət 
- milli problemlәr üzrә tanınmış  tәdqiqatçı U.Pfaff, “Forin polis” jurnalının baş 
redaktoru Ç.U.Mayno, “Ответственное  общество” jurnalının naşiri A.Etsioni hesab 
edirlәr ki, “milli öz müqәddәratını  tәyin etmәyә ümumi hüququ dәstәklәmәk bugünkü 
şәraitdә tarixi inkişafda geriyә doğru addımdır”; 
- Etsioni daha qәtidir: 
“Bu hәrәkatların (“Qarabağ  hәrәkatı” kimilәrinin - T.K.) әksәriyyәtini mәnәvi 
cәhәtdәn bәyәnilmәkdәn mәhrum etmәk vә onları neçә varsa elә dağıdıcı qüvvә kimi 
görmәk vaxtı çatmışdır!”; 
Nәhayәt, Zotov BMT-nin keçmiş baş katibi B.Butros Qaliyә istinad edir. Butros Qali 
yazmışdır: 
“Mütlәq vә müstәsna suverenlik dövrü keçmişdir, onun nәzәri konsepsiyası heç bir 
zaman real hәyatla tәsdiqlәnmәyib ... әgәr hәr bir etnik, din ya dil qrupu dövlәtçiliyә 
iddia etsә, parçalanmaya hәdd olmayacaqdır, ümumi sülh, tәhlükәsizlik, iqtisadi rifah 
daha da çәtinliklә әldә edilә bilәcәk mәqsәd olacaqdır”. 
SSRİ-dә “... ayrılmağa qәdәr virusu” (ifadә V.Zotovundur) Dağlıq Qarabağda 
yarandı  vә oradan da kәnara yayıldı. Yәqin, Rusiyada bu virusu dәstәklәyәnlәr belә 
ümiddә idilәr ki, hәmin virus Rusiyadan yan keçәcәkdir. Lakin onlar bәrk yanılmışdılar. 
Virus virusdur vә onun üçün sәrhәd, “sanitar zona” yoxdur. 
Nәhayәt, hәmin virus Rusiyanı da yaxa-ladı  vә silkәlәdi. Bәrk yaxaladı. Bәrk 
silkәlәdi! ... 
Keçmiş SSRİ  әrazisinә  әn çox sәpәlәnәn xalq rus xalqıdır. Deyәk ki, tәkcә Bakıda 
200 min nәfәr rus yaşayır. MDB dövlәtlәri arasında elәsi dә vardır ki, orada milyonlarla 
rus mәskunlaşıb.  İndi ayrı-ayrı dövlәtin tәrkibindә mәskunlaşan bu ruslar, yaxud dikәr 
xalqın hissәlәri öz müqәddәratını tәyin etmәk hüququnu bayraq edib ayrılmaq, müstәqil 
dövlәt yaratmaq vә ya hansısa dövlәtlә birlәşmәk istәsә bu böyük fәlakәtlәrә aparıb 
çıxarar. Bu nә  qәdәr tez başa düşülsә, aqressiv separatizm nә  qәdәr tez cilovlansa, 
bütün xalqlar udarlar. Әlbәttә, çox yerlәrdә milli azlıqların kәskin problemlәri var: onlar 
malalanmamalıdır, sivil yolla, demokratikcәsinә,  әdalәtlә  vә qanun çәrçivәsindә  hәll 
edilmәlidir. BMT Nizamnamәsinә, beynәlxalq hüquq normalarına, “o cümlәdәn 


Tofiq Köçərli 
- 133 - 
Qarabağ: Yalan və Həqiqət 
dövlәtlәrin  әrazi bütövlüyünә aid hüquq normalarına uyqun surәtdә  vә  kәnardan 
müdaxilә olunmadan hәll edilmәlidir. 
Әks halda monomilli dövlәtlәr istisna olmaqla bütün qalan dünyada, birinci növbәdә 
dә Rusiyada fәlakәt baş verәr, ümumbәşәri fәlakәt olar. 
Bu real tәhlükәni nәzәrә alaraq BMT-nin Baş mәclisi müharibәnin qurtarmasının 50 
illiyinin bayram edilmәsi haqqında bәyannamәdә bir daha elan etdi: “a) hәr hansı bir 
dövlәtin  әrazi bütövlüyünә ... qarşı zor işlәtmәkdәn ya zorla hәdәlәmәkdәn çәkinmәk 
barәdә öhdәlik tәsdiq olunsun” 
BMT-nin 50 illiyi ilә әlaqәdar bәyannamәdә isә bir daha vurğulandı: Biz “dövlәtlәrin 
suveren bәrabәrliyi vә  әrazi bütövlüyü prinsiplәrinә uyğun olaraq bütün dövlәtlәr 
arasında әdalәt qurmaq vә himayә etmәk” әzmindәyik. 
BMT müstәqillik hüququnu müstәmlәkә xalqları vә anneksiya olunmuş әrazilәr üçün 
elan etmişdir! Hәmin hüquq heç bir vәchlә beynәlxalq cәhәtdәn tanınmış dövlәtlәrin 
milli azlıqlarına aid deyil. 
Ermәni xalqına gәldikdә isә, o da başqa xalqlar kimi öz müqәddәratını tәyin etmәk 
hüququnu realizә edәrәk milli dövlәtini yaratmışdır. Dağlıq Qarabağ ermәnilәri dә 
muxtariyyәt şәklindә öz müqәddәratını tәyin etmişdir. 
Qonşuluq Azәrbaycan vә ermәni xalq larının qismәtidir, taleyidir. Xoşumuza kәlsә 
dә, gәlmәsә  dә belәdir. Bu hamılıqla Ermәnistanda başa düşülüb düşmәnçilik aradan 
qaldırılmasa, nә ölkәlәrimizә әmin-amanlıq gәlәsidir, nә de evlәrimizә dinclik vә firavan 
hәyat. Azәrbaycan vә Ermәnistan dövlәtlәrinin müstәqilliyinin qorunub saxlanması  vә 
möhkәmlәndirilmәsi dә, ümumiyyәtlә “Zaqafqaziya evi”ndә sülh dә  nәticә etibarı ilә 
ümumi dil tapıb düşmәnçiliyi, siyasi vә  hәrbi qarşıdurmanı aradan qaldırmaqdan asılı 
olacaqdır. 
Ermәnilәrin Qarabağda “ermәni silahının ümumdünya tarixi qәlәbәsi” (ifadә 
“Literaturnaya qazeta”nındır) şәrәfinә badә qaldırmalarından xәbәrdarıq. 
Lakin bu vaxtından әvvәl edilәn bayramdır. Rusiyanın kömәyi, rus silahı olmasaydı, 
ermәnilәr cıqqırlarını  çıxara bilmәzdilәr, çıxarsalar da Azәrbaycan xalqı qarşısında, 
Azәrbaycan ordusu vә silahı qarşısında duruş gәtirә bilmәzdilәr. 


Tofiq Köçərli 
- 134 - 
Qarabağ: Yalan və Həqiqət 
Hәrbi mәğlubiyyәtimizin daxili sәbәblәri dә çoxdur. Qeyri-sivil, qeyri-demokratik 
hakimiyyәt davası  zәminindә  kәskin daxili didişmәlәrlә, o cümlәdәn milli orduda 
parçalanma vә qarşıdurma ilә, amansız çәkişәn tәrәflәrin hakimiyyәtpәrәstlik, 
mәnsәbpәrәstlik vә  mәblәğpәrәstlik ehtirasının bir çox hallarda vәtәnpәrvәrliyi, milli 
mәnafelәri üstәlәmәsi ilә özümüz-özümüzü hәrbi mәğlubiyyәtә  uğratmışıq. Bәli, 
özümüz-özümüzü! 
Hәrbi mәğlubiyyәtimizin  әlbәttә, başqa sәbәblәri dә var. Biz milli tariximizin 
dәrslәrindәn ibrәt dәrsi almağa, qonşumuzun kimliyini, kәmfürsәtliyini, mәkrli 
niyyәtlәrini dәrk etmәyә etinasız qalmışdıq. hәm dә özümüzdәn razılıq bәlasına tutularaq 
“ermәnilәrin işinә barmaqarası, lağlağı bir nәzәrlә” (M.S.Ordubadi) baxmaqda davam 
etmişdik. Nәticәdә biz müharibә aparmağa psixoloji cәhәtdәn hazır deyildik. Bir var 
ömrün boyu, nәsildәn-nәsilә müharibәyә hazırlaşasan, bir dә var müharibәni heç ağlına 
belә  gәtirmәyәsәn, sabah sәnә  әl qaldıracaq qonşuna sәmimilik göstәrmәkdә davam 
edәsәn, ona inanasan vә inana-inana aldanasan. 
Onsuz da 80-çi illәrin  әvvәllәrin-dәn başlayaraq ümummilli lider sarıdan işimiz 
sarımamışdı. Sonralar isә Azәrbaycanda böyük Sabirin 1911-çi ildә yazdığına bәnzәr 
vәziyyәt yaranmışdı: 
...Hәr yetәn keçdi cәmaәt başına,H 
Hәr ötәn silsilәcünban oldu
...Hәr kәs ancaq bacarıb aldı lәqәb, 
Daxili-zümreyi-әrkan oldu; 
Dürtülüb soxdu özün parlamana, 
Parlaman mәcmәi-irfan (?) oldu. 
Pah nә çoxdur bütün İranda lәqәb, 
Kimi bәy oldu, kimi xan oldu ... 
Çıxdı meydana mülәqqәb kişilәr, 
Bәxtәvәrlәr hamı әyan oldu. 
...Lәqәb iş görmәz, әfәndim,kişinin , 
Adı ya Samu Nәriman oldu. 
Kişidәn istәnilәn işdi, iş, 
Kim ki, iş yapdı, o zişan oldu! 
De görәk şimdi müqәddәs vәtәnin 
Hansı bir müşkülü asan oldu? 
Ancaq iş gördü lәqәb “fabrikası”, 
Bütün işlәr ona qurban oldu. 
İndi qandınsa işin әngәlini


Yüklə 1 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə