Tofiq Köçərli
- 111 -
Qarabağ: Yalan və Həqiqət
olmasını böyük siyasi vә taktiki sәhv hesab edir. Azәrbaycan komissarları Soveti
Mravyan yoldaşın dәrhal geri çağırılmasını xahiş edir” Bu tәlәbә dәrhal әmәl olundu.
Belәliklә. Azәrbaycan rәhbәrliyi Ermәnistan rәhbәrliyinin Dağlıq Qarabağ barәsindә
növbәti kәlәyinin qarşısını ala bildi.
Sәnәdlәr şәhadәt verir ki, hәmin günlәrdә Dağlıq Qarabağ mәsәlәsi ilә әlaqәdar
olduqca gәrgin, böhranlı vә dramatik siyasi vәziyyәt yaranıbmış. Nәrimanov istefa
mәsәlәsi qoyubmuş. İyunun 27-dә Qafqaz bürosu “Qarabağ mәsәlәsinә dair Hüseynov
yoldaşın Nәrimanov yoldaşla danışıqları haqqında” mәsәlәyә baxdı. Bu barәdә Hüseynov
Nәrimanova bildirmişdi: “mәnim son bәyanatlarımdan sonra qәrara alındı ki, mәsәlә
(Dağlıq Qarabağ mәsәlәsi -T.K.) hәr halda açıq qalır”. Bununla birlikdә ultimatum
xarakteri daşıyan bir qәrar qәbul edildi. Nәrimanov vә Myasnikova tәklif olunurdu ki,
teleqramı “alan kimi dәrhal Qafqaz bürosunun fövqәladә plenumuna gәlsinlәr”. Deyilirdi
ki, Qafqaz bürosunun 6 üzvü Tiflisdәdir. Әgәr gәlmәsәniz hәmin 6 üzvün qәrarı
“mәcburi hesab edilәcәkdir, ona görә sizin dәrhal gәlmәyinizi tәkid edirik”.
275
İyulun 4-dә Qafqaz bürosunun Stalinin iştirakı ilә iclası oldu. “Qarabağ mәsәlәsi”
müzakirә edildi. Deyәsәn, iclasın stenoqramı yoxdur. Ona görә mәsәlәnin müzakirәsinin
tәfsilatı, kimlәrin çıxış etmәsi vә nә demәsi barәdә danışmaq qeyri-mümkündür. İclasın
protokolundan mәlum olan odur ki, sәsә 4 mәsәlә qoyulmuşdur:
a) Qarabağı Azәrbaycanın hüdudlarında saxlamaq (saxlamaq! -T.K.)
b) bütün ermәni vә müsәlman әhalisinin iştirakı ilә bütün Qarabağda rәy sorğusu
keçirmәk.
v) Qarabağın dağlıq hissәsini Ermәnistan tәrkibinә daxil etmәk (daxil etmәk! -T.K.).
q) yalnız Dağlıq Qarabağda, yәni ermәnilәr içәrisindә rәy sorğusu keçirmәk.”
276
Qarabağın Azәrbaycan hüdudlarında saxlanmasına Nәrimanov, Maxaradze vә
Nazaretyan sәs verir. (әleyhinә Orconikidze, Kirov, Myasnigov vә Fiqatner). Bununla
Orconikidze özünün uzun müddәt ardıcıl olaraq yeritdiyi xәttә - Dağlıq Qarabağı dәrhal
vә danışıqsız Azәrbaycanla birlәşdirmәk, Dağlıq Qarabağa muxtariyyәt vermәk xәttinә
dönük çıxır, açıq-aşkar prinsipsizlik göstәrir.
Dağlıq Qarabağın Ermәnistan tәrki-binә daxil edilmәsinә Orçonikidze, Myasnikov,
Fiqatner vә Kirov sәs verdi.
Tofiq Köçərli
- 112 -
Qarabağ: Yalan və Həqiqət
Belәliklә, Qafqaz bürosu qәrara aldı: “Dağlıq Qarabağ Ermәnistan SSR-in tәrkibinә
daxil edilsin (daxil edilsin! -T.K.), rәy sorğusu yalnız Dağlıq Qarabağda keçirilsin”.
277
Ermәni müәlliflәri bu qәrar üzәrindә “kiçiçik” әmәliyyat aparıblar: “daxil edil-sin”
ifadәsini “saxlanılsın” ilә әvәz ediblәr.
Bu saxtakarlıqda hansı siyasi mәqsәd güdülür? Qәrar qәbul edilәn dövrdә Dağlıq
Qarabağın guya Ermәnistan tәrkibindә olması tәsәvvürünü yaratmaq. Belә olduğuna
görә dә Qafqaz bürosunun guya Dağlıq Qarabağı Ermәnistan tәrkibindә “saxlamaq”
haqqında qәrar qәbul etmәsi tәsәvvürünü yaratmaq!
Ermәni müәlliflәri mәsәlәnin Qafqaz bürosunun iclasında mәhz “Qarabağın dağlıq
hissәsini Ermәnistan tәrkibinә daxil etmәk” şәklindә qoyulmasını qulaq ardına vururlar.
Qafqaz bürosu Dağlıq Qarabağı Ermәnistan tәrkibindә “saxlamaq” haqqında heç bir
qәrar qәbul etmәmişdir. Qәrar belә olmuşdur: “Dağlıq Qarabağ Ermәnistan SSR-in
tәrkibinә daxil edilsin... “ Başqa cür yox, mәhz belә!
Heç şübhә yoxdur ki, bu qәrar qәbul edilәn anda Nәrimanov sussaydı, qәrara
etirazını bildirmәsәydi, Azәrbaycanın milli mәnafelәri müdafiәsindә möhkәm dayanma-
saydı, Azәrbaycan üçün, bütün gәlәcәk nәsillәrimiz üçün tәhqiredici vә biabırçı olan
hәmin qәrar qüvvәyә minәrdi. O zamanlar partiya qәrarının nә demәk olduğunu, Hansı
küçә malik olduğunu hamımız yaxşı bilirik.
Nәrimanov susmayıb! Protokol sәtirlәri belәdir: “Nәrimanov yoldaşın bәyanatı:
Qarabağ mәsәlәsinin Azәrbaycan üçün әhәmiyyәtini nәzәrә alaraq, onu RKP MK-nın qәti
hәllinә vermәyi zәruri sayıram”.
278
Nәrimanovun bu bәyanatına müvafiq dә qәrar qәbul
olundu: “Qarabağ haqqında mәsәlә ciddi fikir ayrılığı doğurduğuna görә RKP MK Qafqaz
bürosu hәmin mәsәlәni RKP MK-nın qәti hәllinә vermәyi lazım bilir”.
279
Mәsәlәnin RKP MK-sı ilә razılaşdırılması, yaxud neçә razılaşdırılması haqqında
mәlumat yoxdur. Bu bәllidir ki, ertәsi günü, iyulun 5-dә Qafqaz bürosu aşağıdakı adda
mәsәlә müzakirә etmişdir: “Orçonikidze vә Nazaretyan әvvәlki plenumun Qarabağ
haqqında qәrarına yenidәn baxmaq haqqında mәsәlә qaldırırlar”
280
. Orçonikidze özü!
Mәsәlә üzrә qәrara alındı: “Yuxarı vә aşağı Qarabağın iqtisadi әlaqәlәrini, yuxarı
Qarabağın Azәrbaycanla daimi әlaqәlәrini vә müsәlmanlarla ermәnilәr arasında milli
sülhün zәruriliyini nәzәrә alaraq, Dağlıq Qarabağı Azәrbaycan SSR hüdudların-da
Tofiq Köçərli
- 113 -
Qarabağ: Yalan və Həqiqət
saxlamaq (saxlamaq! -T.K.), Dağlıq Qarabağa Şuşa şәhәri inzibati mәrkәz olmaqla geniş
muxtariyyәt vermәk”
281
Ermәni müәlliflәri yazırlar ki, qәrar “sәsә qoyulmadan” qәbul edilmişdir.
282
Bu uy-
durmadı. Qәrar sәsә qoyulmuşdur. Qәrara 4 nәfәr sәs vermişdi. 3 nәfәr isә bitәrәf
qalmışdı.
283
Lakin onların kimlәr olması protokolda öz әksini tapmayıb.
Belәliklә, Qafqaz bürosu Dağlıq Qarabağın Ermәnistan tәrkibinә daxil edilmәsi
haqqında öz әvvәlki qәrarını lәğv edәrәk, Dağlıq Qarabağı Azәrbaycan tәrkibindә
saxlamaq haqqında qәrar qәbul etdi.
Bu, tarixi hәqiqәtin qәlәbәsi idi, saxtakarlığın, әsassız iddiaçılığın mәğlubiyyәti idi.
Belәliklә Dağlıq Qarabağı Azәrbaycandan qoparıb Ermәnistana daxil etmәk cәhdi boşa
çıxdı.
Ermәni müәlliflәrinin fikrincә, “Qafqaz bürosu Stalinin tәkidi ilә öz qәrarına tәzәdәn
baxmışdır”. Bu da uydurmadır. Bu, Stalinin tәkidi ilә olmamışdı. Ümumiyyәtlә Qafqaz
bürosunun iyulun 4 vә 5-dәki iclaslarında Stalinin çıxış edib et-mәmәsi, nә deyib
demәmәsi, hәr iki qәrarın qәbul olunmasında nә kimi rol oynaması haqqında heç bir
mәlumat aşkar edilmәmişdir.
Mәhz Nәrimanovun qәti tәlәbi ilә hә-min mәsәlәyә yenidәn baxılmışdı. hәlә Qafqaz
bürosu iclası әrәfәsindә Nәrimanov birmәnalı bәyan etmişdi ki, Dağlıq Qarabağ
Azәrbaycan tәrkibindәn çıxarılarsa, Azәrbaycan hökumәti istefa verәcәkdir. Mәhz
Nәrimanovun tәkidi ilә iyulun 4-dә Dağlıq Qarabağ mәsәlәsini Mәrkәzin “qәti hәllinә
vermәk” qәrara alınmışdı. Bu demarş da, istefa mәsәlәsi dә “şıltaqlıq” deyildi, Dağlıq
Qarabağ mәsәlәsindә ardıcıl prinsipial mövqe idi, Azәrbaycan mәnafelәrinin hәr şeydәn,
o cümlәdәn şәxsi reputasiyadan, hökumәt başçısı kürsüsündәn üstün tutulması demәk
idi.
“Нагорний Карабах. Историческая справка” kitabının yüksәk elmi rütbәli
müәlliflәri (Qaloyan, Barseqov, Barxudaryan, Mikaelyan, Muradyan, Sarkisyan,
Simonyan, Xoçabeqyan, Xudaverdyan vә Xurşudyan) Nәrimanovun mәnә bәlli olmayan
bir fikrini gәtiriblәr: “Dünyada heç kim göstәrilәn vilayәtlәrin (Dağlıq Qarabağ vә
Zәngәzurun-T,K.) әhalisinә Azәrbaycanla birlәşmәyә öz fikrini bildirmәyә tәsir etmәkdә
bizә mane ola bilmәz” (MPA, f.64, s.2, iş 5, v.80).
284
Dostları ilə paylaş: |