14
Gündüz İsmayılov
sayı təxminən bu sahədə araşdırma aparmış mütəxəssislərin sayı
qədərdir. Çünki insanların düşüncələri zahiri görünüşləri kimi
fərqlidir. Bu baxımdan tolerantlıq məsələsində ən doğru variant
ortaq məqamların üzərində dayanmaqdır. Başqa sözlə, vacib olan
aşağıdakı suallara ümumi olsa da, cavab tapmaqdır.
– Tolerantlığın mahiyyəti nədir?
– Tolerant insan kimə deyilir?
– Tolerant cəmiyyətin meyarı hansılardır?
Əlbəttə, bu suallara cavablar subyektiv də ola bilər. Amma
ümumi prinsiplər çərçivəsində izah verməklə qızıl ortanı tap-
maq mümkündür. Birincisi, təbii ki, tolerantlıq dini, milli, irqi
mənsubiyyətdən asılı olmayaraq insanlara hörmətlə yanaşmaqdır.
Amma bu hörmət qanunun tələbinin yox, insanın mənəvi tələbatının
nəticəsi olmalıdır. Başqa sözlə, tolerantlıq insanın mədəni və əxlaqı
ilə bağlı anlayışdır. Əgər qanunun yaratdığı qorxu altında başqası-
nın inancına hörmət göstərilirsə, bu, qanunun aliliyinin təsdiqidir.
Deməli, tolerantlıq dini, milli və irqi mənsubiyyətindən asılı ol-
mayaraq insanlara məcburiyyət qarşısında deyil, könüllü şəkildə
hörmətlə yanaşmaqdır.
“Tolerant insan kimə deyilir?” – sualına gəlincə, burada bəzi
detallar var ki, onları nəzərə almaq vacibdir. Məsələn, bir insan
fərqli dinə mənsub şəxsi öz inancına və əxlaqına görə xoşlamır,
hətta, onu Yaradanın dərgahında günahkar sayır. Amma həmin
şəxsə müdaxilə etmək, mane olmaq imkanı və gücü yoxdur. Belə
bir insan tolerant sayıla bilməz. Çünki o, başqasının inancına
məcburiyyət qarşısında dözümlü yanaşır, imkanı və gücü olduğu
təqdirdə mütləq müdaxilə edəcək, fərqli dinə mənsub insanların öz
inanclarına uyğun yaşamasına mane olmağa çalışacaq. Beləliklə,
tolerant insan o şəxsdir ki, öz inancı və əxlaqı baxımından yanlış
saydığı dinin mənsublarına gücü və imkanı olmasına baxmaya-
raq, mane olmur. Daha konkret desək, tolerant insan başqalarına
müdaxilə etmək gücü olduğu halda bu gücdən könüllü şəkildə im-
tina edən şəxsdir.
15
Tolerantlıq: bildiklərimiz və bilmədiklərimiz
Bu məsələdə önəmli məqamlardan biri də tolerant insanın
yalnız bir və ya bir neçə dinin deyil, bütün dinlərin mənsublarına
hörmətlə yanaşmasıdır. Məsələn, əgər bir şəxs yalnız səmavi
dinlərin mənsublarına dözümlü yanaşır, digər dinlərə qarşı
hörmətsizlik göstərirsə, o, tolerant sayıla bilməz. Bu, tolerant-
lıq anlayışının məhdudlaşdırılması və ya onun konkret şərtlər və
sərhədlər çərçivəsində qəbul edilməsi deməkdir. Tolerantlığın bu
cür “naqis” variantları dünyada, xüsusilə dindarlar arasında çox
rast gəlinən, amma ekspertlər tərəfi ndən qəbul edilməyən for-
madı. Belə məqamlarda bəzən sual da meydana çıxır: tolerant-
lığın sərhədi harada bitir? Bu, beynəlxalq aləmdə çox müzakirə
edilməyən, amma bəzi şəxslər tərəfi ndən tez-tez səsləndirilən su-
aldır. “Bəzi şəxslər” o adamlardır ki, onlar cəmiyyətdə hansısa
dözümsüz hadisəyə haqq qazandırmağa çalışırlar. Belələri, demək
olar ki, bütün cəmiyyətlərdə var.
Təbii ki, tolerantlıq öz inancını başqasına güzəştə getmək və
ya başqasının inancını doğru saymaq deyil. İnsanlardan, xüsusilə
dindardan belə bir addım gözləmək sadəlövhlük olardı. Hüquq
elmində məhşur bir deyim var: başqasının hüquqlarının başladığı
yerdə sənin hüquqların bitir. Tolerantlığı bu fi krin bir qədər fərqli
variantında izah etmək olar. Tolerantlıq – sənin hüququn başlanan
yerə qədər başqasının hüquqlarına mane olmamağındır. Eyni za-
manda, təcrübə göstərir ki, mütləq dözümlülük də öz növbəsində
bəzən özbaşınalıq və zorakılığa yol açır. Bu baxımdan heç bir hal-
da tolerantlıq şərə fürsət verməyə çevrilməməlidir.
Tolerant cəmiyyətin meyarına gəldikdə, bəzi mütəxəssislərə
görə dini tolerantlıq təzahür etdiyi cəmiyyətdən asılı olaraq bir
neçə növdə ola bilər:
1. Başqa dinin mənsubuna qarşı tolerantlıq (xristian-müsəl-
man, yəhudi-müsəlman, xristian-buddist və s.)
2. Başqa təriqət nümayəndələrinə qarşı tolerantlıq (katolik-
pro testant, pravoslav-katolik, sünni-şiə və s.)
3. Sektant hərəkatlara qarşı tolerantlıq
16
Gündüz İsmayılov
4. İnanclı ilə inancsız insanlar arasındakı tolerantlıq (mömin-
ateist).
Tolerant cəmiyyətin ən qısa izahını verən mütəxəssislər də
var. Məsələn, bir çox ekspertlər hesab edirlər ki, tolerant insanla-
rın mütləq çoxluq təşkil etdiyi cəmiyyət tolerant cəmiyyət sayıl-
malıdır. Amma bu, ümumi izahdır, məsələnin detalları açılmalı-
dır. Məsələn, fərqli dinlərə mənsub insanların sayı bərabər oldu-
ğu cəmiyyətdəki dözümlülük mühiti tolerantlıqdan daha çox güc
bərabərliyindən qaynaqlanan qarşılıqlı güzəştin nəticəsidir. Deməli,
tolerant cəmiyyətin əsas meyarını mütləq çoxluğun azlığa qarşı kö-
nüllü nümayiş etdirdiyi hörmətin səviyyəsi müəyyənləşdirir. Əgər
bir cəmiyyətdə çoxluq azlığın öz inancına uyğun yaşamasına mane
olmursa, onun mövcudluğunu qəbul edir və hörmətlə yanaşırsa,
deməli, orada tolerant mühit hakimdir.
Təbii ki, tolerant cəmiyyət üçün meyar və şərtləri “ağırlaşdı-
ranlar” da var. Məsələn, bəzi ekspertlərə görə, tolerant cəmiyyətdə
mütləq çoxluq azlığın mövcudluğuna nəinki hörmət göstərməli,
hətta, ona özü ilə bərabər hüquq verilməsinə və şərait yaradılma-
sına mane olmamalıdır. Başqa sözlə, tolerant cəmiyyət çoxluqla
azlığın bərabər imkan və hüquqlara malik olduğu cəmiyyətdir.
Əlbəttə, qanunların dəstəyi olmadan belə bir cəmiyyətin formalaş-
ması tarixdə az-az rast gəlinmiş hadisədir.
Tolerantlıq anlayışının yaranma səbəbləri: bu anlayış orta
əsrlərdən etibarən Avropada formalaşmağa başlayıb. Belə ki,
əvvəllər köhnə qitədə tolerantlıq məsələsinə əxlaqi fəzilət, qeyri-
xristian və ya bidətçi ehkam, ayin, inancların etirafı kimi yanaşı-
lıb. Ümumiyyətlə, tolerantlıq anlayışının uzun dövr ərzində for-
malaşmasında təkcə zaman deyil, həm də tarixi hadisələr böyük
rol oynayıb. Bu baxımdan tolerantlığı Avropada gedən proseslərin
məntiqi nəticəsi kimi də qəbul etmək olar. Həmin proseslərin baş-
lanğıc nöqtəsi isə xristianlıqda aparılmış reformasiya, daha konk-
ret desək, protestantlığın meydana gəlməsidir. Belə ki, protestant-
ların sayının çoxalması Avropada hakim olan katolik məzhəbini,
Dostları ilə paylaş: |