Tolerantliq kitab-15. indd



Yüklə 6,27 Kb.
Pdf görüntüsü
səhifə20/64
tarix11.03.2018
ölçüsü6,27 Kb.
#31234
1   ...   16   17   18   19   20   21   22   23   ...   64

71
Tolerantlıq: bildiklərimiz və bilmədiklərimiz
ayrıca nizamnaməsi, məxsusi ayinləri olan Alban xristian kilsəsi 
ləğv edilib, onun arxiv sənədləri də daxil olmaqla bütün əmlakı 
erməni-qriqoryan kilsəsinə verilib.
Qeyd edilməlidir ki, Alban kilsəsinin monofi zit məzhəbinə aid 
olan qolu erməni-qriqoryan katolikosluğunun sərəncamına verilsə 
də, diafi zitizmə meyl edən bir sıra alban kilsələri isə gürcü-pra-
voslav dini mərkəzinə tabe edilib. 1857-ci ildə isə, ümumiyyətlə 
Alban kilsəsi, Alban yeparxiyası anlayışları ləğv olunub.
1909-1910-cu illərdə Rusiyanın Ali dini Sinodu Eçmiədzin erməni-
qriqoryan dini Sinoduna və İrəvan erməni-qriqoryan konsistoriyasına 
tabeçiliyindəki yeparxiyaların köhnə arxiv işlərini məhv etməsinə icazə 
verib. Beləliklə, erməni kilsəsinin köhnə arxivləri ilə birlikdə Alban 
xristian kilsəsinin də bütün arxiv sənədləri şüurlu şəkildə məhv edilib. 
Bütün bunlar gələcəkdə  Şimali Azərbaycan torpaqlarına yiyələnmək 
üçün çox uzaqgörənliklə düşünülmüş bir cinayət idi.
Tarixi dövr ərzində alban əhalisi də  tədricən dini-etnik assi-
milyasiyaya məruz qalıb. Ölkənin düzən ərazilərində məskunlaşan 
əhali  İslam dinini qəbul edərək müsəlmanlaşıb, Kiçik Qafqa-
zın cənub-qərbində yaşayan alban əhalisi isə  monofi zit erməni-
qriqoryan dininin təzyiqi altında erməniləşib, Kiçik Qafqazın 
şimal-şərq regionunun əhalisi isə diofi zit gürcü-pravoslav kilsəsinin 
fəal təsiri altında gürcüləşib. Buna baxmayaraq, albanların heç də 
hamısı assimilyasiyaya uğramayıb. Qarabağ və Zəngəzurda yaşa-
yan albanların bir hissəsi Kür çayının sol sahilinə yerləşiblər ki, 
bura da udinlərin qədim yaşayış əraziləri hesab olunur. Albanların 
nəslindən olan udinlər Azərbaycanın Oğuz və Qəbələ rayonların-
da, Gürcüstanın bəzi kəndlərində indi də yaşayırlar.
1836-cı ildən sonra Eçmiədzin kilsəsinin təzyiqlərinə baxma-
yaraq, udinlər erməni kilsələrinə getməkdən imtina edib və ibadəti 
öz evlərində yerinə yetiriblər. Bu dövr ərzində onlar müxtəlif ibti-
dai dinlərin elementlərini xristianlıqla çuğlaşdıraraq özünəməxsus 
inanc formalaşdırıblar. Onlar öz dillərini, mədəniyyətlərini və et-
nik xüsusiyyətlərini qoruyub saxlayıblar.


72
Gündüz İsmayılov
Xristianlıqla bağlı araşdırmalar aparan tədqiqatçıların ümu-
mi qənaətinə görə, Azərbaycanda bu dini yayan ilk xristianların 
tikdirdikləri və “Şərq kilsələrinin anası” saydıqları Kiş kilsəsi Qaf-
qazda ilk xristian məbədidir ki, günümüzə qədər qorunub saxlanı-
lıb. Əslində, dövrümüzə qədər gəlib çatmış və böyük əksəriyyəti 
Qarabağ, Qəbələ-Şəki-Zaqatala bölgəsində yerləşən alban 
abidələri xristian Azərbaycan türklərinin xristian mədəniyyətinə, 
ümumilikdə, bəşəriyyətin mədəni dəyərlər xəzinəsinə  ən böyük 
töhfəsidir. 
Qeyd edək ki, Azərbaycana qarşı  işğalçılıq siyasəti apa-
ran təcavüzkar Ermənistan zəbt etdiyi ərazilərdə xalqımızın min 
illər ərzində qurub yaratdığı tarixi-mədəni abidələri yerlə-yeksan 
edib, Azərbaycan xalqının tarixində böyük bir mərhələni təşkil 
edən alban abidələrini saxtalaşdıraraq qriqoryanlaşdırıb. Erməni 
tarixçiləri heç bir dəlilə əsaslanmadan hər yerdə Azərbaycan-alban 
toponimlərini dəyişərək saxta tarix yaratmaqda davam edirlər. 
Təcavüzkar Ermənistan işğal etdiyi ərazilərdə geniş qazıntı işləri 
apararaq bu torpaqlarda erməni izi axtarır, saxtalaşdırdığı alban 
məbədlərini dünyada erməni abidələri kimi qələmə verir.  Hal-
buki, həm tikilişinə, həm memarlıq xüsusiyyətlərinə, həm də dini 
atributlarının formasına görə alban abidələri erməni kilsələrindən 
fərqlənir və alban ənənələri erməni kilsəsi ilə müqayisədə alban 
kilsəsinin daha qədim olduğunu təsdiqləyir. 
Qarabağdakı alban abidələrinin ermənilərə heç bir aidiyyəti -
nin olmadığını başqa yollarla da sübut etmək mümkündür. Məsə-
lən, tutaq ki, Qarabağdakı xristian abidələri ermənilərə məxsusdur. 
Bəs, onda Şəki-Zaqatala bölgəsindəki xristian abidələrini kim 
tikib? Axı ermənilər bu bölgədə heç vaxt kompakt halında yaşa-
mayıblar! Digər tərəfdən, Yuxarı Qarabağda Gəncəsər monastrı 
ətrafında XIII-XIV əsrlərə aid qəbir daşlarının üstündə xristian 
adları ilə yanaşı, türk adları da həkk olunub və bu onu göstərir 
ki, hələ o dövrdə Qarabağ xristianlarının bir qismi türk etnosuna 
mənsubiyyətlərini itirməmişdilər. 


73
Tolerantlıq: bildiklərimiz və bilmədiklərimiz
Məlumdur ki, ermənilər Azərbaycan xalqına məxsus abidələri 
saxtalaşdırarkən din amilindən, xüsusilə xristianlığın simvolu sa-
yılan xaçdan yararlanmağa çalışırlar, üzərində xaç işarəsi olan 
bütün tarixi abidələri erməniləşdirirlər. Halbuki, Azərbaycanda 
xaçın tarixi xristianlığın tarixindən daha qədimdir. Eramız-
dan  əvvəl XIII-XII əsrlərdən xaç, svastika (çərxifələk) kimi 
işarələr odun, işığın simvolu rolunu oynayırdı. Həmin dövrə aid 
Gəncəçay, Borsunlu abidələrində bu işarələrin həkk olunduğu 
çoxlu sayda işarələr var. Məsələn, Borsunlu kurqanında tapıl-
mış dərin boşqabların səthi xaç işarəsinin müxtəlif variantları ilə 
bəzədilib. Sarıçoban kurqanındakı qəbirlər isə xaç şəklində qa-
zılıb. Bütün bunlar xaç işarəsinin xristianlıq dinindən çox-çox 
əvvəl mövcud olmasını və onun tamamilə başqa rəmzi məna da-
şımasını və həmin abidələrin ermənilərə heç bir aidiyyətinin ol-
mamasını sübut edir.
Azərbaycan tarixinin xristianlıqla bağlı  məqamları  təkcə  İs-
lamdan öncəki dövrə aid deyil, əksinə, İslam Azərbaycanda apa-
rıcı dinə çevrildikdən sonra da bu ərazilərdə xristianlar yaşayıb 
və ümumi mədəniyyətimizin formalaşmasında yaxından iştirak 
ediblər. Üstəlik müəyyən tarixi dövrlərdən başlayaraq bu dinin  
müxtəlif qolları - pravoslavlıq, katoliklik və protestantlıq, eləcə də 
lüteranlıq ölkəmizdə yayılıb və yaşamaq hüququ qazanıb. 
Pravoslavlıq: Azərbaycanda Xristianlığın institutlaşmasının 
tarixi Alban kil səsindən başlayır. Bu kilsə mövcudluğunu fərqli 
formada olsa da, günümüzədək qoruyub saxlayıb. Amma Al-
ban kilsəsi Azər baycanda  ən qədim kilsə olmasına baxmayaraq, 
hazırda mənsublarının sayına görə pravoslavlardan geridə qalır. 
Ümu  miyyətlə, son iki yüz ildə ölkə  mizdə ən cox yayılan xristian 
məzhəbi pravoslavlıqdır. 
Hazırda Azər bay canda  həm gürcü, həm də rus pravoslav kilsəsi 
fəaliyyət göstərir. Gürcü pravoslav kilsələri Gürcüstan Katalilos-
Patriarxlığına, rus pravoslav kilsələri isə Moskva və Ümumrusiya 
Patriarxlığına tabedirlər. 


Yüklə 6,27 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə