Tolerantliq kitab-15. indd



Yüklə 6,27 Kb.
Pdf görüntüsü
səhifə6/64
tarix11.03.2018
ölçüsü6,27 Kb.
#31234
1   2   3   4   5   6   7   8   9   ...   64

21
Tolerantlıq: bildiklərimiz və bilmədiklərimiz
təcəssümünü tapmışdır. O, araşdırmalarında liberal Qərb sivili-
zasiyasının əsas xüsusiyyətlərini özündə əks etdirən “azadlıq-qa-
nun-ağıl” üçbucağına  əsaslanırdı. Azad düşüncənin tolerantlıq 
prinsipi ilə qarşılıqlı  əlaqəsi məsələsində C.Lokkun fi kirlərini 
ümumiləşdirərək aşağıdakı nəticəyə gəlmək olar: düşüncə azad lığı, 
tədqiqat azadlığı, din azadlığı və başqa inanclara tolerant münasibət 
olmadan ağlın inkişafı mümkün deyil. Bunlara əsaslanaraq C.Lokk 
azadlıq fəlsəfəsinin təməlini təşkil edən ideoloji nəticəyə  gəlir: 
düşüncə, ifadə və dini inanc azadlığı həyatın digər bütün sferala-
rında azadlığın açarıdır. Qeyd edək ki, o, bu əsərini Remonstrantlar 
kollegiyasında ilahiyyat professoru Limborxa ünvanlayıb. 
Con Lokkdan sonra XVIII əsrdə tolerantlıq mühakiməsinin 
ən böyük nümayəndələrindən biri fransız mütəfəkkiri Volter he-
sab edilir. O, “dediklərinizlə razı deyiləm, amma mən sizin öz 
fi kirlərinizi ifadə etmək hüququnuzu qorumaq üçün canımı da 
verərəm” ifadəsi ilə klassik tolerantlıq nəzəriyyəsinin təməlini at-
mışdır.
Volter üçüncü silkə  məxsus ailədə doğulmuşdu və feodal 
qay dalarına, katolik kilsəsinə qarşı  çıxışları ilə  şöhrət qazanmış-
dı. Onun fəaliyyətinin  əsas məqsədi maarifi  yaymaq və xalqın 
beynindən dini xurafatı çıxarmaq idi. Mövcud köhnəlmiş qayda-
ların dəyişdirilməsini inqilabdan deyil, “maarifl ənmiş monarxdan” 
gözləyən Volter sadə xalqa bir qədər ehtiyatlı yanaşırdı. O, dini 
mənsubiyyətindən asılı olmayaraq bütün adamların qanun qarşısın-
da bərabər olmasını, hər cür imtiyazların ləğv edilməsini tələb edir-
di. Son nəticədə istəyirdi ki, kralın hakimiyyətini məhdudlaşdıran 
konstitusiya meydana gəlsin. 
Eyni zamanda, Volter şair və yazıçı olmaqla yanaşı, insanlarla 
mükəmməl münasibət qurmağı bacaran ictimai xadim idi. 
Tolerantlıq anlayışının formalaşmasında Şotland əsilli Böyük 
Britaniya  fi losofu  və iqtisadçısı Adam Smitin (1723-1790) xid-
mət lərini də qeyd etmək lazımdır. A.Smit on dörd yaşında Qlaz-
qo Universitetində  əxlaq fəlsəfəsi üzrə  təhsil almağa başlamış 


22
Gündüz İsmayılov
və azadlıq, hüquq, ifadə azadlığı mövzularına bağlılığı burada 
yaran mışdır. Onun xristian atası dinə çox bağlıydı və Şotlandiya 
kilsəsinin mötədil qanadının üzvü idi. 
A.Smitin  İngiltərəyə getməsi səbəbinin kilsədə karyera qur-
maq olduğu deyilsə də, bu barədə tutarlı sübut yoxdur. Əksinə, o, 
İngiltərədən Şotlandiyaya deizm tərəfdarı kimi dönmüşdü. Həm-
çinin, uşaq olarkən atası onu kilsəyə göndərmiş, amma o qaçaraq 
evə qayıtmışdı. Ümumiyyətlə, A.Smit fəlsəfi  baxımdan dini iqtisa-
diyyatın önündə əngəl olaraq görmüş və ateist yanaşma nümayiş 
etdirmişdir. Bir çox məsələyə münasibətdə təkamül nəzəriyyəsinin 
banisi Darvinlə eyni mövqeni bölüşmüşdür. 
A.Smit ömrünün müəyyən dövründən sonra fəaliyyətində 
əxlaq nəzəriyyələrindən daha çox hüquq və iqtisadiyyata yer ayır-
mışdır. Amma əxlaq fəlsəfəsi üzrə professor olduğu üçün iqtisadi 
yanaşmalarında bu elmin təsiri hiss olunmuşdur. O, iqtisadiyyat-
da və təbiət hadisələrində nizam olduğunu və bunun müşahidə və 
əxlaq hissi ilə müəyyən oluna biləcəyini qeyd etmişdir. 
Dünyada məhşur iqtisadçı kimi tanınan A.Smit bir müddət 
Şotlandiyanın vergilər naziri olmuş, 1790-cı ildə ağır xəstəlikdən 
dünyasını  dəyişmişdir. Ölümündən sonra sərvətinin böyük his-
səsini gizli yardımlaşma cəmiyyətlərinə bağışladığı məlum olmuş-
dur. 
Tolerantlığın tədqiqi ilə bağlı adı  çəkilən önəmli  şəxslərdən 
biri də Georgi Simmeldir. O, 1858-ci ildə Berlində  yəhudi 
ailəsində doğulmuş, kiçik yaşında atasını itirmiş və katolik qadı-
nın himayəsində böyümüşdür. Katolik kimi tərbiyə olunan Simmel 
Ferdinand Tonnies ilə birlikdə alman sosiologiyasının qurucula-
rından hesab edilir. O, fərdin və cəmiyyətin öyrənilməsində kiçik 
detalların belə gözdən qaçırılmamasını zəruri saymış, dinin ictimai 
həyatda yerini müəyyənləşdirən meyarları göstərmişdir. 
Simmelin tədqiqatları  və  fi kirləri tolerantlıq anlayışının for-
malaşmasında mühüm rol oynamışdır. O, 1918-ci ildə vəfat etmiş 
və özündən sonra zəngin elmi irs qoymuşdur. 


23
Tolerantlıq: bildiklərimiz və bilmədiklərimiz
Adları qeyd olunan mütəfəkkirlərlə yanaşı, Y.Bentam, 
A.Tokvil, D.Didro, C.S.Mill və T.Nükom kimi tanınmış alimlərin 
tolerantlığın tədqiqində  və elmi-nəzəri məsələ kimi formalaşma-
sında xidmətləri olub. Lakin tolerantlıqla bağlı nəzəri məsələlərin 
praktiki müstəviyə keçməsi uzun müddət çəkib. Çox vaxt bunun-
la bağlı tarix ötən  əsrin ortalarından götürülür. Çünki əsas insan 
hüquqlarına dair beynəlxalq sənədlərin qəbuluna həmin dövrdən 
etibarən başlanılıb.


24
Gündüz İsmayılov
TOLERANTLIĞA DAİR BEYNƏLXALQ SƏNƏDLƏR
Dözümlülük haqqında tam dolğun  fi kirlər XX əsrdə forma-
laşıb. Təbii ki, bunun müxtəlif səbəbləri var, amma əsas səbəb 
ötən əsrin ortalarından etibarən beynəlxalq təşkilatların yaranma-
sı  və beynəlxalq sənədlərin qəbul edilməsi olub. Çünki bu iki 
mə qam  tolerantlıqla bağlı  fi kirlərin təkmilləşməsinə  və dini dö-
zümlülük anlayışının sərhədlərinin müəyyənləşdirilməsinə  tə kan 
verib. Bu baxımdan bir çoxları BMT Baş Assambleyasının 10 
dekabr 1948-ci ildə  qəbul etdiyi Ümumdünya İnsan Hüquq la-
rı  Bəyannaməsini xüsusi qeyd edirlər. Hətta, Ümumdünya İnsan 
Hüquqları  Bəyan na məsini birbaşa  əlaqəsi olmasa da, tolerant-
lıqla bağlı ilk beynəlxalq sənəd kimi qəbul edənlər də var. On-
ların  fi krincə, bu bəyannamə yalnız  əsas insan hüquq və azad-
lıqlarının deyil, həm də tolerantlıq prinsiplərinin rüşeymini təş-
kil edir. Elə buna görə  də, tolerantlıqla bağlı digər beynəlxalq 
sənədləri Ümumdünya İnsan Hüquqları  Bəyannaməsinin geniş-
lən dirilmiş forması  və ya ətrafl ı  şərhi kimi də  qəbul etmək olar. 
Bəyannamədə bütün sahələr üzrə insanların hüquq bərabərliyi 
bəyan edilir və din, əqidə azadlığı ilə bağlı ayrıca maddə öz əksini 
tapır. Belə ki, bəyannamənin 18-ci maddəsində qeyd edilir ki, 
“hər bir şəxs düşüncə, vicdan və din azadlığı hüququna malikdir
bu hüquqa öz dinini və etiqadını dəyişmək azadlığı və öz dininə 
və inanclarına uyğun təhsil, dua və dini və ritual ayinlər zamanı 
təklikdə və ya başqaları ilə birlikdə, aşkar və ya fərdi şəkildə etiqad 
etmək azadlığı daxildir.” 
Ümumdünya  İnsan Hüquqları  Bəyannaməsindən sonra bir 
sıra beynəlxalq təşkilatlarda, xüsusilə BMT-də insan haqlarının 
müxtəlif aspektlərinə dair çoxsaylı sənədlər qəbul edilib.


Yüklə 6,27 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə