Tolerantliq kitab-15. indd



Yüklə 6,27 Kb.
Pdf görüntüsü
səhifə12/64
tarix11.03.2018
ölçüsü6,27 Kb.
#31234
1   ...   8   9   10   11   12   13   14   15   ...   64

41
Tolerantlıq: bildiklərimiz və bilmədiklərimiz
viyyəsi digər ölkələrdən daha yüksəkdir. Ona görə də, bu sahədə 
nümunəvi sayılan cəmiyyətlərin təcrübəsindən həm yerli, həm də 
regional və beynəlxalq səviyyədə istifadə etmək yalnız işin xeyrinə 
ola bilər.
Nümunəvi ölkələrin seçilməsinə gəlincə, təbii ki, bunun konk-
ret meyarlarını müəyyənləşdirmək çətindir. Amma hansı ölkələrin 
təcrübəsinin nümunəvi olduğunu müəyyən etmək üçün xüsusi 
proseduraya ehtiyac yoxdur.  Ona görə ki, müasir dünyada hansı 
ölkələrdə  zəngin və  qədim tolerantlıq  ənənələrinin olduğunu, de-
mək olar ki, beynəlxalq aləm çox gözəl bilir. Məsələn, böyük ta-
rixi dövr ərzində tolerantlığın xalqımızın xarakterik keyfi yyətinə 
çevrilməsi, ölkəmizin bölgədə dinlərin bir-biri ilə mehriban yaşa-
dığı unikal məkan  olması və bu sahədə Azərbaycanın təcrübəsinin 
dünya miqyasında öyrənilməsinin və  tətbiq edilməsinin zəruriliyi 
beynəlxalq təşkilatlar, nüfuzlu din xadimləri və diplomatlar səviy-
yəsində etiraf olunan həqiqətdir. Hətta, bu təcrübənin öyrənil mə si 
və tətbiq olunması istiqamətində konkret təklifl ər verən və gərəkli 
addımlar atan beynəlxalq qurumlar və tanınmış din xadimləri də var. 
Bu işlərin nəticəsidir ki, Azərbaycanda əhalinin böyük əksə riy yətini 
müsəlmanlar təşkil etməsinə, İslamın aparıcı din olmasına baxma-
yaraq, digər dinlərin mənsublarına da bərabər  şərait yara dıl dığını, 
onların öz inanc və etiqadlarına uyğun yaşamaları üçün bütün lazımi 
tədbirlərin görüldüyünü dünya ictimaiyyəti çox gözəl bilir. 
Qafqazda sülhün yaranması və qorunması istiqamətində fəaliy-
yətini qətiyyətlə davam etdirən Azərbaycanda mövcud dinlər, 
məzhəb və təriqətlər arasında münasibətlər yüksək səviyyədədir. 
Azərbaycan nadir dövlətlərdəndir ki, indiyədək burada dini 
zəmində  hər hansı münaqişə baş verməyib. Bu gün Azərbaycan 
dindarları din, məzhəb və təriqətlərindən asılı olmayaraq, qarşılıqlı 
hörmət və dostluq şəraitində  fəaliyyət göstərir, dini ayin və  mə-
rasimlərini sərbəst yerinə yetirirlər. 
Təbii ki, bu sahədə yalnız Azərbaycanın təcrübəsinin öyrənil-
məsi və  tətbiq olunması  fi krini  irəli sürmək doğru deyil. Çün-


42
Gündüz İsmayılov
ki zəngin tolerantlıq ənənələrinə malik ölkələr var və onların da 
təcrübəsindən istifadə olunmalıdır. Hətta, bu ölkələr də bir-birilə-
rinin təcrübəsindən yararlana bilərlər. 
Müxtəlif ölkələrin tolerantlıq təcrübəsindən istifadə edilmə sin-
də beynəlxalq təşkilatlar daha maraqlı olmalıdırlar. Ona görə ki, bu 
məsələdə onların üzərinə daha böyük məsuliyyət düşür. Son illər 
beynəlxalq təşkilatların dinlərarası dialoq və  əməkdaşlıqla bağlı 
məsələlərə diqqəti artırması müşahidə olunur. Sevindirici haldır ki, 
bu sahə bir neçə regional və beynəlxalq qurumun fəaliyyətində pri-
oritet istiqamətlərdən birinə çevrilib. Hətta, dünyanın ən nüfuzlu 
beynəlxalq təşkilatı - BMT “Sivilizasiyaların Alyansı” təşəbbüsü 
ilə çıxış edib və bu mötəbər qurumun Baş katibi yanında dinlərarası 
dialoq üzrə məşvərət şurasının yaradılması ideyası meydana gəlib. 
Yeri gəlmişkən qeyd edək ki, Azərbaycan Türkiyə və İspaniya-
nın təşəbbüsü ilə yaranmış “Sivilizasiyaların Alyansı” ideyasını ilk 
gündən dəstəkləmiş, onun reallaşmasına çalışmış və bu istiqamətdə 
həyata keçirilən tədbirlərdə aktiv iştirak etmişdir. 
Hələ də dini və etnik ayrı-seçkilikdən əziyyət çəkən insanların 
olduğu dövrdə beynəlxalq qurumların bu cür təşəbbüslərlə  çıxış 
etməsi, eləcə də konkret addımlar atılması dinlərarası dialoqun və 
əməkdaşlığın reallaşacağına olan ümidləri daha da artırır. 
Lakin beynəlxalq təşkilatlar təkcə təşəbbüslə çıxış etməməli, 
eyni zamanda dinlər və sivilizasiyalararası əməkdaşlığa mane olan 
halların aradan qaldırılması, xüsusilə münaqişələrin həll edilməsi 
istiqamətində ciddi səylər göstərməlidirlər.
Örnək kimi qeyd edək ki, bu gün Ermənistanın təcavüzkarlıq 
siyasətini davam etdirməsi, Azərbaycan  ərazisinin iyirmi faizini 
işğal altında saxlaması, nəticədə bir milyondan çox soydaşımızın 
məcburi köçkün həyatı yaşaması  təkcə Azərbaycanda deyil, bü-
tün regionda sülh və sabitliyin bərqərar olmasına, eləcə  də tole-
rantlıq  ənənələrinin möhkəmlənməsinə, dinlərarası  əməkdaşlığın 
formalaşmasına ciddi problemlər yaradır. Ona görə də, bu məsələ 
təkcə Azərbaycanı  yox, inkişaf etmiş demokratik dövlətləri, dün-


43
Tolerantlıq: bildiklərimiz və bilmədiklərimiz
ya ictimaiyyətini, xüsusilə  də beynəlxalq təşkilatları yaxından 
düşündürməli və təxirəsalınmaz tədbirlər görülməlidir.
Din xadimlərinin və ictimai təşkilatların imkanlarının sə fər -
bər edilməsi: digər insanlarla müqayisədə  bəşəriyyətin və ya şa-
dıqları  cəmiyyətin taleyüklü məsələlərinin həllində, o cümlə dən 
dinlərarası dialoqun və  əməkdaşlığın reallaşmasında din xadim-
lərinin üzərinə daha böyük vəzifə və məsuliyyət düşür. Çünki din 
xadimləri təkcə özlərinin deyil, eyni zamanda onların arxasınca 
gedən yüzlərlə, minlərlə, hətta, milyonlarla möminin mövqeyinə, 
eləcə də dini dünyagörüşünün formalaşmasına görə ən azı mənəvi 
məsuliyyət daşıyırlar. 
Tarix boyu mütərəqqi ruhanilər cəmiyyətdə lokomotiv rolunu 
oynayan ziyalılarla birgə üzərlərinə düşən tarixi missiyanı layiqincə 
yerinə yetirmiş, taleyüklü məsələlərin həllində yaxından və ak-
tiv iştirak etmişlər. Deməli, tolerantlığın, dinlərarası dialoqun və 
əməkdaşlığın baş tutmasında və daha da möhkəmləndirilməsində 
fəal iştirak etmək din xadimlərinin tarixi missiyalarından irəli 
gələn müqəddəs vəzifələridir. 
Bu gün hansı dinə  mənsubluğundan asılı olmayaraq, bütün 
ruhanilər, xüsusilə nüfuzlu din xadimləri geniş təbliğat imkanına, 
daha konkret desək, milyonlarla insan üçün əlçatmaz sayılan dini 
tribunaya – ibadət evlərində söz kürsüsünə malikdirlər. Bəzən ən 
ali kürsülərdən səslənən fi kirlər və edilən çağırışlar kifayət qədər 
effektli olmur, hətta, bir çox hallarda etinasız və qeyri-ciddi qəbul 
edilir. Lakin möminlər ibadət ocağında söylənilən fi kirlərə nəinki 
ciddi yanaşır, hətta, bu fi kirlərə  dəqiq və qüsursuz əməl etməyə 
çalışırlar. Bu baxımdan din xadiminin dialoqla bağlı  həm möv-
qeyi, həm də  fi kirləri doğru və  mənalı olmalı, bəşəriyyətin və 
cəmiyyətin maraqları nəzərə alınmalıdır ki, dindar insanlar yanlış 
yola yönəlməsinlər, dini ayrı-seçkiliyə, ədavətə yol verməsinlər. 
Dinlərarası dialoqda iştirak etmək, ona dəstək vermək hər kəsin 
insanlıq borcudur. Lakin bu, dindar və din xadimi üçün həm insan-
lıq, həm də mənəvi borc deməkdir. Çünki din xadimi bu prosesə 


Yüklə 6,27 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə