6
Gündüz İsmayılov
ÖN SÖZ
Bu gün beynəlxalq, regional və ölkələr səviyyəsində ən çox
müzakirə olunan məsələlərdən biri tolerantlıqdır. Zaman keçdikcə
bu mövzu daha da aktuallaşır və bəşəriyyətin gələcəyi baxımından
həyati əhəmiyyət kəsb edir. Çünki sürətli miqrasiya və inteqrasi-
ya prosesi ilə müşayiət olunan qloballaşma dövründə tolerantlıq
prinsiplərini bərqərar etmədən dünyada qalıcı sülhə və sabitliyə
nail olmaq qeyri-mümkün görünür. Bu mənada tolerantlıq hər bir
dövlət üçün həm milli, həm də ümumbəşəri məsələdir.
Etnik və dini zəmində münaqişələrə bilərəkdən rəvac verilməsi,
milli, dini və irqi ayrı-seçkilikdən milyonlarla insanın əziyyət çək məsi,
dini radikalizm və ekstremizm meyllərinin güclənməsi beynəlxalq qu-
rumlardan dünyada dözümlülük mədəniyyətinin təbliği və yayılması
üçün daha effektli tədbirlər görülməsini tələb edir. Eyni zamanda, heç
bir ölkənin, hətta, fərdin müasir dövrümüzün bəlası sayılan terror və
radikalizm təhlükəsindən sığortalanmaması ümumi məqsədlər naminə
dövlətlərin bir araya gəlməsini zərurətə çevirir.
Qürurla deyə bilərik ki, bu gün dinlər və sivilizasiyalararası
dialoqun baş tutması üçün əsas şərtə çevrilən və mütərəqqi dünya
tərəfi ndən başlıca demokratik dəyərlərdən biri kimi təbliğ olunan
tolerantlıq və multikulturalizm Azərbaycan xalqının əsrlər boyu
formalaşan və çoxları üçün örnək olan xarakterik xüsusiyyətidir.
Azərbaycan tarixən dinlərin və mədəniyyətlərin qovşağı olub,
dini və etnik müxtəlifl ik zamanla ölkəmizin ən böyük zənginliyinə
çevrilib. Əslində, Azərbaycan ərazisi bütün dövrlərdə dini və et-
nik ayrı-seçkilikdən əziyyət çəkən insanlar üçün sığınacaq rolunu
oynayıb, üstəlik, bura təkcə fərqli dinlərin – yəhudiliyin, xristian-
lığın mənsubları deyil, həm də müxtəlif səbəblərdən təzyiqlərlə
üzləşən İslamla bağlı məzhəblərin nümayəndələri pənah gətiriblər.
7
Tolerantlıq: bildiklərimiz və bilmədiklərimiz
Bəlkə, elə buna görədir ki, bu gün Azərbaycan əhalisinin tərkibi
həm etnik, həm dini, həm də məzhəb baxımından zəngindir. Amma
xoşbəxtlikdən müxtəlif dinlərin və dini fəlsəfi cərəyanların yayıl-
dığı Azərbaycanda bütün tarixi dövrlərdə etnik və dini icmalar
arasında möhkəm dözümlülük əlaqələri formalaşıb, milli, irqi və
dini zəmində heç bir ayrı-seçkilik faktı qeydə alınmayıb. Müxtəlif
tarixi dövrlərdə Azərbaycan ərazisində məskunlaşmış dini-etnik
qruplar burada özlərini nəinki yad hesab etməyib, hətta, yerli əhali
ilə qaynayıb-qarışıb, qohumluq əlaqələri qurublar.
Azərbaycan dinlərin və mədəniyyətlərin qovuşduğu tarixi
məkan kimi indi də eyni funksiyanı uğurla yerinə yetirir. Bu gün
Azərbaycan təkcə sosial-iqtisadi uğurlarına, hərbi-siyasi potensi-
alına görə deyil, eyni zamanda, vicdan azadlığının və multikultu-
ral mühitin təmin edilməsinə, yüzilliklər ərzində formalaşmış to-
lerantlıq ənənələrinin, eləcə də tarixi-dini abidələrin bərpasına və
qorunmasına görə regionun lider dövlətidir.
Onu da qeyd etməliyik ki, müstəqilliyimizi bərpa etdikdən
sonra ölkəmizdəki dini dözümlülük, ümumiyyətlə, tolerantlıq
mühiti və mədəniyyəti Ümummilli Liderimiz Heydər Əliyevin
müdrikcəsinə formalaşdırdığı dövlət din siyasətinə uyğun ola-
raq daha da möhkəmlənib, bu sahədə dövlət siyasətinin prioritet
istiqamətinə çevrilib. Vətəndaşlarımızın vicdan azadlığı hüququ
birbaşa Konstitusiyamızda, müfəssəl şəkildə isə “Dini etiqad azad-
lığı haqqında” Qanunda təsbit olunub. Həmçinin, dövlət siyasətinə
uyğun olaraq dini konfessiyalar arasında dözümlülük mühitinin
daha da inkişaf etdirilməsi sahəsində dönüş yaranıb, dövlətlə
dini qurumların münasibəti yeni mərhələyə qədəm qoyub. Bunun
məntiqi nəticəsi kimi, 2001-ci ildə Konstitusiyamızın vicdan azad-
lığı barədə müddəalarının həyata keçirilməsi üçün müvafi q şəraitin
yaradılması, dövlət-din münasibətlərinin tənzimlənməsi, dini eti-
qad azadlığı ilə bağlı qanunvericilik aktlarına riayət olunmasına
nəzarət edilməsi məqsədilə Azərbaycan Respublikasının Dini Qu-
rumlarla İş üzrə Dövlət Komitəsi yaradılıb.
8
Gündüz İsmayılov
Ümummilli Liderimizin alternativsiz siyasi xəttini uğurla və
uzaqgörənliklə həyata keçirən Azərbaycan Respublikasının Prezi-
denti İlham Əliyevin hazırda ölkədə tolerantlığın və dini etiqad
azadlığının təminatçısı olduğu xüsusi qeyd edilməlidir. Onun
böyük tarixə malik dini məbədlərimizin bərpası və xalqımızın
istifadəsinə verilməsi sahəsində ardıcıl operativ tədbirlər həyata
keçirməsi dövlətimizin məqsədyönlü siyasətinin tərkib hissəsidir.
Azərbaycanda İslam dini ilə bağlı tarixi abidələr, məscid və
ziyarətgahlarla bərabər, xristian və yəhudi məbədlərinin tikintisi
və bərpası bütün dünyaya nümunə göstəriləcək həqiqətdir.
Bu sahədə UNESCO və İSESCO-nun xoşməramlı səfi ri, Mil-
li Məclisin deputatı Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi
Heydər Əliyev Fondunun ardıcıl və təqdirəlayiq fəaliyyətinin xü-
susi rolu var. Мilli-mənəvi dəyərlərimizin qorunmasına, tarixi-
mədəni abidələrimizin bərpasına və tolerantlığın təşviqinə böyük
önəm verən Fondun bir sıra məscid və ziyarətgahları bərpa və
təmir etməklə yanaşı, xristian və yəhudi abidələrinin bərpasına xü-
susi diqqət yetirməsi təqdirəlayiq haldır.
Azərbaycanda tolerantlığın yüksək səviyyədə olması həm də xa-
rici siyasətçilərin və diplomatların etiraf etdikləri həqiqətdir. Hətta,
Azərbaycanın dövlət-din münasibətləri modelinin ixrac edilməsinin
zəruriliyini söyləyən xarici diplomatlar, yüksək səviyyəli din xa-
dimləri, mütəxəssislər də var. ATƏT-in İnsan Hüquqları və Demokra-
tik Təsisatlar Bürosunun keçmiş rəhbəri Jerar Ştudman etiraf etmişdir
ki, “Azərbaycanda dini dözümlülük heç də yeni konsepsiya deyildir.
Bu ölkə yüz illər boyunca müxtəlif mədəniyyətlərin yanaşı yaşama-
sına, dözümlülüyə bariz nümunə ola bilər. Biz onu ümumi mədəni
irsimizə münasibətdə nümunə göstərə bilərik”.
Azərbaycan xalqının tarixən formalaşmış tolerantlıq ənənə lə-
ri nin və multikultural dəyərlərinin öyrənilməsinə, yayılmasına və
təşviq edilməsinə böyük ehtiyac var. Əslində, oxuculara təqdim
edilən “Tolerantlıq: bildiklərimiz və bilmədiklərimiz” kitabı məhz
bu məqsədlə hazırlanıb. Üç fəsildən ibarət olan kitabın birinci
Dostları ilə paylaş: |